Bəzən dünya insandan azad omaq istəyir

 
Bəzən dünya insandan azad omaq istəyir

İmam Sadiq (ə) buyurur: “İnsanlar iki cürdür. İmanlı insan dünyasını dəyişəndə, dünyadan və onun bəlalarından rahat olur və şad halda sonraki aləmə qovuşur. Amma kafir dünyadan gedəndə, bitkilər, heyvanlar və insanlardan çoxlu hissə onun əlindən rahat olurlar”. Birinci qrup insanlar dünyadan gedən zaman bu dünyada olan bəlalar, çətinliklər, imtahanlardan canını qurtarır. Elə insanlar da var ki, məxluqat ondan canını qurtarar. Mömin ölən zaman canını qurtarır, kafir ölən zaman, əksinə, insanlar ondan canını qurtarır. Beləliklə, elə insanlar var ki, nəinki azadlığı seçiblər, əksinə, məxluqatın ondan azad olmağa ehtiyacı var.

MÜHACİR və ƏNSARLARIN AZADLIQ YOLU

Rəbbimiz mübarək Qurani-Kərimin “Tövbə” surəsinin 100-cü ayəsində insana həqiqi qurtuluşa, həqiqi azadlığa, həqiqi xilasa çatanların kimlər olduğunu göstərir. Buyurulur: “Allah mühacirlərin və ənsarın (Peyğəmbərin hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş!”. Burada göstərilir ki, üç növ insan həqiqi qurtuluşa çatacaq. Bu insanlardan Allah razıdır və onlar da Allahdan razıdırlar. Birinci qrup – ilk mühacirlər, ikinci qrup – ilk əsarlar, üçüncü qrup isə - gözəl tərzdə mühacir və ənsarların yollarını davam edənlərdir.

Bütün İslam aləmi təsdiqləyir ki, İslama gəlməkdə, İslamı bir din olaraq qəbul etməkdə və bu yolla azadlığa çatmaqda ilk olan kişi – Həzrət Əli (ə), ilk qadın isə - Həzrət Xədicədir (ə). Əgər mühacirin bu qədər əcri və savabı varsa, onların yolunu gedənlərin də bu qədər savabı varsa, bu zaman ilk İslama gələnlərin dərəcəsinin yüksəkliyini müəyyən etmək bəlkə də çətin olar.

Əziz Peyğəmbərimiz (s) gəlir, “La ilahə illəllah” ilə insanlara həqiqi azadlığın yolunu göstərir, insanlara haqqı elan edir və çox ağır zamanlar yaşanır. Bu zaman ilk həqiqi azadələr – mühacirlər meydana gəlir. Yaşanan imtahanlara görədir ki, onların dərəcəsi çox-çox yuxarıdır. Bir zaman gəlib çatır ki, artıq mühacirlər öz imtahanlarını verib qurtarır və bundan sonra hicrət başlayır. Məhz həmin hicrətə qədər Peyğəmbərlə ixlasla olanlar – mühacirlərdir.

Həzrət Peyğəmbəri (s) Mədinədə ilk olaraq qarşılamağa hazır olanlar isə - ənsarlardır. Həmin kəslər ənsarların ilkləri adlanır və ayədə də onlara işarə olunur.


MÜHACİR və ƏNSARLARLA EYNİ SƏVİYYƏDƏ OLANLAR

İlk mühacir və ənsarlara gözəl şəkildə ardıcıllıq edənlər kimlərdir? Hər dövrün həqiqi azadələri - məhz onlardır. Təfsirşünaslar ayənin həmin yerinə iki cür təfsir verirlər. Birinci, söhbət o kəslərdən gedir ki, mühacir və ənsanların gözəl işlərində onların ardınca gediblər. İkinci təfsirdə isə, həmin mühacir və ənsarlara gözəl şəkildə ardıcıllıq etməkdən söhbət gedir. Bu zaman görürük ki, həmin şəxslər gərək onların gözəl işlərində onların ardınca olsun, həm də onlara gözəl şəkildə ardıcıllıq etsin.

Mühacir və ənsarlara ardıcıllıq edən tabeinlər yalnız o dövrə aid deyillər. Onlar Peyğəmbər (s) dövrünə, ondan sonrakı dövrə və eyni zamanda da bu günə və sabaha aiddirlər. Bu zümrəyə o insanlar daxildir ki, onların həyatı, ən çətin dönəmdə Peyğəmbərlə (s) olan və Mədinədə ilk olaraq o Həzrətə (s) qoşulan mühacir və ənsarların həyatına bənzəyir. Onlar böyük bütlərindən qurtularaq İslamı qəbul etmişdilər. Tamlıqla, özlərini Allaha tabe etmişdilər. Deməli, ardıcılların da azadəliyi o formada olmalıdır. Tabeinlər mühacir və ənsarın gözəl həyat tərzini götürüb və onu gözəl tərzdə təkrar edir. Burada yalnız adda müsəlman olmaq kifayət etmir. Əməldə müsəlman olmağa, əməldə İslama etiqad etməyə ehtiyac var. Quran məntiqinə görə, o cür yaşamaq - insana həqiqi qələbə və həqiqi urtuluş verər. Bu qurtuluş insanı ucaldar. Onları ilk mühacir və ənsarların məqamına ucaldar. Allah onlardan razı olar. Bu gün də bu məqama yüksəlmək mümkündür.

Allahım, bizlərə Hüseynvari (ə) azadəlik yaşamağı nəsib et! Allahım, bizləri ilk mühacir və ənsarların həqiqi ardıcıllarından qərar ver! Amin!


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 11:20
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 8 iyul 2011 18:43
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

aid_fanatka

  • 8 iyul 2011 16:58
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

lema

  • 8 iyul 2011 16:31
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Biraz uzun idi.Minnetdaram..

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

iMPoSSiBLe

  • 8 iyul 2011 16:01
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
tewekkurler...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

NELLY19

  • 8 iyul 2011 15:37
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 60

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}