İnsan sifətindən azad olmaq və həqiqi azadlıq

 
İnsan sifətindən azad olmaq və həqiqi azadlıq

İNSAN SİFƏTİNDƏN AZAD OLMAQ və HƏQİQİ AZADLIQ

İslamın nəzərində həqiqi insan azadlığı və həqiqi insan hüquqları nədir? Azadlıq sözünə indiyə qədər iki yüzdən çox tərif verilib, amma Qərb aliminin dili ilə desək, hələ də bu söz özü-özlüyündə bir məna yükünə dəlalət etmir. İki şey vardır ki, ilk öncə onlar bilinməli, bundan sonra isə azadlıq sözü ya müsbət hala, ya da mənfi hala işarə etməsi müəyyən olunmalıdır. Birincisi, gərək insan nədən azad olduğunu ayırd etsin. İkincisi, nə üçün azadlığın lazım olduğunu müəyyən etməlidir. İnsan var ki, insanlıqdan, insan sifətlərindən azad olur. Bəzisi var ki, Allahın insan üçün bəxş etdiyi lütf və mərhəmətlərdən azad olmaq istəyir. Bu zaman azadlıq tam mənfi hala keçir. İnsan da var ki, nəfsinin tələblərindən, nəfsani istəklərindən azad olmaq istəyir. Bu zaman azadlıq tam müsbət mənaya keçir. İslam alimlərindən biri azadlıq sözünə bir tərif verir və bildirir ki, bu təqribi bir tərifdir. Alim deyir: “Azadlıq, yəni Allaha xalis bəndəlik etmək”. Azad insan o insandır ki, Allahın xalis bəndəsi ola və şirkin bütün növlərindən uzaq ola. Əgər insan bütsındıran olarsa, əgər daxili bütünü, mənəm-mənəmliyini sındıra bilərsə, bu zaman azad insan olar.

AZADLIQ – YALNIZ İLAHİ MÜSTƏVİDƏ MÜMKÜNDÜR

İlahi olmayan hər şeydən uzaq olmaq, azad, hürr olmaq - əsl azadlığa malik olmaq deməkdir. Həzrət Əlinin (ə) bununla bağlı çox mübarək bir buyuruşu var: “Allahdan qeyrisinin qulu olma. Allah səni hürr və azad xəlq edib”. İnsan gərək anlaya ki, Allahdan qeyrisinin qulu olmaq - köləlikdir. Allah bizi bir insan kimi xəlq edəndə, azad xəlq edib. Buradan aydın olur ki, azadlıq və ümumiyyətlə insan haqları yalnız ilahi müstəvidə mümkündür. Əgər bundan kənara çıxılsa, azadlığın özünə zülm olunub.

İnsan sifətindən azad olmaq və həqiqi azadlıq

İNSANA AİD OLANLARI TANIMAQ ÜÇÜN İLK ÖNCƏ İNSANIN ÖZÜNÜ TANIMALI

Əgər insanla bağlı hər hansı bir şeyi ayırd etmək istəyiriksə, bu zaman ilk öncə insanın özünün kim olmasını ayırd etməliyik. İnsanla bağlı hər hansı bir həqiqətə çatmaq istəyiriksə, gərək əvvəlcə o obyektin özünü tanıyaq. Misal üçün, əgər kompüterlə bağlı hər hansı bilgilər əldə etmək istəyiriksə, ilk öncə kompüterin özünün nə olduğunu müəyyən etməliyik. İnsanı tanımaq üçün Allah Təala 124 min insan tanıdan peyğəmbər (ə) göndərib. Qondarma insan tanıtmaq istəyənlər də gəlib. Onlar XVII əsrdən sonra daha çox gözə çarpmağa başlayıb. Amma, onlar öz müvəqqəti həyatlarını yaşadıqdan sonra onların əksəriyyətinin nəzəriyyələri ilə vidalaşılıb. İndi bəşəriyyət bəzən elələrinin heç adlarını belə xatırlamır. Hanı Lenin, Marks və digərləri? Amma dünyanın hər yerində İlahi peyğəmbərlər (ə) ən ağır şəraitlərdə də tanınıb və bu gün də tanınmaqdadır.

Bəşər nə qədər inkişaf edirsə, bir o qədər anlayır ki, əgər insan tanımaq istəyiriksə, gərək həqiqi insan tanıdan kəslərə müraciət edək. Qurani Kərimdə bu çox incəliklə izah edilir. “Ali-İmran” surəsinin 19-cu ayəsində buyurulur: “Şübhəsiz (peyğəmbərərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında İslamdır...”. Yəni, Allah yanında hidayət yolu, insanı səadətə çatdıra biləcək bir sistem - yalnız İslamdır. Bundan başqa insanı səadətə çatdıra biləcək bir şey yoxdur. Və yaxud “Ali-İmran” surəsinin 85-ci ayəsində deyilir: “Kim İslamdan başqa bir din axtarışında olsa, əlsa ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir”. Yəni, həqiqi tanıma – İslamdır. İnsanı tanıdan yeganə yol - İslamdır.

İnsan sifətindən azad olmaq və həqiqi azadlıq

İNSAN ŞƏXSİYYƏTİNƏ TƏSİR EDƏN DAXİLİ ALƏMİ

İnsan daxili və xarici ünsürlərin təsiri altındadır. İnsanın daxili çox mühümdür.
İnsanın daxili aləmi, xarici ünsürlərinə nisbətən ona daha çox təsir göstərir.
İnsanın daxili bütləri var. Bunlar həqiqi azadlığa çatmaq üçün əsas maneələrdir.
Bu daxili maneələrdən biri – cahillikdir. İnsan nəyisə lazım olan səviyyədə tanımayanda,
həqiqətə zülm edir, cahillik, nadanlıq bir bütə çevrilir.
Bu, insanın həqiqi azadlığa çatmasında nəticə etibarilə böyük bir maneəyə çevrilir.

İkinci məsələ - yersiz təəssübdür. Bunun hansı formada olmasının fərqi yoxdur. İstər fərdi təəssüb olsun, istər qəbilə təəssübi olsun, istər region təəssübü olsun və s. Bundan böyük büt yoxdur. Həmin büt insanı həqiqi azadlığa çatmağa qoymur.

Üçüncü – insanın özünü bəyənməsidir. İnsan özünü bəyənər və başqa hər bir şeyə özünün eqosentrik nəzərləri ilə baxarsa, bu zaman özünü bəyənmək kimi böyük bütlə qarşılaşar. İnsana həqiqətə çatmaqda onun “mən bütü” böyük maneə olar.

Dördüncü məsələ - insanın inersion təfəkkürüdür. İnsanın hansısa bir çərçivələrdə düşünməsi, onu yalnız ağ və qara görməyə vadar edir. İnsan bu zaman dünyanı rəngarəng görə bilməz. İlahi məntiqdə bu da tənqid olunur.

Beşinci məsələ - irtica mövqeyində insanın hislərinin tərbiyə olunmasıdır. Bəzən insan daxilən irticaçı, yeniliyi sevməyən olur. Bu zaman da o, lazım olan azadlığa qovuşa bilməz.

İQTİSADİ və MƏNƏVİ AZADLIQ

Daha mühüm amillərdən biri isə - haqqı söyləməməkdir. O yerdə ki, haqq söylənməlidir, bunu saxlamaq olmaz. Bəzən elə insanın içərisində artıq formalaşmış bütlər ona haqqı söyləməyə mane olur. Zülmün qarşısında sükut etmək də insanın həqiqi azadlığı üçün maneədir.

Digər amillər – yalan, vahimə, xurafatlardır. İslamın, realist təfəkkürün nəzərində insan bu sadalananlarda ya azad ola bilər, ya da bunların zülmü altında yaşayar.

Bunlarla yanaşı insanı azad olmağa qoymayan xarici amillər də var. Bunlardan ən əsası - mühitdir. Buraya insanın iqtisadi azadlıqları, mənəvi azadlıqları daxildir. Tarix boyu zülm edənlər, toplumun həqiqi azadlıqlarını mühitdə qarşısına alanlar hər zaman çalışıblar ki, insan həm iqtisadi, həm də mənəvi baxımından azad olmasın.

İnsan sifətindən azad olmaq və həqiqi azadlıq

İMAM HÜSEYN (ə) MƏKTƏBİNİN AZADLIQ DƏRSİ

İndi İmam Hüseyn (ə) məktəbinin nəzərində azadlıq fenomeninə nəzərə salaq. Belə nəql edirlər ki, Bəni-Üməyyə cəlladlarından biri olan Əbdülməlik ibni Mərvan (lən) ölüm ayağında, qəddarlara məxsus sayıqlamalar halında olanda görür ki, sarayının qarşısından axan Dəməşq çayının yanında bir ölüyuyan dayanıb və hazırlıq görür. Min cinayətlər törətmiş, insanlara işgəncələr vermiş Mərvan (lən) o mürdəşirə baxır və deyir: “Ey kaş mən də onun kimi bir adi ölüyuyan olaydım. Hər gün gedib bu işlə məşğul olaydım. Bu boyda xilafəti öz sərvəti ilə üzərimə götürməyəydim. Hər canlı nə qədər uzun ömür yaşasa da, bir gün dünyasını dəyişəcək və məhv olacaq. Ey kaş, bu xilafətə gəlib çatana qədər bu işdən boyun qaçıraydım və dağların başında o baş-bu başa gedəydim”. O zamanın abidlərindən soruşurlar ki, “Mərvan (lən) belə söz deyib, bunun mənası nədir?”. Əbu Hazim adlı abid belə cavab verir: “Həmd olsun o Allaha ki, bu cür zalımları ölüm ayağında bu günə salır ki, bizim kimi zahidlik edib dünyadan əl üzməyi arzu edirlər. Amma biz ölən zaman heç vaxt ölüm ayağında həmin cinayətləri etmək eşqində olmuruq”. Yəni, insan bir onu bilsə ki, bir gün dünyadan gedəcək və dünyadan gedən halda peşman olacaq, bu zaman azad yaşamağı seçər. İmam Hüseyn (ə) məktəbi bizlərə heç bir zillətə boyun əyməməyi, izzətlə azadlığı öyrətdi. İmam (ə) üçün şəhadət - ən böyük azadlıq idi. İmam (ə) nəfsindən özünü azad etmişdi, özünü tək Allaha tabe etməklə azadlığı seçmişdi.


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 11:08
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 8 iyul 2011 22:17
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

CandyGirl

  • 8 iyul 2011 18:38
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

VERY_BEAUTIFUL

  • 8 iyul 2011 17:28
  • Məqalə: 5
  • Şərh: 15
  • Bal:
{awards}
ALLAH razi olsun! Tesekkurler))) love

aid_fanatka

  • 8 iyul 2011 16:52
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NELLY19

  • 8 iyul 2011 16:49
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ TŞK

iMPoSSiBLe

  • 8 iyul 2011 16:18
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
wink .....

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 31
Cəmi: 43

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}