Bənzərsiz sevgilim

 
Bənzərsiz sevgilim

Sən bilmədin bunu... Bilme! Eşitmə səsimi olarmı? Mən yenə eyni yollardan gedirəm... Yene güzgüdə gülürəm özümə. Yene islanır gözlərim sənsizliyin ortasında. Yene eşidirəm quş səslərini. Sən eşitmə məni olarmı? Mən hər şeyə baxmayaraq yaşayıram. Bəlkə sənsiz bəlkə çarəsiz. Amma inan xoşbəxt bir aşiqin hüznüylə yaşayıram. Bir endi bir çıxdı qayalara vuran dalğalarda ürəyim. Sənsizliyin verdiyi ağır ağrını çəkdim yenə. Olsun Sevgilim sənə dəyər.

O ən qiymətli duyğunu yaşatdın mənə. Sənin üçün hər şeyə dəyər. Hayata eşqə gülən, lağ edən məni nə hala çevirdin sən. Halal sənə ey sevgili. Qaça bilmədiyim qədər yaxın, tuta bilməyəcək qədər uzaq yerdəsən. Bilmədin. Bilməyəcəksən.

Sevginin yerini riyakarlığın aldığı bu zamanda tapa bilmədiyin qədər sevgi təqdim etmişdim sənə halbuki. İmkansız eşqim mənim. Qürurum, alıb verdiyim nəfəsim. Köhnə şəkillərimdəki saf və uşaqcasına gülüşümsən sən. Sənə bu qədər yaxınkən uzaqlardan izləmək qəlbimi ağrıdır. Gözlerine baxa bilməmək, sevdiyimi qışqıra bilməmək, səni həmişə uzaqdan izləmək inan ağrıların ən böyüyüdür.

Həmişə mən yaşadardım bu hisləri başqasına. İndi niyə mən? Bəlkə də Allahın cəzasısan mənə. Görmediyim sevgilərin intiqamı bəlkə də. Kim bilər? Bəlkə də tutan bir ah-naləsən sən. Off Sevgilim. Həyatıma əvəz oldun sən.

Yalnız səninlə qurulu bir həyatdayam indi. Səhər oyandığımda naharımsan sən. Küçədəki yaşlı qadınsan. Bir quş səsisən. Atdığım addımsan. Kitablarımsan. Xoşbəxtliyim və hüznümsən.

Yaşadığım hər yerdəsən sən. .Ahh bir bilsən. Dünya bildi sən bilmədin bənzərsiz Sevgilim. Lakin birlikdə yaşamaq vardı bütün gözəllikləri. Dizində yatmaq və gözlərinə baxmaq sonun başlanğıcı olardı bəlkə. Və sevdiyimi qışqırmaq səsim kəsilənə qədər. Dəli edən təkliyin ortasındayam indi. Sən hardasan, kimlərləsən ağılıma düşdün ey Sevgilim. Ürəyimdə olmağın çatmadı.

Artıq cavab gətirə bilmədiyim kimi sualda soruşa bilməz oldum. Nə çəkilməz əziyyətmiş eşq ağrısı. Nə ağrıymış İmkansız Sevgini tək yaşamaq. Həyata dair istədiyim tək şey sənsən. İlkimsən mənim və sonum olacaqsan. SƏNİ SEVİRƏM BƏNZƏRSİZ SEVGİLİM...


Geri dön

swat_505

  • 6 may 2011 14:13
  • Məqalə: 0
  • Şərh: 131
  • Bal:
tewekkurler

_RONALDO_

  • 5 may 2011 22:55
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
cox sag olun derc etdiyiniz ucun elleriniz var olsun

--------------------

L_SimuS

  • 5 yanvar 2011 03:33
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tewekkurler

Just For Legend

  • 1 dekabr 2010 20:51
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

Kisa_Kiss

  • 31 avqust 2010 12:15
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
love супер

--------------------

Ulya

  • 30 avqust 2010 16:22
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
coox sagol gozel xebere gore

_Unal_

  • 30 avqust 2010 13:41
  • Məqalə: 64
  • Şərh: 251
  • Bal:
{awards}
cox sag olun derc etdiyiniz ucun elleriniz var olsun smile

--------------------

FERID

  • 30 avqust 2010 13:39
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
coox gozal xeberdi tewekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 58

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}