Quranda kamil iman nümunələri: bağ sahibi

 
Quranda kamil iman nümunələri: bağ sahibi

Allah hz. Məhəmmədə (s.ə.v.) iki şəxsin arasında baş verən hadisəni vəhy etmişdir. Beləliklə, əsrlər əvvəl yaşayan iki şəxsin nümunəsi qiyamətə qədər bütün insanlara çatdırılmışdır:

Onlara iki kişinin (əhvalatını) misal çək. Bunların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq.
Hər iki bağ öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir çay axıtdıq.
Onun (başqa) sərvəti də var idi... (Kəhf surəsi, 32-34)


Bu şəxslərdən birinin göstərdiyi xarakter ibrət götürmək üçün verilmiş, digərinin etidallı rəftarı isə kamil iman nümunəsini meydana gətirmişdir.
Bu insanlardan biri var-dövlətə sahib olduğu üçün özündən razı və təkəbbürlüdür. Bağçasının məhsuldarlığı və görünüşünün gözəlliyi onun təkəbbürlənməsinə səbəb olmuşdur. Yanındakı adamdan daha varlı və güclü olduğunu düşündüyü üçün təkəbbür və əzəmətə haqq qazandırmışdır:

... O öz (mömin) yoldaşı ilə söhbət edərkən ona: “Mən sərvətcə səndən daha zəngin və adamlarıma görə səndən daha qüvvətliyəm!”– dedi. (Kəhf surəsi, 34)

Bu adam bağının gözəlliyini və bərəkətini gördüyündə, Allaha və Onun dininə ehtiyacı olmadığı zənn etmiş və özündən son dərəcə əmin və ağılsız üslubdan istifadə etmişdir:

O özünə zülm edərək bağına daxil olub dedi: “Bunun nə vaxtsa yox ola biləcəyini düşünmürəm. O Saatın gələcəyini də zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!” (Kəhf surəsi, 35-36)

Allahın ayədə də diqqət çəkdiyi kimi, bağ sahibi bağının əbədi qalacağını düşünmüş, heç nəyin onu yox edə bilməyəcəyini zənn etmiş, bunu açıq şəkildə dilə gətirmişdir. Bu dünyagörüşünün nə ilə nəticələnəcəyinin fərqinə vara bilməmişdir.
Allah bu şəxslə bərabər ikinci bağ sahibindən də bəhs edir. Bu adam da mülk sahibidir və varlıdır, ancaq digəri qədər deyil... Lakin sahib olduğu var-dövlər imanına və xarakterinə təsir etməmişdir. Bu səbəbdən, yoldaşının inkarı görərək, ona bu şəkildə cavab vermişdir:

... “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa (Kəhf surəsi, 37-39)

Ayənin davamında da yoldaşını azğınlaşmaması üçün dərhal onu xəbərdar etmiş və Allahın verdiyi malla Allaha qarşı təkəbbürlənməməyi nəsihət etmişdir:

Ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin)(bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün. Yaxud suyu çəkilib getsin və bir də onu axtarıb tapa bilməyəsən!” Beləcə, onun (bağının) məhsulu bir anda məhv edildi. O, (bağını belə görüb) ora qoyduğu xərcə görə (peşmançılıq çəkməyə) və əllərini bir-birinə vurmağa başladı. Bağın talvarları belə darmadağın olub yerə yıxılmışdı. O dedi: “Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!” Allahdan başqa ona yardım edə biləcək dostlar yox idi və o da öz-özünə kömək edə bilməzdi. Belə hallarda kömək etmək ancaq Haqq olan Allaha məxsusdur. Ən yaxşı mükafat verən və ən gözəl aqibət nəsib edən Odur. (Kəhf surəsi, 40-44).

Etidallı bağ sahibinin göstərdiyi əxlaq Allahın bəyəndiyi əxlaq modelidir. Sahib olduğu məntiq hadisələrə dünyagörüşü və üslubu kamil imana dair əlamətlərdir. Bu səbəbdən, Allah Peyğəmbərimizə (s.ə.v.) bu hadisəni bütün möminlərə nümunə olaraq izah etməsini əmr etmişdir. Digər bağ sahibinin göstərdiyi pis əxlaq isə kamil iman sahibinin əxlaqındakı üstünlüyün belə bir müqayisə ilə ortaya çıxmasına vəsilə olmuşdur.

Quranda kamil iman nümunələri: bağ sahibi


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 10:51
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 8 iyul 2011 22:13
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

Sweet life

  • 8 iyul 2011 19:37
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
eziyyete gore tesekkurler!

--------------------

NELLY19

  • 8 iyul 2011 19:17
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xeber ucun tewekurler...

ŞƏHLA

  • 8 iyul 2011 19:06
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
TESEKKURLER smile

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

CandyGirl

  • 8 iyul 2011 18:57
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

Madonna

  • 8 iyul 2011 18:55
  • Məqalə: 1
  • Şərh: 3
  • Bal:
{awards}
xebere gore twk

_mlowka_

  • 8 iyul 2011 18:46
  • Məqalə: 5
  • Şərh: 161
  • Bal:
{awards}
[color=#CC9933][/color] Xebere gore tewekkur...

aid_fanatka

  • 8 iyul 2011 18:43
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

iMPoSSiBLe

  • 8 iyul 2011 18:39
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 505
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♔Hе важно∞
Xəbərləri: 17
Cəmi: 63
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}