
Içimdə ölən biri var!
Lütfən mənə su verin! Yuyum bu sevgini, bu istəyi, bu ehtirası, bu duyğunu,
bu hissləri. Təmizləyim onu çirkablardan, paxıllardan,ara vuranlardan,inamsızlıqdan.
Mənə su verin yuyum bu əbədi dediyimiz, heç bir zaman
bir daha var olmayacaq dediyimiz bu sevgini, Yuyum onun
sənin üçün ölərəm deyən kəlimələrini, yuyum onun sən mənim MƏNIMSƏN dediyi sözlərini.
Mənə su verin pak edim onu!
Tərtəmiz başlasın yeni dunyaya!

Içimdə ölən biri var!
Lütfən mənə ağ kəfən verin! Sarım onu bəyaz kəfənə.
Qoruyum onu yeni sevgilərdən, xəyanətlərdən,ayrılıqlardan,
Yeni ağ səhifə başlatsın. Hər şey yeni olduğu kimi. Yeni dünyaya gəldiyi kimi.
Olmasın üstündə bir ləkə, bir əl izi, bir iztirab izi.
Içimdə ölən biri var!
Lütfən mənə torpaq verin! Basdırım onu əbədiyyətə...
bir daha qalxmasın. Bir daha oyanmasın,canlanmasın…
Bir daha görməsin,duymasın,anlamasın, SEVMƏSIN…
Qalsın torpaqlar altında çürüsün, amma anlasın ki,
var olub acı çəkməkdənsə yox olub çürüsün..
Mənə torpaq verin onu ən dərinə gömüm, kimsə onun
qəbrini bir daha tapmasın deyə. Kimsə bir daha onu görməsin deyə…

Içimdə ölən biri var!
Lütfən mənə gül verin! Düzüm onun qəbri üstə... güllər qədər ömrü oldu onun.
Bir qönçə idi qanadları vardı.Bir gül idi o,ətir saçardı hər gün,hər gecə...
yox idi tikanları, rahat idi ona toxunmaq.. amma vermədilər ona lazım olan
suyunu,bax o da gül kimi soldu getdi!
Töküldü ləçəkləri,töküldü hər bir hissəsi, sevgisi, istəyi…

İçimdə ölən biri var!
Lütfən mənə Molla verin! Çıxarsın gunahlarımızı!
Gizlincə əl-ələ verib öpüşməyimizi, qucaqlaşaraq ayın batmasını izləməyimizi...
ehtiras dolu baxışlarımızı... daim bir-birimizi arzu etməyimizi.
Mənə molla verin… dua etsin bağışlansın günahlarımız, bir-birimizdən başqa
kimsəni görməzdik, kimsəni tanımazdıq,..
o dünyanı xatırlamazdım. Sadəcə bizim dünyamızın olduğunu bilirdik.
Mənə molla verin.Onun son duasını oxusun.
Onu bir daha görməmək ümidi ilə əbədiyyətə göndərək…