Hikmət sahiblərinin, zahidlərin dediklərindən

 
Hikmət sahiblərinin, zahidlərin dediklərindən

Həzrət Əli (ə) buyurub: “İnsanların iki qismi var ki, onların yoldan azmasına mən səbəb olaram, halbuki, məndə təqsir yoxdur: Biri (mənim barəmdə) qabağa gedən (həddi aşan) dost, biri də geri qalan (məndən üz döndərən) düşmən.”
(Şeyx Səduq “Əmali” kitabında bu hədisi nəql etdikdən sonra yazır: “Bu sözü Həzrət (ə) üzürxahlıqla, onun barəsində həddi aşanlar və ifrata varanlardan ötrü deyib ki, bilsinlər ki, o Həzrət (ə) onların bu əqidəsinə nifrət edir.”)
Bunun ardınca Həzrət (ə) buyurur: “And olsun öz canıma! Əgər İsa da (ə) nəsranilərin ifratçı sözləri qarşısında sükut etsəydi Allah ona əzab verərdi.”

Məhəmmədin (s) dostu o kəsdir ki, onunla qohum olmasa da, Allahın fərmanlarına itaət etsin. Düşməni o kəsdir ki, qohum olsa da günahkar olsun.Həzrəti Əli (ə)

Əql artdıqca danışıq azalar.Həzrəti Əli (ə)

İki ac heç vaxt doymaz; elm acı, var-dövlət acı.İmam Cəfər Sadiq (ə)


Loğman oğluna buyurdu: “Oğul, sinəndə iki ürəyin olsun. Biri heç bir təqsirin olmadığın halda da olsa Allah qorxusu ilə dolu, digəri, səni məğrur edib əməldən saxlamayacaq ümidlə dolu.”

İmam Məhəmməd Baqir (ə) buyurur: “And olsun Allaha! Allah camaatdan iki şey istəyib. Biri odur ki, Onun nemətlərini iqrar etsinlər, O da həmin ne`mətləri artırsın və öz günahlarını e`tiraf etsinlər və O da bağışlasın.”

Mütəal Allah buyurub: “Mən bəndələrimə üç ne`mət verməklə onların boynuna minnət qoymuşam. Biri budur ki, öləndən sonra onların bədəninə pis iy vermişəm. Əgər belə olmasaydı heç kəs öz yaxınlarını dəfn etməzdi. Digəri budur ki, bəla və müsibətləri onların yadından silirəm. Əgər belə olmasaydı həyat onlar üçün dözülməz olardı. Üçüncüsü isə budur ki, arpa və buğdaya həşərat daraşdırıram ki, səltənət sahibləri qızıl-gümüş yığdıqları kimi onları da yığıb saxlamasınlar.

Həzrət Yusifin köynəyində üç nişanə var idi ki, Qur`anda da bunlar yad olunub. Biri yalançı qan idi. Allah-təala buyurur: “(Qardaşları) onun köynəyini yalançı qana bulaşmış halda atalarının yanına gətirdilər.” İkincisi arxadan cırılmağı idi ki, bu da Onun günahsızlığına dəlalət edirdi. Bu barədə də Quranda belə buyurulur: “(Misir hakiminin yaxınlarından biri dedi:) Əgər köynəyi öndən cırılıbsa qadın düz deyir (və Yusif yalan, yox əgər arxadan cırılıbsa qadın yalan deyir, Yusifsə doğru). Üçüncüsü (Yaqubun iylədiyi zaman onun gözünə təsir qoyduğu) iydir ki, bu barədə də Quranda belə buyurulur: “(Yusif dedi:) Mənim bu köynəyimi aparın (və atamın) üzünə çəkin ki, gözü açılsın.

Paxılın üç əlaməti var: Dalca danışar (qeybət edər), üzdə yaltaqlıq edər, bəla və müsibət üz verən zaman isə insanı məzəmmət edər.

Hər kəs yeddi tayfa insanla düz gəlməsə zərər görər; Alimlərlə düz gəlməyən dinini, rəhbərlərlə düz gəlməyən dünyasını, qonşusu ilə düz gəlməyən mənafeyini, qohumlarla düz gəlməyən alicənablığını, həyat yoldaşı ilə düz gəlməyən isə həyatın şirinliyini və ləzzətini əldən verər.Həzrəti Məhəmməd (s.a.s)

Beş şey qəlbi işıqlandırar: “İxlas” surəsini çox oxumaq, az yemək, alimlərlə oturub-durmaq, gecə namazı, məscidlərə getmək.Həzrəti Məhəmməd (s.a.s)

Həzrət Əliyə (ə) etdikləri nəsihətlərində buyurur: Ey Əli! Beş şey qəlbi öldürər; çox yemək, çox yatmaq, çox gülmək, çoxlu qəm-qüssə və haram yemək. Bu, imanı da aradan aparır.Həzrəti Məhəmməd (s.a.s)

Ən çox ağlayanlar beş nəfər olub: Adəm (ə), Yəqub (ə), Yusif (ə), Fatimə (ə) və dördüncü imam Həzrət Səccad (ə).
Adəm behiştdən uzaq düşdüyünə görə elə ağlayırdı ki, gözünün suyu sel kimi axırdı. Yə`qub Yusifin ayrılığına görə o qədər ağladı ki, ona dedilər: “Vallah sən belə ağlamaqla ya möhkəm xəstəliyə tutulacaqsan, ya da öləcəksən.” Yusif (ə) atasından uzaq düşdüyünə görə o qədər ağladı ki, zindandakılar bezib dedilər: “Ya gecə ağla, gündüz aram qal, ya da gündüz ağla, gecə sakit qal.” O da, nəhayət, bunların birini qəbul etdi. Fatimə (ə) atasının ayrılığına görə o qədər ağladı ki, bütün Mədinə əhli bundan narahat oldular. Çarəsiz qalıb gedib şəhidlərin qəbri üzərində ağladı. Həzrət Səccad (ə) iyirmi il (yaxud, qırx il) atasından ötrü daim ağlar halda idi.

Həzrət Əlinin (ə) yazısında gördük ki, böyük günahların sayı beş qeyd olunub: Allaha şərik qoşmaq, ata-anaya zülm etmək, Allahın hökmündən xəbərdar olduğu halda faizə pul yemək, döyüşdən qaçmaq, müsəlmanların şəhərinə mühacirət etdikdən sonra kafirlərin şəhərinə geri dönmək (dinin vacib hökmlərini yerinə yetirə bilmədiyi halda.)

Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi aradan aparar, fəqirlik gətirər və ömrü qısaldar. Axirətdə olan əzabları isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi atəşə səbəb olar.Həzrəti Məhəmməd (s.a.s)

Yoldaş istəyirsənsə Allah, dünya istəyirsənsə ibrət dərsi, dost istəyirsənsə əməli yazan mələklər, qazanc istəyirsənsə ibadət, həmdəm istəyirsənsə Quran, moizə istəyirsənsə ölüm. Əgər, ölüm bəs deyilsə, atəş bəs edər.Həzrəti Əli (ə)Həzrət Əlidən (ə) soruşdular: Asimandan ağır, yerdən geniş, dəryalar qədər ehtiyacsız, daşdan da möhkəm, atəşdən də qaynar, şiddətli şaxtadan da soyuq və zəhərdən də acı olan nədir? Buyurdu: Asimandan da ağır günahsıza vurulan töhmətdir, yerdən də geniş haqqın ətəyi, dəryalar qədər ehtiyacsız qane olan kişinin qəlbi, daşdan da möhkəm münafiqin qəlbi, oddan da isti zülümkar padşah, sərt şaxtadan da soyuq simicə ağız açmaq, zəhərdən də acı səbrdir


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 10:35
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 9 iyul 2011 11:59
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkkur edirem

--------------------

Sevinc ADU

  • 9 iyul 2011 00:43
  • Məqalə: 2
  • Şərh: 181
  • Bal:
{awards}
ALLAH sizden razi olsun.Deyerli xebere gore tesekkur edirem.

lema

  • 9 iyul 2011 00:34
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
Allah razı olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Mr.Elish

  • 8 iyul 2011 23:15
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
maraqli cox sagol

ZEHRA

  • 8 iyul 2011 22:43
  • Məqalə: 169
  • Şərh: 1948
  • Bal:
{awards}
tesekkurler

NELLY19

  • 8 iyul 2011 22:16
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqli cox sagolun

R.M_FaNaTka

  • 8 iyul 2011 22:07
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

qonce

  • 8 iyul 2011 21:32
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Maraqli xeberi bize catdirdiginiza gore minnetdaram!

Kayfarik Qaqaw

  • 8 iyul 2011 21:31
  • Məqalə: 0
  • Şərh: 18
  • Bal:
{awards}
ALLAH RAZL OLSUN.

Tarkan

  • 8 iyul 2011 21:23
  • Məqalə: 0
  • Şərh: 5
  • Bal:
{awards}
Tewekkurler maraqlidi

Tormento

  • 8 iyul 2011 21:05
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
BELƏ DƏYƏRLİ XƏBƏRƏ GÖRƏ ALLAH RAZL OLSUN.

Jasmi

  • 8 iyul 2011 20:57
  • Məqalə: 0
  • Şərh: 694
  • Bal:
{awards}
tewekkurler deyerli xeberdii

--------------------

aid_fanatka

  • 8 iyul 2011 20:54
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 8
Qonaqlar: 46
Cəmi: 74

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 52
Cəmi: 639
 
MiSS HaPPy)
Xəbərləri: 45
Cəmi: 76
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 42
Cəmi: 57
 
Arzu_zadeh
Xəbərləri: 37
Cəmi: 173
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 148
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}