Bakıdakı Yaşıl teatrda tanınmış Azərbaycan müğənnisi və bəstəkarı
Emin Ağalarovun (EMİN) növbəti möhtəşəm konserti keçirilib.
Trend Life-nin məlumatına görə, bayram gecəsinə biletlər hələ konsertə çox qalmış
satılıb qurtarmışdı. Ona görə də təşkilatçılar konsertə baxmağı arzulayanların
hamısını yerləşdirmək üçün əlavə stullar qoymalı olmuşdu.
Bir sözlə, populyar müğənninin kompozisiyasını dinləmək
istəyənlərin sayı açıq səma altındakı Yaşıl teatrın tutumundan daha çox idi.
EMİN konsertə “Just For One Night” kompozisiyası ilə başlayıb və ardınca yeni
proqramını, yeni “Wonder” albomundan mahnı və aranjimanlar, hit və
kompozisiyaları təqdim edib, eləcə də dünyaca məşhur rejissor Fil Qriffinin
çəkdiyi “Falling”, “Any Time You Fall”,
“Just For One Night” və “Wonder” kliplərinin təqdimatını edib.
“Mən bir çox şəhərlərdə çıxış edirəm. Amma Bakıdakı konsertlər mənim
həyatımda ən vacibləridir. Çünki mən bu gün Bakıdakı konsertimə
sizdən - tamaşaçılardan daha çox şadam”, - EMİN səhnədən deyib.
AzərTAc xəbər verir ki, konsertdə Azərbaycan Prezidenti İlham Əliyevin
qızları – Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva,
müğənninin ailə üzvləri, eyni zamanda mədəniyyət xadimləri iştirak etmişlər.