Eşq və Son söz

 
Eşq və Son söz

Eşq və Son söz

Qarşılıqlı sevginin Leylalarda Məcnunlarda qaldığını anlamaq üçün qarşılıqsız sevgi yaşamaq lazım olurmuş. Birini sevmənin, dəlicəsinə bir eşqlə bağlanmanın gözəlliyini yaşamaq üçün ayrılıq mövsümünə gəlmək olduğunu bilmirdim. Məgər həyatda nə çox şey qaçırtmışam...

Eşqin insanı böyütdüyünü, yetkinləşdirdiyini də öyrəndim artıq. Bu yaşıma qədər kimsə öyrətmədi mənə eşqin qarşılıqsız olduğunu, yalnız könüldən sevənin bu ağrıyla qovrulacağını, sevilənin isə sevildiyini bilməyəcəyini... Yenə təşəkkür edirəm sənə qarşılıqsız eşqim!!! Mənə həyatda öyrədilməyənləri öyrətdin. Heç kimə hiss etmədiklərimi hiss etdirdin. Heç kim üçün edə bilməyəcəklərimi etdim. Peşmanammı? Xeyr heç peşman olmadım və eşqini sonsuzluğuma saxlayarkən belə xoşbəxtdim. Həyatımın son pillələrində mənə belə bir eşqi yaşatdın. Səni sevməmə icazə verdiyin üçün təşəkkür edirəm Eşqim…

Sevgiliyə bu qədər bağlılıq çox görülməz ümid edirəm. Bəli yaşadım gördüm öyrəndim. Sevgi və eşq yalnız tək adam tərəfindən yaşana bilər. Eşqin qarşılığı yoxdur. Bəzi insanlar yalnız sevməyi bilər, qarşısındakı sevərmi sevməzmi heç düşünmədən sevər. Həmişə gözləyər sevəcək deyə və sonunda görər ki sizi qırmamaq adına xətir üçün özünü məcbur edərək cavab vermə səyindədir. Halbuki hər kəs duyğularında azaddır və kimsə kimsəni zorla sevə bilməz. İnciklik olmaz eşqdə. Sevirsənsə, həqiqətən eşqini ürəyində hiss edirsənsə buraxacaqsan sevgilini azadca qanad çırpsın və harada kiminlə xoşbəxtdirsə
Dadına çataraq yaşasın... Onun xoşbəxtliyini uzaqdan seyr edərək yaralarını qucaqlamağı da öyrənmək lazımdır...

Eşq təkliyi qəbul etməkdir...

Eşqin tənliyi həllsizdir. Öyrəşmək gərək yalnız sevməyə. Sevilməyi dadmadan da yaşamağı öyrənə bilər insan. Amma birini sevməyi, birinə sıx bağlanmağı mütləq yaşamalı. Bax o zaman həyatda bir səhv olar...
Və ön söz...

Səni sevdiyimi bil. Harada olsan ol. Hər vaxt çox sevildiyini bil...

Eşq və Son söz


Geri dön

_RONALDO_

  • 5 may 2011 22:53
  • Məqalə: 304
  • Şərh: 10756
  • Bal:
xebere gore minnettaram

--------------------

L_SimuS

  • 5 yanvar 2011 03:07
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

tewekkurler

Just For Legend

  • 1 dekabr 2010 20:41
  • Məqalə: 376
  • Şərh: 3092
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

♥Princess♥

  • 31 avqust 2010 12:07
  • Məqalə: 2186
  • Şərh: 7015
  • Bal:
{awards}
Maraqlidi.Tewekkurleeer

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 31
      Qonaqlar: 162
      Cəmi: 214

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 64
      Cəmi: 281
       
      _XADA_
      Xəbərləri: 61
      Cəmi: 420
       
      Love World
      Xəbərləri: 57
      Cəmi: 156
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 48
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 47
      Cəmi: 383
       
      green_15
      Xəbərləri: 46
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 42
      Cəmi: 249
       
      Nuray2012
      Xəbərləri: 37
      Cəmi: 126
       
      Ay Prensesi
      Xəbərləri: 36
      Cəmi: 536