Qaraqandan oxuculara müraciət

 
Qaraqandan oxuculara müraciət

Geridə qoyduğumuz yola baxıb fəxr edirəm. Dostlar, görün biz nə qədər şey etdik bu son illərdə. Çoxunun uzun illər bacarmadığını, çoxunun susub deyə bilmədiklərini, çoxunun düşünüb anlaya bilmədiyi dərinlikləri qurtum-qurtum anladıq. Neçə gözəl insanlarla tanış oldum, onları qucaqlayıb bağrıma basa bilməsəm də onlar mənim soyuq baxışlarımda sezdilər bu sevgini bu hörməti. Yəqin çox özümə qapalı insanam. Amma sevdim onları, onların daxili dünyalarını, onların əvəzsiz etdiyi köməkləri.
Nə qədər pis ad qoşuldu bizə, neçə alçaq və zəif insanlar bizi aşağı dartıb özləri kimi kiçik etmək istədi - alınmadı. Xalqın gözü tərəzidir, xalq doğrudan yaxşı bilir kim nəyə layiqdi. Bu xalq bizi bu yerə layiq bildi, bizə sevgi verdi, hörmət etdi. Və mən də sevməyə başladım, bütün etibarımı itirmiş bu xalqı sevdim. Nə qədər çirkli, nə qədər xəstə düşüncəli olsa da bu xalq, anladım ki bu mənim xalqımdı, bu mənim bir parçamdı, mən onun bir parçasıyam.

Azərbaycan yaralı, xəstə, qoca bir ana kimidir, bizlərə. Onu dilim-dilim didməkdənsə, onu nifrətimizlə məhv etməkdənsə onu sağaltmağa çalışaq gərək. Əl-ələ verib, tələsmədən, səbr və inamla. Və birinci özümüzdən başlayaraq. Öz xəstə düşüncələrimizi, öz içimizdəki nifrəti, insanlara yuxarıdan aşağı baxmağı, insanlara toxunmaqdan qorxmağı, diksinməyi tərgidərək. Nə qədər qaş-qabağımızı töküb bu küçələrdə bizə doğma olan bu insanların üzünə nifrət yağdıracağıq, nə qədər biz bədbəxtik, biz qanmazıq, qoyunuq sözlərini deyərək özümüzü alçaldacağıq? Buna bir son qoymaq lazımdı. Mən xalqı tənqid edirəm, onun çirkabını üzə çıxarıram, onun içindəki bütün mənfiləri sizə göstərirəm. Amma xalqa nifrət edəsiniz deyə yox, onu sevib, anlayıb, mənfilərini görüb düzəltməniz üçün.

Kiçik nifrət partlayışlarından sonra uzun səbrli və incə bir “anlayış” duyğusu gəlir adamın içinə. Doğma olduğunu anlayırsan hər kəsə. Hətda nifrət etdiyin o insanlar belə kiminsə sevgisinə layiqdi, onları da kimlərsə sevir. Eləcə də mənə də kimlərsə nifrət edir, mənim adımı eşidəndə qıcıqlanır, mənim hər addımımda bir səhv bir zəif nöqtə axtarıb ondan yapışmaq istəyirlər. Yıxmaq istəyirlər qaldırdıqları adamı, onun məhvində görürlər öz xoşbəxtliklərini. Dostlar, səhvsiz insan yoxdu, müqəddəslər də ancaq tarixin səhifələrində qalıb. İndi zaman bizim zamandı, gənc, inamlı və nəsə etməyə, həyatda nəyəsə nail olmağa çalışan həvəsli gənclərin zamanıdı. Bir-birimizin yıxılmağına sevinməkdənsə əlimizi uzadıb qaldırmağı bacarmalıyıq. Hətda bu yazını oxuyanda belə bəziləri mənfi bir cümlə, səhv çıxara bilmək üçün hansısa bir məntiqsizlik ya da qaranlıq bir söz axtarır, ya da indidən öz “hər kəsi dolamağı bacaran” istedadı ilə nəsə pis bir şeylər düşünür. “Görəsən necə edim ki, bu Qaraqana nifrət etsinlər?”

– Qardaş, dost, yoldaş, doğrudanmı bunu istəyirsən? Doğrudanmı dünyaya vermək istədiyin xeyir budu? Doğrudanmı sənin qəhrəmanlığın məni alçaltmaqdan ibarətdi? Ey içində yaxşı olub üzdə hər kəsə nifrət edən insan, sənə demək istəyirəm ki, səni doğrudan da çox sevirəm. Az qalıb, lap az. Bir azdan sən də anlayacaqsan ki, biz birik, biz doğmayıq, biz qardaşıq. Biz, qara-qura özündən razı, hamını dolayan, heç kəsi bəyənməyən, emolar, əlaçılar, rusdillilər, yaxşılar və pislər, ağıllılıar və giclər, Türkiyədə oxuyanlar və əsgərlikdən qayıdanlar, məktəbdən qovulanlar və özünə iş axtaranlar, nişanlılar və gündə bir qızı dolayanlar- biz hamımız birik, bizim hamımızın təkcə bir adı var- “Azərbaycan”...

Gəlin kimliyimizi itirsək də mənliyimizi itirməyək. Biz bütöv bir Azərbaycanın kiçik-kiçik “Mən”ləriyik. Və yalnız bir-birimizi sevib birləşəndə biz boz bir “kütlədən” işıqlı bir “millətə” çevrilə bilirik.

“Bu torpaqda doğulduğum üçün fəxr edirəm!”


Geri dön

mirkamal97

  • 12 iyul 2011 12:29
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
maraqlidir. xebere gore tsk

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

Inciciceyi

  • 11 iyul 2011 12:36
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler amaki oxumadim

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Alone_girl

  • 10 iyul 2011 01:28
  • Məqalə: 2
  • Şərh: 52
  • Bal:
{awards}
buna nifret edirem

R.M_FaNaTka

  • 9 iyul 2011 22:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
am am

--------------------

aid_fanatka

  • 9 iyul 2011 17:22
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

CandyGirl

  • 9 iyul 2011 16:47
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

GOODBYE

  • 9 iyul 2011 16:35
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
Men Qaraqani cox beyenirem..Halaldi.. Bele ruhda da davam ele.. smile

NELLY19

  • 9 iyul 2011 15:45
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur

MiLeyla

  • 9 iyul 2011 14:12
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

breaking dawn

  • 9 iyul 2011 14:06
  • Məqalə: 12
  • Şərh: 1041
  • Bal:
{awards}
tskler xebere gore))))<<<<<

lema

  • 9 iyul 2011 14:02
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Bu xeberi yerleşdirdiyiniz üçün minnetdaram size....... love

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

iMPoSSiBLe

  • 9 iyul 2011 13:51
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
“Bu torpaqda doğulduğum üçün fəxr edirəm!” --------- eceb edirsen

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}