Əbədi yaşayanlar

 
Əbədi yaşayanlar

Allah Təala «Ali-İmran» surəsinin 169-cu ayəsində buyurur: "Allah yolunda öldürülənləri ölü hesab etmə! Əksinə onlar diridirlər və Rəbbləri yanında onlara ruzi verilir". Allah kəlamı ilə başladığımız bu mövzudan göründüyü kimi, söhbət əbədi yaşayanlardan, yəni şəhidlərdən gedir. Şəhadət dedikdə anaların ürəkləri titrər, igidlər cuşa gələrlər. Dünyaya müsəlman kimi göz açan və ya sonradan bu dini qəbul edən hər bir kəs yaxşı bilir ki, İslam dinində şəhidlərin xüsusi yeri vardır və hər bir iman gətirən şəhadət zirvəsinə yüksəlmək amalını bəsləyir. Çünki bu – ali bir məqamdır. Bu məqam insaniyyətin kamilliyə çatdığı bir məqamdır. Ancaq bu məqam hər kəsə nəsib olmur. Ancaq həqiqi Allah eşqinə sahib olanlara, gördüyü hər bir işdə, çəkdiyi hər bir nəfəsdə O böyük İlahini görən şəxsiyyətlərə nəsib olur bu məqam.

İbni Məsud Böyük Peyğəmbərimizdən (s) nəql edir ki, o Həzrət (s) buyurur: " Allah şəhidlərin ruhlarına xitab edir və onlardan soruşur: Nə arzunuz var? Onlar cavab verirlər: «Pərvərdigara! Bundan da yaxşı nə istəyə bilərik ki, Sənin cavidan nemətlərinə qərq olmuşuq. Sənin ərşinin sayəsində məskən salmışıq. Bizim tək xahişimiz vardır, o da bir daha dünyaya qayıtmaq və yenidən Sənin yolunda şəhid olmaqdır». Allah Təala buyurdu: «Mənim yerinə yetirilməli əmrlərimdən biri də odur ki, heç kim yenidən dünyaya qayıtmayacaqdır». Onlar dedilər: «Əgər belədirsə, biz xahiş edirik ki, bizim salamımızı Peyğəmbərə (s) və qalanlara çatdırasınız, bizim halımızdan danışasınız və bizim vəziyyətimizdən onlara müjdə verəsiniz ki, heç bir nigaranlıq qalmasın»".

O insanların ki, yaxınları və ya övladları şəhid olurlar, onlar çox fikir edir və şəhid olmuşlarından çox nigaran qalırlar. Elə buna cavab olaraq Allah yuxarıdakı ayəni nazil etmişdir ki, şəhidlər ölməyib, onlar diridirlər.

Burada Allahın buyurduğu həyat, həmin bərzəx həyatıdır ki, bura ölümdən sonrakı ruhlar aləmidir. Cismi və maddi həyat deyildir. Bərzəx aləmində təkcə şəhidlər yaşamırlar. Başqa insanlar da Bərzəx aləminin həyatını yaşayırlar. Lakin şəhidlərin həyatı fövqəladə ali olduğu və mənəvi nemətlərə büründüyü üçün başqa bərzəxlilərin həyatı onların yanında adidir.

İslam şəhadəti, haqq və batil arasındakı mübarizənin mühüm amili və hər bir silahdan güclü olan və təsiri hər bir silahdan təsirli olan amil kimi tanıdır.

Əgər İslam tarixi və cavidan İslam cihadlarına nəzər salsaq, görərik ki, bütün bu qələbələrin səbəblərindən biri - Allah yolunda, haqq və ədalət yolunda şəhid olmaqdır ki, bu da fani olmaq və ölmək mənasında deyildir, əksinə səadətdir, cavidan və iftixar edilən bir əbədi həyatdır. Bu məktəbdən təlim alan əsgərlər adi əsgərlərlə müqayisə edilə bilməzlər. Adi əsgər öz həyatına görə nigaran olur, amma bu məktəbin davamçıları pərvanə tək öz eşq şamlarının alovunda yanar, qurban olar və bununla iftixar edərlər. İmam Hüseyn (ə) kimi...


Geri dön

Inciciceyi

  • 11 iyul 2011 12:15
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Alone_girl

  • 10 iyul 2011 01:22
  • Məqalə: 2
  • Şərh: 49
  • Bal:
{awards}
tesekkurler

R.M_FaNaTka

  • 9 iyul 2011 22:40
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk

--------------------

NELLY19

  • 9 iyul 2011 20:17
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

aid_fanatka

  • 9 iyul 2011 17:51
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk...................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

lema

  • 9 iyul 2011 17:47
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
İmam Hüseyn(ə) bütün müselmanlar üçün çox yaxşı nümunedir....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

iMPoSSiBLe

  • 9 iyul 2011 17:40
  • Məqalə: 22
  • Şərh: 678
  • Bal:
{awards}
Maraqlidi..twk...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

sevgi_meleyim.

  • 9 iyul 2011 17:38
  • Məqalə: 17
  • Şərh: 549
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN, COX GOZEL XEBERDI.

--------------------
Rebbim bir insan qoy qelbime
Amma o insan senin de sevdiyin olsun
Ve mene ele bir insan sevdir ki,
O insanin ureyi Seni seven bir mebed olsun.
Meni ele bir insanla goruwdur ki,
Menden evvel onunla goruwmuw olan Sen olasan.....Amin.

Ada...07

  • 9 iyul 2011 17:37
  • Məqalə: 46
  • Şərh: 2750
  • Bal:
{awards}
Cox maraqli melumatdir size oz tewekkurumu bildirirem...

--------------------


xanim12

  • 9 iyul 2011 17:36
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
cox gozel xeberdi

_mlowka_

  • 9 iyul 2011 17:36
  • Məqalə: 5
  • Şərh: 160
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

CandyGirl

  • 9 iyul 2011 17:33
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkur edirerm

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 43
Cəmi: 60

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 204
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}