Səni sevirəm, çünki

 
Səni sevirəm, çünki

Səni Sevirəm, Çünki...
Sənsiz bir həyatı artıq düşünə bilmirəm ...
Sənsiz bu quru dünyada yaşamaqdansa,
ölümün soyuq nəfəsini öpməyi,
bir daha heç səni görməməkdənsə həyata arxamı dönməyi
seçərəm ...

Səni Sevirəm, Çünki...
Mənliyim sənə aid ...
Sən onu əzib zibilə də ata bilərsən,
Ürəyinə yaxın bir yerə də qoya bilərsən ...
Tanrım !!!
O ürəyinə yaxın bir yerdə olmaq istəyirəm ...

Səni Sevirəm, Çünki...
Tanrı çiçəkləri yaradarkən səni də onlarla birlikdə yaratmış ...
Çobanyastığıdan gözəl,
Zanbaqdan zadəgan,
Manolyadan şirin,
Güldən daha gözəl qoxulu ...

Səni Sevirəm, Çünki...
Gözəlliyinə mələklər qibtə edirlər ...
Dünyada isə,
Ölümlülər arasında yəqin bir tək mənim kimi bir iki şanslı
Onu görə bilir ...

Səni Sevirəm, Çünki...
Səni izah etmək üçün misralar çatmır ...
Düşünürəm bir qış gecəsi bunu yazarkən,
Görəsən neçə şair sənin gözəlliyini izah etmək üçün minlərlə misra yazdı ...
Səni Sevirəm, Çünki
Sənin gülümsəməyin günəşin doğuşu kimidir,
İnsana hər şeyi unutdurur.
Yalnız seyr edib dadına çatma hissi oyandırır ...

Səni Sevirəm, Çünki...
İçimdə bir ümid var ...
Bu şeiri bəlkə baş ucuna qoyarsan ...
Kim bilər. Bəlkə yanına da 'Qırmızı' bir gül ...

Səni Sevirəm, Çünki...
Ölənə qədər, yox olana qədər səninlə olsam,
Bu hərhalda bir cəza kimi gəlir.
Daha çox sənlə ola bilmədiyim üçün ...

Səni Sevirəm, Çünki...
Sən həmişə mənimləsən ...
Gözümü bağlamam kifayət edir. Səni görməm üçün ...

Səni Sevirəm, Çünki...
Səni Sevməkdən başqa bir şey gəlmir içimdən ...
O qədər təbiidir ki, bu duyğu ruhumun dərinliklərində,
Sanki doğulduğumdan bəri var ...
Yalnız ortaya çıxmaq üçün səni gözləyirdi ...


Səni Sevirəm, Çünki...
Hər səhər qalxdığımda yaşamaq üçün tək səbəbim, sən varsan ...
Lakin səni sevmək üçün minlərlə səbəbim var ...

Səni Sevirəm, Çünki...
Bu ağ-qara dünyada tək rəng sənsən,
Bir rəssamın fırçasından çıxmış kimi ...
Amma ala-qara bir rəng deyil,
Göy qurşağının hər tonunu kölgədə buraxan bir rəng ...

Səni Sevirəm, Çünki...
Səni Sevməyi Sevirəm ...
Səni iyləməyi sevirəm ...
Sənə toxunmağı sevirəm ...

Səni Sevirəm, Çünki...
Nə vaxt bir eşq şeiri eşitsəm, misralardan sən axırsan ...
Nə vaxt köhnə bir mahnı gəlsə qulağıma,
Gitara telləri arasından süzülən notlar, səni gətirir mənə ...

Səni Sevirəm, Çünki...
Sənin tərəfindən Sevilmə fikri belə bir insanı həyatı boyunca
xoşbəxt edə biləcək qədər gözəl və əvəzolunmaz ...


Səni Sevirəm, Çünki...
Bu soyuq gündə içimi isidən bir əsinti kimisən ...
Yüngüldən əsirsən, iliklərimə işləyərək ...
Sonra da itib gedirsən, daha haradan gəldiyini
Anlaya bilmədən ...

Səni Sevirəm, Çünki...
Gözlərinin içində minlərlə ulduz,
Gecənin qaranlığını deşib keçir ...
Mənə baxarkən özümü ulduzlara təpədən baxır kimi hiss edirəm ...

Səni Sevirəm, Çünki...
Sən sənsən ...
Amma sən məni mən olduğum üçün sevirsənmi?
Onu kim bilər ...

Səni Sevirəm, Çünki...
Saçların əllərimin arasından itkin gedərkən,
Dünyada cənnəti tapmış kimiyəm ...
Bir an əlimdə tuturam o cənnəti ...
Bir an sonra bəlkə də tamamilə əllərimdən itkin gedəcək ...

Səni Sevirəm, Çünki...
Bu qədər səbəbdən sonra belə SƏNİ nə qədər SEVDİYİMİ izah edə bilmirəm
a


Geri dön

_RONALDO_

  • 5 may 2011 22:52
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
Cox gozel yazi idi hamisini oxudum cox xowuma geldi.Tewekkurleeer

--------------------

BeSt Of

  • 1 aprel 2011 20:36
  • Məqalə: 1
  • Şərh: 206
  • Bal:
{awards}
hedsiz drecede xoshuma geldi...............elaaaaaaaaaaaaa
love love love love

--------------------
....Fikirləşirəm ki,riyaziyyatı daha yaxşı öyrənməliyəm.Artıq insanların neçə üzü olduğunu hesablaya bilmirəm!!!

only-girl

  • 12 fevral 2011 17:18
  • Məqalə: 1002
  • Şərh: 5000
  • Bal:
{awards}
təşəkkür

--------------------

L_SimuS

  • 5 yanvar 2011 03:01
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Just For Legend

  • 1 dekabr 2010 20:21
  • Məqalə: 407
  • Şərh: 3168
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

unlimited_love

  • 7 sentyabr 2010 17:42
  • Məqalə: 0
  • Şərh: 29
  • Bal:
{awards}
Ecazkardi! Cox sag olun!

_Unal_

  • 1 sentyabr 2010 14:24
  • Məqalə: 64
  • Şərh: 250
  • Bal:
{awards}
zolusqa xanim menim xeberlerime laqeyd yanasmayin bu xeberi men ozum de cox sevirem tesekkur edirem

--------------------

Ulya

  • 31 avqust 2010 16:52
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
coox gozel sozleri var .twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 39

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}