Buğa bürcü

 
Buğa bürcü

Buğalar cəmiyyət içərisində parlamağı, seçilməyi xoşlamır, sakit yaşamağı və özünü səbirli aparmağı bacarirlar. Buğalarla ilk görüşü təşkil etmək üçün müəyyən vaxt lazımdır. Kişi Buğalar görüşü təyin etməyə tələsmirlər. Qadın Buğalar tez bir zamanda görüşməyə razılıq vermirlər. Əgər görüş təyin olunubsa, onda siz seçilənlərdənsiniz.

Buğalar komediya teatrını, gülüş doğuracaq filmləri, televiziya verilişlərini izləməyi xoşlayırlar. Onlar incə və səmimi yumoru duya bilirlər. Buğalar bahalı restoranlara getməyi sevirlər. Dadlı yeməklər və şirin desertlər onların ürəyincədir. İştahaları, maşallah yaxşıdır.
Buğalar yalana nifrət bəsləyir, dərhal onu hiss edirlər. Onlar məhəbbətlərini tez-tez etiraf etməklə sevgilini ərköyünləşdirirlər.
Əgər siz Buğalara hədiyyə etmək istəyirsinizsə, onda gündəlik istifadəyə gərəkli əşyalar alsanız daha yaxşıdır, məsələn saat, üzük, qadın Buğalar üçün alçaqdaban ayaqqabı, başmaqlar və s.

Kişi Buğalara hədiyyə almaq istəsəniz, onların zəif yeri boğaz olduğundan kəşmirdən, ipəkdən olan şərf yerinə düşər. Buğalarla söhbət etdikdə intellektual, çətin mövzulardan başlamayın. Filmlərdən, dəbdə olan musiqidən söhbət açsanız, söhbət daha səmimi alınar.
Bürclər arasında ən varlısı da məhz «buğa»larla «oxatan»lardır. İkincilər var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna bəxtləri və ağılları hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var.

Söhbət açdığımız Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar. Güclü yaddaş, özünə inam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələshik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən “buğa”lar nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi görkəmləri və yüngüllükdən uzaq olmaları münasibətlərin korlanmasına mane olur.

Buğa”ların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həll etməyə çalışırlar. “Buğa”lar o qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir.


Buğa — Qoç. İki bir-birindən ayrı, fərqlənən şəxslərdir. Buğalar onları tələsdirməyi sevmirlər. Qoçlar əksinə, impulsiv hərəkət etməyə meyllidirlər. Bunlar arasında bəzən isti ünsiyyətlər yarana bilər. Ailə münasibətlərində isə bir çox problemlərlə üzləşəcəklər.

Buğa — Buğa. Emosional uyğunluqları vardır. Qadın Buğa sevgidə sentimentaldır. Kişi Buğalar bəzən laqeyddirlər. Münasibətləri xoş ola bilər, amma ailədə dözüm, səbir üstünlük təşkil etməsə, çətin ki, bu uzun müddətli olsun.

Buğa — Əkizlər. Dəyişkən xarakterə malik Əkizlər dəqiq Buğaların tamamilə əksidirlər. Bir çox xüsusiyyətləri onları bir-birinə bağlasa da, ailə üçün bu kifayət etmir. Ailənin uzun müddətli olmasından ötrü qarşı tərəfdən dözümlük və iradə tələb olunur.

Buğa — Xərçəng. Hər ikisi hisslərə qapanandır. Romantik xüsusiyyətləri də vardır. Evdə olmağı çox sevirlər. Hər ikisi sadiqliyi qiymətləndirir. Ailə münasibətləri çox uğurludur. Bir-birini başa düşəndirlər.

Buğa — Şir. Xarakter baxımından bir-birindən fərqlidirlər. Şir həyatsevər, şən olduğu halda Buğalar hisslərini gizlədə bilən və eqoistdir. Şirləri yola vermək çətin olduğu üçün münasibətlər mürəkkəbləşir. Ailə çox vaxt uğurlu sayılmır.

Buğa — Qız. Uğurlu ailə alınır. Hər iki bürc sahiblərinin düşüncələri, istəkləri üst-üstə düşür. Yaranan problemlərin həllində hər ikisi aktiv iştirak edir. Bu da münasibətlərin daha da istiləşməsinə gətirib çıxardır.

Buğa — Tərəzi. Bu münasibətdə Tərəzilər çox emosionaldirlar. Ailədə Buğa başçı olmağa can atır. Hər iki bürc sahiblərinin maraqları eynidir. Münasibətlər pis deyil, uzun müddətli və daimi ola bilər.

Buğa — Əqrəb. Bu bürc sahiblərinin ünsiyyəti yaxşı sayıla bilər. Bəzi mənfi xüsusiyyətləri yox etməklə, Əqrəblər dözümsüz olsa da, Buğaların səbri münasibətlərin uzun müddətli olmasına imkan verir. Çox vaxt yaranan ailə səadət nümunəsinə çevrilir.

Buğa — Oxatan. Zəka yönümündən bir-birini cəzb etsələr də, ailə-məişət zəminində rabitələri tez qırılır. Məhəbbət bir ildırım parıltısı kimi gurultulu, işıqlı və ani olur. Bir-birinə güzəştə getməmələri ailəni dağıdır.

Buğa — Oğlaq. Əla cütlükdür. Müəyyən yaş həddinə çatandan sonra, bu aydın görünür. Xarakter baxımından bir-birinə çox uyğunluqları vardır. Biri çətinə düşdüyü zaman, digəri onun köməyinə çatır. Hər iki bürcün sakitliyi və səbri harmoniya, ahəngdarlıq yaradır. İşləməyi sevirlər, təmizkardırlar.

Buğa — Dolça. Dolçalar ərköyünlükdən tərslik edir. Bu da narazılıqlara gətirib çıxarır. Çox vaxt Buğalar Dolçalara qarşı çox tələbkar və qısqanc olurlar. Hər ikisi bu münasibətdən çox tez yorulurlar. Bir-birinin başa düşülməməsi ailənin dağılmasına gətirib çıxara bilər. Ehtirasca Buğa Dolça-dan güclüdür, bu da münasibətlərə təsirsiz keçmir.

Buğa — Balıqlar. Bu münasibətdə Buğalar başçı olmalıdır. Balıqlara çox köməyi dəyir. Xarakter baxımından Buğalar Balıqlardan güclüdür. Bir yerdə bu bürc sahibləri xoşbəxt ola bilərlər. Ailədə yaranan bəzi problemlər Balıqların eqoist olmasından irəli gəlir. Balıqlar unutmamalıdırlar ki, Buğalar onlardan çox güclüdür


Geri dön

ulka17

  • 20 iyul 2011 00:02
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
tesekkurler

LOVE IS DEAD

  • 11 iyul 2011 20:53
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
Ehhhh menim ex ashkim Buga idi hec yola getmirdik

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

angel gunay

  • 11 iyul 2011 17:57
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
men wir burcuyem..buqa ile wir yola gede bilmir....munasibetleri cetin olur......maraqlidi tesekkur melumata gore

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

aid_fanatka

  • 11 iyul 2011 11:47
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Inciciceyi

  • 11 iyul 2011 09:22
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqlidi amaki bir xaiw baliqlar burcu haqqinda da melumat veresizde

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 10 iyul 2011 22:35
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twwk

--------------------

NELLY19

  • 10 iyul 2011 16:30
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

qonce

  • 10 iyul 2011 15:50
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Derin minnetdarliq size menim burcum haqqinda daha etrafli ve dolgun melumat yerlsdirdiyinize gore.Tesekkur edirem size!Munasibetleri de oxudum.Burcumde deyilenlerle tamamile raziyam....Hamisi duzdur wink ....

lema

  • 10 iyul 2011 15:29
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Hamısını oxudum.Teşekkürler.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MarkizaCana

  • 10 iyul 2011 15:26
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
MENDE BUGA BURCUNDENEM.....xebere gore tewekkur edirem

Deniz

  • 10 iyul 2011 15:24
  • Məqalə: 338
  • Şərh: 3908
  • Bal:
{awards}
Buga burcu olmasam da, munasibetlere baxdim

... Deryam ...

  • 10 iyul 2011 15:14
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Mənim bürcümdü...Deyilən sözlərin demək olar hamsı da düzdü ...TŞKLƏR wink

--------------------

CandyGirl

  • 10 iyul 2011 15:10
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkur edirem

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 21
Cəmi: 38

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}