Dondurmanı kim fikirləşib?

 
Dondurmanı kim fikirləşib?

Bu sual amerikalılar, fransızlar və italyanlar arasında həmişə mübahisəli olub.
Əslində, ilk dondurmasatan müəssisə Amerikada açılıb.
Amma dondurmanı ilk dəfə ictimaiyyətə tanıdan İtaliyanın Genuya şəhərindən
mühacirət etmiş bir italyan olub. Bu hadisə 1770-ci ilə təsadüf edib.

Fransızlar iddia edirlər ki, hələ 100 illər əvvəl dondurma istehsal etməyə
başlayıblar. 1676-cı ildə fransız şirniyyat ustası ilk dondurma şirkəti yaradıb.

Dondurmanı kim fikirləşib?

Dondurma necə yaranıb?

Dondurmanın tarixi bizim eradan 3 min il əvvələ təsadüf edir.
O dövrdə Çində varlılar ondan desert kimi istifadə ediblər.
Onu süfrəyə dondurulmuş meyvə şirəsi şəklində veriblər.

Dondurmanın reseptini isə ilk dəfə XIII əsrdə Çindən İtaliyaya məşhur səyyah
Marko Polo gətirib. Ona bu resepti monqol xanı hədiyyə edibmiş.
Polo dondurmanın hazırlanma prosesini özü görüb öyrənsə də,
evinə qayıdanda ondan istifadə edə bilməyib.

Digər bir rəvayətə görə, bir aşpazın dondurmanın hazırlanması haqqında
xüsusi sirləri olub. Bu aşpazı Yekaterina Mediçi çox yaxşı tanıyıb.
Yekaterina toyundan sonra Fransaya köçüb və həmin aşpazı da özü ilə
birlikdə Parisə aparıb. Aşpazın hazırladığı dondurmadan dadan
I Karl onu krallığın dondurmaçısı adlandırıb və hətta bu şəxsə
ömürlük təqaüd də təyin edib. Amma aşpazın qarşısında şərt qoyub ki,
dondurmanın hazırlanma qaydasını heç kimə öyrətməsin.
Çünki bu soyuq desert krallığa aid qida hesab olunub.

Beləliklə də dondurmanın hazırlanma qaydası təqribən 4 əsr gizli saxlanılıb.

Dondurmanı kim fikirləşib?

İlk dondurma şirkəti Parisdə yaradılıb

Bu məşhur desertin istehsala buraxıldığı və ilboyu satıldığı ilk ölkə Paris
olub. 1676-cı ildə 250 parisli konditer ilk dondurma şirkəti yaradıb.
O illərdə dondurmanın hazırlanma üsulu hələ də rəsmən dövlət sirri hesab olunurdu.

Yalnız 100 ildən sonra Vyanada aşpaz kitabı çap olunub
və burada dondurmanın müxtəlif reseptləri açıqlanıb.

Dondurmanı kim fikirləşib?

Məşhurların dondurma sevgisi

Rəvayətə görə, sərinləşdirici qida məhsulu kimi makedoniyalı İsgəndər üçün də
dondurma hazırlanıb. Bu ləzzətli desert hətta
Roma imperatoru Neyronun da süfrəsini bəzəyib.

Napoleon Bonapart da dondurmanı çox sevib.
III Henri isə ilin istənilən fəslində dondurma yeyib.

Dondurmanı kim fikirləşib?

Qəhvəli dondurma

İlk qəhvəli dondurma 1799-cu ilin avqustunda Hamburqda hazırlanıb.

Eskimo necə yaranıb?

100 illər əvvəl amerikalı Nelson şokolad içində dondurma yaradıb və
bunu eskimo pirojnası adlandırıb. Müasir dövrdə hər birimizin çubuq
üzərindəki şokoladlı dondurma kimi tanıdığımız «eskimo»nun adı da o vaxtdan qalıb.

Dondurmanı kim fikirləşib?

İlk qaymaqlı dondurma «Plombir»

İlk qaymaqlı dondurmalar Fransanın Plomber-le-Ben şəhərində III
Napoleonun dövründə hazırlanıb. Buna görə də bir çox dondurmanın
adı məhz «Plombir» adlandırılır. Zaman keçdikcə bu desert bir çox
ölkələrdə tanınıb. Sonralar onun tərkibinə müxtəlif əlavələr də edilib.
Hazırda çeşidli dondurmaların vətəni İtaliya sayılır.

Dondurmanı kim fikirləşib?

Dondurma hazırlayan maşın

XIX əsrdə ilk soyuducu maşın yaradılıb və bundan sonra dondurma
hazırlanaraq satışa çıxarılıb. Əvvəl ayrı-ayrı xırda sahibkarlar,
eləcə də bəzi restoran və qəhvəxanalar çox az miqdarda dondurma istehsal ediblər.

Azərbaycanda isə ilk dəfə dondurma
istehsalına 1934-cü ildə başlanılıb.


Geri dön

NELLY19

  • 11 iyul 2011 14:01
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Tşk-lər xəbər üçün

CandyGirl

  • 11 iyul 2011 13:53
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli movzudur dondurmani coox sevieem

--------------------

aid_fanatka

  • 11 iyul 2011 11:32
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk....................

twk....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sirli Melek

  • 11 iyul 2011 09:41
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Azərbaycanda isə ilk dəfə dondurma
istehsalına 1934-cü ildə başlanılıb.
BUNU BİLMİRDİM)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 11 iyul 2011 08:52
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

marissa

  • 11 iyul 2011 05:21
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
tesekkurler

lema

  • 10 iyul 2011 23:08
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
ne yaxşı ki dondurmanı fikirleşibler. smile Teşekkürler melumat üçün bilmediklerimi öyrenmiş oldum.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MiLeyla

  • 10 iyul 2011 22:40
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
maraqli melumata gore tewekkurler wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 10 iyul 2011 22:21
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
fikirlesenin aglina qurban serinlemek ucun super vasitedi wink

--------------------

only-girl

  • 10 iyul 2011 21:38
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk cox sevirem dondorumani

--------------------

play girl

  • 10 iyul 2011 20:43
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
twk maraqli xeber idi

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

Sweet life

  • 10 iyul 2011 20:06
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
thanks! for the nice ica creams fellow

--------------------

NELLY19

  • 10 iyul 2011 20:01
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tewekkur edirem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 68

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}