Tənhalıq

 
Tənhalıq

Bütün həyatı boyu insan tənhalıqdan qaçmağa çalışır.Bəzən isə buna adət edir.
Razı olmayanlar pisləyirlər...
Bu hal ilə barışanlar fikir vermirlər...
Mənəvi cəhətdən yanaşanlar zövq alırlar.
Amma bu vacib deyil,vacib olan başqa şeydir.Vacib olan odur ki,o həmişə var.Olub və olacaq.Deməli onsuz mümkün deyil.Nəyə görə?
Sən fikirləşirsən ki tənhalıq-ətrafdakıların səni başa düşməməyidir?
Yox əsla.
Tənhalıq nədir?
Tənhalıq-o zaman ki,sən artıq əmin olursan ki ətrafındakılara sən yox, səndən nəsə lazımdır.
Tənhalıq-o zaman ki sən öz həyatını doldurmaq üçün özgəsinin həyatından bir parça oğurlayırsan.

Tənhalıq

Tənhalıq-o zaman ki,səninçün əhəmiyyəti olmayan arzuların arxasınca gedirsən.
Tənhalıq-o zaman ki,sən başqası ilə danışanda da özün özünlə danışırsan.
Tənhalıq- o zaman ki,yanında olan birinə pis olduğu halda bu sənə heç bir təsir göstərmir,bu səni narahat etmir.
Tənhalıq- bu səni sevməyənlər deyil.Bu sənin artıq heç kimi sevməməyindir.Və ya sevə bilməməyin.

Tənhalıq sakit gəlir,xəbər vermədən.Səni sakit bir guşədə də yaxalaya bilər,səsli küylü kütlə içərisində də.Ondan qorxmaq lazım deyil.O təbiidir.Bir də ki o gəlibsə artıq geri çəkilməyəcək.O zaman qədər ki sənə lazımdır.Vacibdir.
Vacibdir?Niyə görə?
Heç olmasa ona görə ki,düşünə biləsən.
Heç olmasa ona görə ki,fikirləşə biləsən.Gündəlik vurnuxmalardan,çabalamalardan özünü kənar edə biləsən.Əvvəlki ritmə qayıtmaq üçün.Bu siqnaldır.Bu dərsdir.
Uzanan,bitmək bilməyən tənhalıq sənin hazırlaşmadığın,yerinə yetirə bilmədiyin tapşırıqdır.
Çox vaxt biz həyatda bizə yaşamağa kömək edən həqiqətlərdən qaçırıq.
Tənhalıqdan qaçdığımız kimi...


Tənhalıq


İnsan tənha qalmağı ancaq o halda sevir ki,bilir ki doğmaları yaxındadır,onu hər zaman bu tənhalıqdan xilas edən biri,onu bu sakitlikdən çıxaran biri olacaq.Əslində isə belə geniş dünyada tək tənha qalmağı heç kim arzulamaz.Bu hamı üçün qorxulu gəlir.Elə anlar olur ki,hər şeyi unutmaq,silmək istəyirsən həyatından.Elə bil heç olmayıbmış kimi-xoşagəlməz hadisələri,ağrıları,bəzi insanları silmək istəyirsən.Amma bu zaman yaxşılar da silinəcək,ən gözəl xatirələrin.Qəlbinin dərinliyində gizlətdiyin yaxşı anlar.Tənha olduqda onları xatırlamaq,o anları bir daha yaşamaq bizə bəzən kömək edir.Çətin anlarda həyatının bu işıqlı xatirələri sənə yenidən inanmağa,yenidən ayağa qalxmağa stimul verir.
Sizinçün tənhalıq nədir?
Qorxursunuz,ya ona can atırsınız?
Heç tək qalmaq istədiyiniz anlar olubmu?


Geri dön

_RONALDO_

  • 5 may 2011 22:52
  • Məqalə: 304
  • Şərh: 10756
  • Bal:
Cox gozel movzu idi.

Cox gozel movzu idi.

--------------------

only-girl

  • 2 aprel 2011 13:36
  • Məqalə: 1002
  • Şərh: 5028
  • Bal:
{awards}
Tewekkurler...Maraqlidi....

--------------------

_RONALDO_

  • 10 mart 2011 18:39
  • Məqalə: 304
  • Şərh: 10756
  • Bal:
{awards}
tewekkur edirem coooox sagolun

--------------------

nilayka

  • 17 fevral 2011 23:26
  • Məqalə: 208
  • Şərh: 7696
  • Bal:
{awards}
tewekkurler

--------------------

L_SimuS

  • 5 yanvar 2011 03:06
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
tewekkurler

Just For Legend

  • 1 dekabr 2010 20:24
  • Məqalə: 376
  • Şərh: 3092
  • Bal:
{awards}
xebere gore minnettaram

--------------------

AWKSIZ

  • 9 oktyabr 2010 01:26
  • Məqalə: 0
  • Şərh: 222
  • Bal:
{awards}
tewekkurler

--------------------

♥Princess♥

  • 31 avqust 2010 12:03
  • Məqalə: 2186
  • Şərh: 7015
  • Bal:
{awards}
Cox gozel movzu idi.Ellerine sagliq baciwim.Tewekkurleeer request

--------------------

Ulya

  • 31 avqust 2010 00:14
  • Məqalə: 1910
  • Şərh: 13796
  • Bal:
{awards}
coox sagol baciww.axira kimi maraqlaaaa oxudum.heqiqeten coox maraqli movzudu.menim coox xowuma geldi.ellerine sagliq.

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 



      Sorğu [?]

      LeGenD.Az Yeni Görünüşü ?

      Əla
      Yaxşı
      Normal
      Belədə
      Pis

      ToP 10 Şərhçi

      Online

      İstifadəçilər: 29
      Qonaqlar: 159
      Cəmi: 208

       

      Top 10 Müəllif

      enigmatic_girl
      Xəbərləri: 64
      Cəmi: 281
       
      _XADA_
      Xəbərləri: 61
      Cəmi: 420
       
      Love World
      Xəbərləri: 57
      Cəmi: 156
       
      dj_okush717
      Xəbərləri: 51
      Cəmi: 302
       
      MEGAN FOX
      Xəbərləri: 48
      Cəmi: 230
       
      Musique Sage
      Xəbərləri: 47
      Cəmi: 383
       
      green_15
      Xəbərləri: 46
      Cəmi: 206
       
      GüN_GüN
      Xəbərləri: 42
      Cəmi: 249
       
      Nuray2012
      Xəbərləri: 37
      Cəmi: 126
       
      Ay Prensesi
      Xəbərləri: 36
      Cəmi: 536