Eyb

 
 Eyb

 Eyb

1388. Başqalarının eybindənsə, öz qüsurları ilə məşğul olanların təqdir olunması.
4710. İmam Əli (ə): «Xoşa o kimsənin halına ki, özünün eybi, onu camaatın eybləri ilə əlləşməkdən saxlasın.» (Nəhcül-Bəlağə, xütbə 176)
4711. Allahın Peyğəmbəri (s): «İnsanların ən ağıllısı odur ki, öz eyblərini görsün və başqalarının eybinə kor olsun.» (Ğurərul-Hikəm, hədis 3233)
4712. Allahın Peyğəmbəri (s): «Kim öz eybini görərsə, başqalarının eybləri ilə məşğul olmaqdan çəkinər.» (Tuhəful-Uqul, səh. 88)
4713. İmam Sadiq (ə): «İnsan üçün ən xeyirli iş odur ki, öz eyblərini aradan götürməkdə camaatdan öndə olsun və ya camaatın eybləri ilə məşğul olmamış öz eyblərinə baxsın.» (əl-Kafi, c.2, səh.243, hədis 337)
4714. İmam Sadiq (ə): «Görsəniz ki, kimsə camaatın günahlarını axtarır və öz günahlarını unudub, bilin ki, Allahın fəndinə düçar olub.» (Mostətrəfatus-Səraer, səh. 48, hədis 7)

1389. Camaatın eybləri ilə məşğul olmaq və öz nəfsi ilə barışmağın pislənməsi.

4715. Məsih (ə): «Ey pis bəndələr! Günaha görə camaatı danlayırsınız, ancaq öz eyb və pisliklərinizə əmin olduğunuz halda özünüzü danlamaqdan çəkinirsiniz.» (Tuhəful-Uqul, səh.501)
4716. Allahın Peyğəmbəri (s): «Sizlərdən hər biri qardaşının gözündə çör-çöpü görər, öz gözündə isə ağacın gövdəsini görməz.» (Kənzul-Ummal, hədis 44141)
4717. Allahın Peyğəmbəri (s): «İnsan üçün elə bu eyb bəs edər ki, camaatda eyb görsün, özündə isə görməsin, camaatı özünün tərk edə bilmədiyi işə görə danlasın, oturub durduğu yoldaşını boş və aidiyyətsiz şeylərə görə incitsin.» (əl-Xisal, səh. 110, hədis 81)
4718. İmam Əli (ə): «Kim camaatın eyblərini görsə, onları çirkin saysa və özündəki həmin eybləri bəyənərsə, əsl axmaqdır.» (Nəhcül-Bəlağə, hikmət 349)
4719. İmam Əli (ə): «Ən böyük eyb budur ki, elə şeyin xırdaçılığını edəsən ki, sanki özündə yoxdur.» (Nəhcül-Bəlağə, hikmət 353)

1390. Eybləri örtmək.

4720. Allahın Peyğəmbəri (s): «Kimsə möminin rüsvayçılığının üstünü örtərsə, diri-diri basdırılan qız uşağını qəbrdən xilas etmiş kimidir.» (Kənzul-Ummal, hədis 6387)
4721. Allahın Peyğəmbəri (s): «Kim qardaşının bir günahını bilib onu gizlətsə, Allah qiyamət günü onun günahlarını gizlədər.» (ət-Tərğib vət-Tərhib, c.3, səh.239, hədis 7)
4722. İmam Baqir (ə): «Möminin mömin qarşısında vəzifəsi budur ki, onun yetmiş böyük günahını gizlətsin.» (əl-Kafi, c. 2, səh. 207, hədis 8)

1391. Eybləri hədiyyə etmək.

4723. İmam Əli (ə): «Kim sənin eybini üzünə desə, dalınca sənin abrını qoruyar. Kim eyblərini sənə deməkdə ehtiyat edib çəkinsə, arxanca sənin eybini deyər.» (Ğurərul-Hikəm, hədis8260+826)
4724. İmam Əli (ə): «Qardaşının eybini üzünə deməkdə sizin üçün heç bir maneə yoxdur, yalnız onun da, eybinizi üzünüzə deməsindən qorxmaq-dan savayı. Siz axirəti uzağa atmaq və dünyayla dostluqda bir-birinizlə dostlaşmısınız.» (Nəhcül-Bəlağə, xütbə 113)
4725. İmam Sadiq (ə): «Mənim üçün ən əziz qardaş odur ki, eyblərimi mənə hədiyyə etsin.» (Tuhəful-Uqul, səh. 366)

1392.Eyib axtarmaq.

Quran:
«Eyib axtarıb(«Huməzə» surəsinin 1-ci ayəsindədir. Leksik mənası haqsız yerə başqalarından çox xırdaçılıq edən, eyib olmayanı eyib tutan deməkdir. «Həməzə»nın əsil mənası sındırmaqdır. Bunra görə də, kimsə başqalarına eyib tutub xırdaçılıq edənsə bir növ onu (şəxsiyyətin) sındırmış kimidir. «Ləmz» sözünün mənası da eyib deməkdir. «Huməzə» və «Luməzə» sinonimdirlər. Bəziləri bu iki sözün fərqini, «huməzə»nin kiminsə arxasınca eyiblərini deyənlər, «Luməzə»nin isə eybi üzə deyənlər barədə işlədildiyini qeyd edirlər. (Məcməul Bəyan 81710)) tənə vuran (Huməzə, ayə1) hər kəsin vay halına.»

Hədis:
4726. Allahın Peyğəmbəri (s): «Möminlərin eyblərini axtarmayın. Çünki kim möminlərin eyblərini axtararsa, Allah da onun eyblərini axtarar. Allah-taala kimin eyblərini axtararsa, evinin içində olsa belə onu rüsvay edər.» (Səvabul-Əmal, c.2, səh.288, hədis 1)
4727. İmam Əli (ə): «(Başqalarının) Eybləri eşələməyin özü bir eybdir.» (Ğurərul-Hikəm, hədis 4489)
4728. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmandan):– «Camaatın arasında səndən ən uzaq olan və ən çox acığın gəldiyi insanlar, camaatda ən çox eyb axtaranlar olmalıdır. Çünki camaatın (istər-istəməz) eybləri var və hökmdar onları örtmək üçün ən layiqli şəxsdir. Buna görə də camaatın səndən gizlin eyblərini axtarıb çox dərinə getmə.» (Nəhcül-Bəlağə, məktub 53)
4729. İmam Əli (ə): «Başqalarının səhvinə heç vaxt şad olma. Çünki sən də həmişəlik xətadan qorunmamısan.» (Ğurərul-Hikəm, hədis 10294)
4730. İmam Əli (ə): «Kim eyb axtararsa, eybləri axtarılar və söyüş söyər-sə cavabını eşidər.» (Kənzul-Fəvayid, c.1, səh. 279)
4731. İmam Sadiq (ə): «Allahdan ən uzaq düşmüş bəndə, kimsəylə dostluq məsələsini ortaya atan və onun büdrəyişlərini bir gün başına qaxmaq üçün saxlayandır.» (əl-Kafi, c. 2, səh.355, hədis 7)

1393. Eybləri örtmək.

4732. «Tənbihul Xəvater»: «Rəvayətə görə bir gün İsa (ə) həvarilərlə birgə, it leşinin yanından keçirmiş. Bu vaxt həvarilər deyirlər: «Bu it necə də ilənir!» İsa buyurur: «Əcəb ağ dişləri var.» (Tənbihul-Xəvatir, c.1, səh.117)
4733. Allahın Peyğəmbəri (s): «Elm və sərvət hər eybin üstünü örtər, nadanlıq və imkansızlıq hər eybin üstünü açar.» (Kənzul-Ummal, hədis28669)
4734. İmam Əli (ə): «Dözüm eyblərin gorudur.» (Nəhcül-Bəlağə, hikmət 6)
4735. İmam Əli (ə): «Eyblərin pərdəsi ağıldır.» (Ğurərul-hikəm, hədis 6434)
4736. İmam Əli (ə): «Kim abır-həya paltarını kimsənin əyninə geydirərsə, camaat onun eybini görməz.» (Nəhcül-Bəlağə, hikmət 223)
4737. İmam Əli (ə): «Bilik öz paltarını kimin əyninə geydirərsə, eybi camaatdan gizli qalar.» (Tuhəful-Uqul, səh.215)
4738. İmam Əli (ə): «Bəxtin sənə yar olunca sənin eybin gizlin qalar.» (Nəhcül-Bəlağə, hikmət 51)

1394. Kim nəyi bilməsə ondan irad tutar.

4739. İmam Əli (ə): «Kimsə nəyisə dərk etməkdə aciz qalarsa, ondan irad tutar.» (əl-İrşad, c.1, səh. 301)
4740. İmam Əli (ə): «Kim nəyi bilməzsə, ondan eyb tutar.» (Kəşful-Ğummə, c.3, səh.137)

 Eyb


Geri dön

NELLY19

  • 11 iyul 2011 13:51
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
Tşk-lər xəbər üçün

CandyGirl

  • 11 iyul 2011 13:51
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli movzudur

--------------------

aid_fanatka

  • 11 iyul 2011 11:26
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

_mlowka_

  • 11 iyul 2011 10:34
  • Məqalə: 5
  • Şərh: 161
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

Inciciceyi

  • 11 iyul 2011 08:39
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

ŞƏHLA

  • 11 iyul 2011 01:56
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

YazYamuru

  • 11 iyul 2011 00:18
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee dogrudur feel calI$arIq....
Te$ekkürler...deyerli yazIya...

--------------------



lema

  • 10 iyul 2011 23:40
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Men hemişe çalışıram ki müselman bacım yada qardaşımın eyblerini örtüm.Qoy Qiyamet gününde Allah da menim eyblerimi örtsün.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Su Perisi

  • 10 iyul 2011 23:29
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Kim öz eybini görərsə, başqalarının eybləri ilə məşğul olmaqdan çəkinər.» (Tuhəful-Uqul, səh. 88)

--------------------

_2011_GOZELI_

  • 10 iyul 2011 22:50
  • Məqalə: 6
  • Şərh: 390
  • Bal:
{awards}
XEBERE GORE TESEKKURLER

XEBERE GORE TESEKKURLER

--------------------
HEYATTTTTTTTTTTTTTTTTTIN QEDRINI BILMEK LAZIMDIIIIIIIII

R.M_FaNaTka

  • 10 iyul 2011 22:44
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 39
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}