Hicab bağlamağın gözəlliyi savabları

 
[/color]
Hicab bağlamağın gözəlliyi savabları

Əziz azərbaycanlı bacı! Gözəl dinimizdə hicab bizə Allah tərəfindən vacib buyurulmuşdur. Deməli, hicab bizim xoşbəxtliyimizə xidmət edir. Çünki Allahın bizim əməllərimizə heç bir ehtiyacı yoxdur. Bizdən nə isə etməyimizi istəyirsə, bunu bizim xeyirimiz üçün istəyir.

Dinimizdə hicab-dini örpək yetkinlik həddinə çatan bütün xanımlara vacibdir. Bu vacibolmanın mənası odur ki, insan hicab bağlamazsa, bunun nəticəsində bu dünyada, yaxud əbədi axirət dünyasında, yaxud hər ikisində bədbəxt olarsa özünü qınamalıdır. Çünki aləm haqq Tanrının iradəsi və əvvəldən müəyyən etdiyi nizam əsasında idarə olunur. Hər bir əməlin özünə uyğun nəticəsi var. İnsan hansı yolu seçmədə azaddır. Amma əməllərin nəticəsi onun ixtiyarında deyil. Hər bir xeyirli, yaxud pis əməlin yaxşı və ya pis nəticəsi var. Həmin nəticə Qiyamət günü aşkar şəkildə üzə çıxır. Deməli, əgər insan vacib əməli etməzsə, hökmən onun zərərli nəticəsini görəcək. Məsələn, bir nəfərə deyirsən ki, əlini bu elektrik naqilinə vursan səni elektrik vuracaq. Həmin şəxs sözə baxmazsa hökmən onu elektrik vuracaq. Bu qaçılmaz səbəb-nəticə əlaqəsinə bağlı olan işlərdəndir. Allahın buyurduğu hökmlər də belədir. Əgər insan onları yerinə yetirməzsə, hökmən acılıqlarla üzləşəcək. Çox zaman da bu acılığı düzəltmək olmur.

Əziz azərbaycanlı müsəlman bacı! Hicab bağlamağın vacib olması haqda həm müqəddəs kitabımız Qurani-kərim və həm də əziz Peyğəmbərimizin (s) hədislərində məlumat verilmişdir. Bəzi şəxslər din haqda məlumatlı olmadıqlarından elə bilirlər ki, bu haqda Quranda məlumat yoxdur. Bu səhv fikirdir. Qurani-kərimdə qadınlara örtünmək əmr olunmuş, onun necəliyini isə hörmətli Peyğəmbərimiz əziz xanımlarımız üçün açıqlamışdır. Buna görə də bəzilərinin tələskənliyi sizi çaşdırmır. Siz özünüz bilirsiniz ki, Quranı anlamaq üçün Peyğəmbərimizin (s) izahlarına və açıqlamasına ehtiyac var. Bu məsələ Quranda buyurur: “Biz Quranı sənə nazil etdik ki, onlara açıqlayasan” (“Nəhl”, 44). Bu açıqlamalara hədis deyilir. Peyğəmbərimiz (s) öz dəyərli hədislərində hicabla bağlı izahlar vermiş, onun xanımlara vacib olduğunu dönə-dönə vurğulamışdır. Əgər Peyğəmbərimizin (s) izahı olmazsa ayələrin əsl məqsədini anlamaq əsla mümkün olmaz. Quran elmləri ilə tanış olanlara bu aşkardır.

Deməli, Peyğəmbərimizin vəzifəsi ilahi hökmləri dəqiqliyi ilə insanlara çatdırmaq və başa düşmədiklərini onlara başa salmaqdır: “...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir” (“Həşr”, 7).

Quranda hicab

Quranda hicabla bağlı gəlmiş ayələr (bir çox ayələr kimi) izaha ehtiyacı olan ayələrdəndir. Bəzən bu bəzilərini çaşdırır. Bəziləri bir-iki kəlmə dini termin əzbərləməklə elə düşünür ki, onlara dini məsələlər haqda fikir yürütmək, digərlərinə bu haqda yol göstərmək səlahiyyəti verilib. Bu üzdən utanmadan geniş auditoriya qarşısında, yaxud mətbuat səhifələrində din haqda öz şəxsi mülahizələrini söyləyir. Məgər din belə sadədir ki, hər kəs onun haqda mühakimə yürütsün?! Bəziləri Quranı lüğət baxımından izah etməklə, onu təfsir etdiklərini, anladıqlarını düşünür. Doğrusu, insaf da yaxşı şeydir! “Quranı nazil etdik ki, onu camaata açıqlayasan.”- ayəsi onlara ən yaxşı cavabdır. İnsan gərək öz şəxsi maraqlarını, özünə xoş gələn məsələləri deyil, həqiqəti axtarsın və ona uyğunlaşsın, baxışlarını haqqa uyğunlaşdırsın. Nə üçün bəzi hicabsız bacılarımız özləri hicab taxmaq istəmədiklərindən hicaba qarşı çıxmalıdırlar? Düşüncəmizə, tutduğumuz yola uyğun gəlib-gəlməməsindən asılı olmayaraq haqq, haqdır, dəyişilməzdir və onu bizim inkarımız aradan aparmır. Özümüz onun yolunu tutmasaq da heç olmasa haqqın haqq olmasını etiraf etməliyik.

Tanrımız xanımlarımızın ismətini, həyasını, gözəlliyini daha gözəl şəkildə qorumaq qəsdilə onlara hicab örtməyi əmr edir-özü də çox incə şəkildə. Gəlin baxaq:

“Möminə qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini qorusunlar, öz-özlüyündə görünənlər istisna olmaqla, zinətlərini göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər” (“Nur”,31).

Bu ayədə izah edilməli bir neçə kəlmə var: “Haram buyurulmuş şeylər”, “ayıb yerləri”, “öz-özlüyündə görünənlər”, “zinətlər”.

Görəsən, “zinət” qızıl-gümüşdür? “Özlüyündə görünənlər” əl-üz, saç, qol-ayaqdır?

Bu kimi suallar ilk müsəlmanları da maraqlandırmışdır. Əziz Peyğəmbərimiz (s) də Tanrının elçisi olaraq ayələrin əsl məqsədini müsəlmanlara çatdırmışdır.

Əziz Peyğəmbərimizin (s) açıqlamasına əsasən ayəni izahla veririk: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar (zinadan), öz-özlüyündə görünənlər (əl, üz kimi) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər».

Bunların hamısı Peyğəmbərimiz (s) və onun ailəsi olan imamlar (ə) tərəfindən izah edilmişdir.

Bəziləri deyir ki, ayədə “baş örtüklərinizi yaxanıza çəkin” buyurulur, bunun baş bağlamağa nə aidiyyatı var?!

Cavabında deyirik ki, əvvəla islami örtünmək dedikdə sadəcə baş bağlamaq nəzərdə tutulmur. Bunun necələyi İslam şəriətində təfərrüatı ilə verilib. Bundan əlavə ağıl da qəbul edir ki, sadəcə örtüyü sinəyə çəkib qalan yerləri açıq saxlamaq gülüncdür. Aydın məsələdir ki, sinənin örtülməsini əmr edən Allah, baş və ayaqları da nəzərdə tutmuşdur. Ümumiyyətlə ağıl sahibləri yaxşı bilir ki, qadının bütün varlığı zinətdir, övrətdir (bu haqda hədisimiz var). Allah da göstəriş verir ki, zinətlərinizi göstərməyin. Dörd bir yanı açıq olan bir evin qapısına qıfıl vurmağın nə anlamı var?!

Allah buyurur ki, valideyninə “of” da demə. Əgər bir şəxs anasını kötəkləyə və sonra da “mən sadəcə onu döydüm, ona “off” demədim ki?!” söyləyərsə, siz buna nə ad verərdiniz?! Aydın məsələdir ki, “off demə” əmrini verən, ondan əzablı olacaq şeyləri də tərk etməyi nəzərdə tutmuşdur.

Bütün İslam alimləri və Quran təfsirçiləri də bu ayənin örtünmək mənasında olduğunu bildirmişlər.

Hicabın fəlsəfəsi

Hicabı xanımlara Allah məsləhət bilmişdir. Xanımları yaradan, ona həyat verən və onun bütün ehtiyacları bilən, həmçinin o ehtiyacları ödəyən də Allahdır. Allah bilir ki, yaratdığı bu ülvi varlığın xeyiri nədədir, ona hansı şeylər, davranışlar zərər vura bilər. Allah hicabı mühitindən, şəraitindən, isti-soyuğundan asılı olmayaraq yetkinlik yaşına yetişmiş bütün xanımlara vacib etmişdir.

Hicabın əsas fəlsəfəsi xanımların dəyərini qorumaqdır. Allah-taala qadını bir sədəf kimi örpəkdə görmək istəyir. İstəmir, o belə asanlıqla acgöz, onun qiymətini bilməyənlərə “yem” olsun. İstəmir ki, qadın ticarət əşyasına çevrilsin, alınsın-satılsın, ticarət əşyalarının reklamçısına çevrilsin. Özünüz görmüsünüz, əşya nə qədər qiymətli olarsa, bir o qədər ciddi şəkildə qorunur, örtülü saxlanır. Qadının dəyəri isə heç bir əşya ilə müqayisə olunmaz. Buna görə də onu daha ciddi şəkildə qorumaq lazımdır. O, həqiqətən də qiymətlidir.

Hicabın ən önəmli fəlsəfəsindən biri cəmiyyətdə kişi-qadın münasibətlərində əmniyyət bərqərar etməkdir. Geyimi və bəzənməsində heç-bir sərhəd tanımadan ictimaiyyətə qədəm qoyan xanım diqqət hədəfində olur, faydalı əməyi azaldır, fikirləri dolaşdırır, ailə bağlarını qırır. Bir idarədə kişilərlə birgə çalışan iki qadını təsəvvürünüzə gətirin. Onlardan biri normal geyinmiş, cüzii boyalanmış (yaxud heç bir bəzəkdən istifadə etməmişdir), o biri isə geyimi və bəzənməsinə heç bir məhdudiyyət qoymamışdır. Necə bilirsiniz, bunların ikisi kişilərə eyni təsirmi buraxır? Yaxud sualı belə qoyaq: kişilərin fikri hansı halda daha cəm olur, hansında onlar işi daha diqqətlə yerinə yetirir? Cavab gün kimi aşkardır. İndi siz bu münasibətləri ictimaiyyətə çıxarmaqla genişləndirin. Görün, xanımların hicabı olmazsa nə kimi faciələr baş verə bilər?! Bu gün həmin faciələr göz qabağındadır. Bu gün gənclərimiz pərişandır, fikirlər dağınıqdır. Bu gün gənclik evimiz çökmədədir.

Xanımların cəmiyyət içinə bəzənmiş halda çıxması cəmiyyəti ictimai sarsıntılara aparıb çıxarır. Gündə bir mod şirkətinin reklamçısına çevrilən bəzi qadınlar gənclərin əxlaqını korlayır, onların faydalı gələcəyə, şəxsiyyətə sahib olmalarını əngəlləyir. Əziz oxucu diqqət etsə görəcək ki, cəmiyyətimizdə bir çox ictimai və ailəvi problemlərin kökü hicabsızlığa qayıdır.

İslam şəriətində qeyd edilən naməhrəm qarşı cinsə aid olan şəxsdir. İnsan yetkinlik- büluğ -həddinə yetişdikdə, Allah ona bir sıra şəxslərlə əl tutmağa, görüşməyə, bədən üzvnün örtülü olmayan yerinə örtülü olmayan üzvlə toxunmağa, onunla bir məkanda tək qalmağa, icazə verilməyən üzvlərini ona göstərməyə, onunla ehtiraslarını təhrik edəcək tərzdə rəftar etməyə, onu cəlb edəcək şəkildə geyinməyə, bəzənməyə icazə vermir. Bütün bunlara səbəb az öncə qeyd edilən məsələlərdir. Yoxsa, məlum məsələdir ki, Allah öz bəndəsinin xeyirindən və xoşbəxtliyindən ayrı bir şey istəmir. Allahın Öz yaratdığına nifrəti olsa idi, onu heç yaratmazdı, ona ehtiyacı olan şeyləri verməzdi. Uca Tanrımızın bizə nemətlərini və yaxşılıqlarını dərk etmək üçün bir az düşünməmiz kifayətdir. Deməli, Allah-taala hər-hansı bir sahədə insan üçün müəyyən məhdudiyyətlər yaradırsa, buna səbəb onun xoşbəxtliyini istəməsidir. Ümumiyyətlə, insan özü də öz xoşbəxtliyi üçün özünə bir sıra şeyləri vacib edir və bir sıra şeylərdən də çəkinir. Deməli, məhdudiyyət mütləq şəkildə pis deyil.

Buna görə də öz xoşbəxtliyini istəyən qadın Allahın ona bağışladığı hicaba önəm verməlidir. Əks təqdirdə səhvlərini düzəltmək üçün imkan tapmaya da bilər. Nə çoxları olub ki, bü günü sabaha sata-sata ölüm onları qəfil yaxalamışdır. Onda necə deyəcək ki, bilmirdim, belə başa düşmüşdüm. Quranda Allah belə insanlara cavab verir ki, məgər sizə xatırlayan insanın xatırlaya biləcəyi (oyanmaq istəyənin oyana biləcəyi) qədər fürsət, ömür müddəti verilməmişdi?!

Dahi İslam mütəfəkkiri M. Mütəhhərinin “Hicab” əsərində bu barədə maraqlı təhlillər vardır. O cənab yazır ki, qadınla kişi arasında müəyyən bir sərhəddin olmaması, qeyd-şərtsiz, ifrat azadlıqlar və açıq-saçıqlıq cinsi ehtirtasları artıraraq onu bir ruhi yanğı və heç vaxt təmin olunmayan istək şəklinə salır. Cinsi ehtiraslar çox güclü bir istəkdir və sanki qorxunc bir dəryaya bənzəyir: Ona nə qədər itaət olunarsa, bir o qədər çox inadkarlaşır, tüğyan edir və ipə-sapa yatmır.

NECƏ ÖRTÜNMƏLİ?

Müqəddəs şəriətimizdə deyilir ki, müsəlman xanım (biləyə kimi) əl və (saç bitən yerə kimi) üzdən başqa bədənin hər yerini (bədən cizgilərini hiss etdirməyəcək şəkildə və naməhrəmin diqqətini özünə çəkməyəcək şəkildə) örtməlidir. Bu barədə İslam alimləri yekdil fikirdədirlər.

Öncə dedik ki, hicabın ən mühüm hikmətlərindən biri qadının özünü naməhrəmdən qorumasıdır. Buna əsasən, hicablı və imanlı qadın naməhrəm qarşısında elə geyinməli, onunla elə danışmalı, bir sözlə elə davranmalıdır ki, naməhrəmin (şəriətimizdə ona yad olan kişilərin) diqqətini özünə cəlb etməsin. Bu mühüm məsələdir. Amma təəssüf ki, hətta bəzi dindar xanımlarımız belə buna önəmsiz yanaşırlar. Sanki son mənzil hicab bağlamaq imiş və şəriıət nəzərində hicabın necəliyi bir önəm daşımırmış. Doğrudan da nəfsani meyilləri Allaha ibadətə qarışdırmadan Allaha bəndəlik etmək bəziləri üçün mümkünsüz görünür.

Bəzi əzizlərimiz “İslam dini mütərəqqi, sivil dindir” kimi sözlərlə həqiqəti pərdələməyə, öz geyimlərinə, davranışlarına bəraət qazandırmağa çalışır. Bu həqiqətdə insanın dindən öz şəxsi maraqları üçün sui-istifadə etməsi sayılır. Günaha səbəb olan hər bir geyim və davranış müqəddəs dinimiz tərəfindən (hansı ad altında olmasından asılı olmayaraq) rədd olunur. Müsəlmanlıq, dindarlıq, yalnız dildə deyil, əqiqədə və davranışda kamil şəkildə özünü büruzə verməlidir. Müsəlman bir xanım həyatının bütün istiqamətlərində Allahın razılığını güdməli, Onun müqəddəs övliyalarını özünə ülgü bilməlidir. Həzrət Fatimeyi-Zəhra (ə) qadınlarımıza ən gözəl örnəkdir! Görəsən, o xanımın naməhrəmlərlə rabitəsi, davranışı, söhbəti, onların qarşısında geyimi bizimki kimimi olmuşdur?

Əziz dinimiz müəyyən olunmuş çərçivədə həm azadlıq himayədarı, həm də sivil dünyanın təminatçısıdır. Məsələləri qarışdırmaq lazım deyil.

Tam sərbəst

Geyim və bəzənmədə məhdudluq ictimaiyyətdə və yad (naməhrəm) kişilərin müqabilindədir. Amma əziz xanımlar ailə mühitində, həyat yoldaşlarının yanında olarkən tam sərbəstdir. İstədiyi şəkildə geyinə, bəzənə, deyə-gülə bilər. Allah qadınları gözəl yaradıb. Onlar cilvələnməyi, diqqəti cəlb etməyi sevirlər. Bu təbii hissdir. Amma unutmaq lazım deyil ki, bu hissi Allahın halal bildiyi yerlərə (həyat yoldaşına) xərcləmək lazımdır. Yoxsa cəmiyyətdə fəsadlar yaranır. Bəzi nadanlar necə də səhv düşünür və bunu dillərinə də gətirir ki, Allah məni gözəl yaradıb, onu gizlətmək günahdır. Bəli, Allah bütün xanımları gözəl yaradıb, amma bu gözəlliyi hər kəsə göstərməyi qadağan edib. Bunun səbəbləri keçdi və özünüz də bu haqda düşünməklə yeni nəticələr əldə edə bilərsiniz.

Əziz valideynlərə

Əziz valideyinlər! Əgər sizin qızınız hicab bağlamaq istəyirsə, bunu tam könül rahatlığı ilə qarşılayın. Sevinin ki, qızınız Allah bəndəsi olmaq istəyir. Sevinin ki, o, sizin axirət yükünüzü yüngülləşdirib. Ona görə ki, Qiyamətdə sizdən övladınızı necə tərbiyə etməyiniz soruşulacaq. Bəzilərinin sözlərinə fikir verməyin ki, qızınız evdə qala bilər. Məgər hər başı açıq ailə qura bilir?! Məgər hər evlənən xoşbəxt olur?! Evləndirən də, xoşbəxt edən də Allahdır. Biz ki müsəlmanıq! Ona görə də bu deyilənlərə ürəkdən inanmalıyıq.

Son zamanlar hicabla bağlı cəmiyyətdə sözlər gəzir. Bəziləri tələskənlik edərək onun vacib olmadığını deyir. İnanmayın. Biz onun vacib olduğunu qısaca çatdırdıq. Bəzi yalançı canıyananlar sizi aldatmasın, əziz analar və atalar. Hicab nə təhsilə və nə də inkişafa mane deyil. Buna görə də övladınızın tərbiyəli gələcəyi üçün onun hicab bağlamasına özünüz şərait yaradın. Və məktəbə, universitetə hicablı gəlmək olmaz deyənlərlə mübarizə aparın. Bəziləri siz müsəlmanların dini bilgilərinin azlığından öz alçaq məqsədləri üçün istifadə edir. Hicab hər kəsin şəxsi işidir. Şəxsi toxunulmazlıq isə hər bir vətəndaşın konstitusiya haqlarındandır. Övladlarınızın həm məktəbli forması geyinməsinə və həm də hicablı olmasına şərait yaradın. Qoyun, övladınız həm öz ölkəsinin qanununa riayət etsin və həm də öz dininin tələblərinə əməl etsin. Azərbaycan azərbaycanlılarındır. Çünki göydür. İslam dövlətidir. Ona görə ki, yaşıldır. Dövlətimiz demokratik dövlətdir. Bunu qırmızı rəngimiz göstərir. Elə isə, ey azərbaycanlı müsəlman, konstitusiyamızın sənə verdiyi azadlıqları tanı, tanıtdır və bu haqları görmək istəməyənlərdən onların icrasını tələb et.

Parlayan Günəş:
Hicab analarımızın, nənələrimizin örpəyidir. Onu digər ölkələrə nisbət verməklə yadlaşdırmayın. Hicab, baş örtüyü azərbaycanlı kişinin həm də qeyrətidir. Yatmış şirin qeyrəti ilə oynamayın. Azərbaycanlı müsəlman ölər, amma onun namusu qeyrəti ilə oyun oynanılmasına icazə verər. Vətən, ana, arvad və qızımız bizim namusumuzdur. Heç bir azərbaycanlı kişi onun namusu ilə oynanılmasına imkan verməyəcək.


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:46
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
gozel ve deyerli xeber ucun tesekkurler hevesle oxudum.Dogurdanda hicab baglamag gozellikdi boyuk savabdi cox sagolun ki bele gozel xeberler yerlewdirirsiniz ve bizide cox sevindirirsiniz minetdaram

--------------------

iMPoSSiBLe

  • 11 iyul 2011 22:27
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
inwALLAH...Qismet olar...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

CandyGirl

  • 11 iyul 2011 13:47
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli movzudur

--------------------

NELLY19

  • 11 iyul 2011 13:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tşk-lər xəbər üçün

aid_fanatka

  • 11 iyul 2011 11:22
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

aga482

  • 11 iyul 2011 10:57
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

_mlowka_

  • 11 iyul 2011 10:29
  • Məqalə: 5
  • Şərh: 161
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 44
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}