İslamda Vətən sevgisi

 
İslamda Vətən sevgisi

İSLAMDA VƏTƏN SEVGİSİ.
Qiyamətə qədər var olacaq bütün dövrlərin yaşam qanunlarını özündə əks etdirən müqəddəs İslam dini oyaq bir vicdanın qorunmasını əmr etdiyi bütün şeylərin insanlar tərəfindən sevilməsini təkid etmişdir.
Belə ki, üstündə yaşadığımız bu ana torpaq bizim cismimizin mayasıdır. Uca Allahın onun üçün qoyduğu qaydalar çərçivəsində bu torpaq öz nemətlərini səxavətlə insanlara paylayır. Sonda da öz doğma balasına hədsiz dərəcədə sevgi bəsləyən ana kimi bizim cəsədimizə qoynunda yer verir. Dinimiz bizim üçün bu dərəcədə əhəmiyyət kəsb edən vətənimizi, müsəlmanların yaşadığı İslam yurdunu qorumağı Allah yolunda cəhd olaraq dəyərləndirmişdir. Uca Allah Quranda belə buyurur: Allah yolunda öldürülənlərə ölü deməyin. Onlar diridirlər, fəqət siz hiss etməzsiniz. (əl-Bəqərə, 154)
Əziz müsəlman qardaşlarım!

İslamda Vətən sevgisi

Vətən sözü təkcə bir coğrafi anlyış kimi qəbul edilməməlidir. Vətən dedikdə bu gözəl füsunkar yurdumuz kimi eyni zamanda namus, din, dil, mənəvi dəyərlər, şərəf və xoşbəxtlik də anlaşılmalıdır. Əsrlərdən bəri tarixin cəlladcasına bir millətin, xalqın köksünə vurduğu yaraların sağalması üçün o millətin göstərdiyi qeyrət vətən sevgisidir! Bu yaralardan qopan sızıltıların kəsilməsi üçün edilən cəhdlər vətən sevgisidir! Torpaqları işğal olunmuş bir vətəndaşın gecə-gündüz öz vicdanı qarşısında mühakimə olunması da vətən sevgisidir! Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman oğullarımızın yetim qalmış uşaqlarına öz övladımız kimi baxmağımız vətən sevgisidir. Oğul dağı görmüş gözüyaşlı anaların təsəllisi olmaq da vətən sevgisidir. Müsəlman övladlarının maddi ehtiyaclarını qarşılayaraq onlara Allah yolunda elmin öyrətmək də vətən sevgisidir. Peyğəmbərimiz (s.ə.s) belə buyurur: Müsəlmanlar bir-birini sevməkdə, qorumaqda və bir-birinə dayaq olmaqda bir bədən kimidir. Əgər bu bədən üzvlərindən biri ağrıyarsa digərləri də o ağrını hiss edər. (Buxari Birr 17)

İslamda Vətən sevgisi

Gecələr minlərlə pərvanənin bir çırağın ətrafında toplaşdığı kimi bütün müsəlmanların da bir ideologiya ətrafında o cür toplaşıb və birləşmələri lazımdır. Artıq İslam dünyasında yaşayan müsəlman xalqlar arasında olan fikir uçurumlarının üstündə birlik, qardaşlıq və məhəbbət körpüsünün qurulma zamanı gəlib çatmışdır. Hər bir müsəlman azan səsi duyduğu hər ölkəni öz doğma vətəni sanmalıdır. Orada yaşayan dindaşlarımızın birinin ayağına batan tikan bizim qəlbimizin başını, ürəyimizi, ruhumuzu, yaralamalıdır. İslamda vətən sevgisi budur.
Əziz müsəlmanlar, gəlin hamımız doğma vətənimizi, yurdumuzu torpağımızı, mənəvi dəyərlərimizi və bunların timsalında bütün İslam yurdunu göz bəbəyimiz kimi qoruyaq və sevək! Xütbəni bu diləklə bitirmək istəyirəm. Uca Allah bizim qəlbimizdən vətən sevgisini, vətənimizdən də sülhü, əmin-amanlığı əsirgəməsin! Amin!


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 09:55
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:47
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

YazYamuru

  • 11 iyul 2011 14:24
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Vetenimi cooox cox seviyom hetta penceremizden bayraq asmi$dim bu yaxinlardan ama cixardasi oldum qoymadilar wink

--------------------



... Deryam ...

  • 11 iyul 2011 14:11
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
ALLAH VƏTƏNİMİZİ VƏ VƏTƏNİNİ SEVƏN HƏR KƏSİ QORUSUN !!!

--------------------

CandyGirl

  • 11 iyul 2011 13:47
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli movzudur

--------------------

NELLY19

  • 11 iyul 2011 13:31
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tşk-lər xəbər üçün

aid_fanatka

  • 11 iyul 2011 11:23
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

_mlowka_

  • 11 iyul 2011 10:30
  • Məqalə: 5
  • Şərh: 161
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 58
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}