Zülm nədən baş verir

 
Zülm nədən baş verir

Bismilləhir-Rahmənir-Rahim!

Yaşadığımız bugünkü dünya - mükalimə dünyasıdır, dialoq dünyasıdır. Bu gün dünya müxtəlif mədəniyyyətlərin, müxtəlif sivilizaısiyaların, müxtəlif dünyagörüşlərinin, müxtəlif əxlaqi-fəlsəfi məktəblərinin mükalimə meydanıdır. Gözəllik bundan ibarətdir ki, 14 əsr bundan qabaq bu mükaliməni, bu dialoqu başlayan əziz Rəsulallahımızın (s) arzuları bu gün həyata keçir. Dünya bu gün yetişib o mədəniyyaə ki, intelektual səviyyədə, şüurlu, əqlani tərzdə bir masa arxasında oturub tərəf müqabilini dinləyir və tərəf müqabilinin söylədiklərini saf-çürük edib bəhrələnir. Bu gün praqmatizm dünyasıdır. Bir əsrdir, bir zamandır, bir vəziyyətdir ki, dünyada kimsə konkret nəsə real bir şeylə ortalığa, meydana çıxara bilirsə, istər-istəməz onu qəbul edirlər. Əgər hansısa bir məktəb, hansısa bir düşüncə, hansısa bir təfəkkür öz iddiaları ilə ortalığa çıxdıqda, bu iddiaları əsaslandırıb, müdafiə edə bilirsə, o məktəbi qəbul edirdlər. O məktəbi üstün məktəb bilirlər. Belə olan vəziyyətdə mübarək dinimizin gözəl mahiyyətini dünyaya çatdırmaqla bağlı hamımızın üzərində müəyyən məsuliyyət vardır.

ZÜLMÜN 3 FORMASI


Deməli, zülm tək o mənada deyil ki, adət üzrə işlədilir. Düzdür ki, zülmün bir forması lənətlik yezidlərin, müaviyələrin törətdiyi işlərdir. Bu, ictimai zülmdür. Amma ümumilikdə zülm - bir şeyin öz yerində olmamasıdır. Böyük mütəfəkkirlər zülmü üç yerə bölüblər. Biri budur ki, insanın Allaha nisbətdə zülmü. İnsan Allahla münasibətində zülm edər. Yəni Allahla münasibəti o cür ki, lazımdır o cür ki, olmalıdır – elə olmaya. Bu halda insan nə edir? Allahla öz arasındakı münasibətlərə zülm etmiş olur.

İkincisi budur ki, insan insanlara münasibətdə zülm edər. İnsanlar arasında münasibətlərin özünün tərzi, qaydası var. Ondan kənara çıxmaq - insanlara zülm etməkdir.

Üçüncüsü - insanın özünə zülm etməsidir. İnsanın özünə münasibətdə, özünün idarəsində də bir tərzi, bir qaydası var. Əgər insan onu yerinə yetirmiş olmasa, özünə zülm etmiş olar. Məşhur “Kumeyl” duasında da bu nöqtə gedir. “Ya Rəbbim, mən özüm-özümə zülm etdim”.


Zülm elə özü də küfrə qayıdır. Bir qədər açıqlayaq. Birincisi, insanın Allahla münasibətdə zülm etməsi. Ədl budur ki, insan bəndə ola Allahına. Bəndə nə etməlidir? İbadət etməlidir. Pərəstiş etməlidir, Rəbbinin buyuruşlarına riayət etməlidir. Bunları etməyəndə nə edir? Münasibətlərə zülm edir.

Misal üçün biz görürük bir kəs Allahı inkar edir. Nə etmiş olur? Həqiqəti gizlətmiş olur və münasibətlərinə zülm etmiş olur. Bu adam həm kafirdir, həm zalımdır. Kafirdir nə baxımdan? Kafirdir o baxımdan ki, olan bir şeyi gizlədir. Zalımdır nə baxımdan? Zalımdır o baxımdan ki, zülm edir bəndə ilə Yaradanın münasibətində.

Ya digər nümunə - şirk. Yəni insan Allahla bərabər başqa bir məbuda, başqa bir nəyəsə pərəstiş edə, özü də Allahla paralel səviyyədə. Buna da deyirlər şirk. Müşrik - bir kəsdir ki, həm Allaha pərəstiş edir və həm də Allaha şərik verir, bir başqa nəyəsə də pərəstiş edir. Şirk bax elə budur. Bu da nədən əmələ gəlir? Bu da həqiqəti ört-basdır etməkdən irəli gəlir. Həqiqət nədir? Həqiqət odur ki, insan yalnız Allaha pərəstiş etməlidir. Bu, küfrün nümunəsidir və bəndə ilə Rəbb münasibətlərinə də zülm edilir. Bu baxımdan olur zalım.

İNSANLARA ZÜLM NƏDƏN BAŞ VERİR?


İkincisi qeyd etdik ki, insanın insanlara zülm etməsidir. Bu, nə zaman baş verir? O zaman baş verir ki, bilməyəsən insanlarla münasibət necə olmalıdır. Yaxud biləsən, amma nəyisə gizlədəsən, öz istədiyin kimi edəsən. Bu halda da nə etmiş olur insan? İnsan zülm etmiş olur. Bizim adət üzrə qəbul etdiyimiz zülm sözünün nümunəsi buradadır. Fərdin fərdlə münasibətlərində zülm, ailə münasibətlərində zülm, valideynlə övladlar arasında münasibətlərdə zülm, yaxud toplumda insanlar arasında bir-birinə zülm. Toplumda daha geniş mənada ictimai zülm də buraya aiddir. Toplumda bir təbəqə insanlar digər təbəqəyə münasibətində haqqı, hüququ basarsa, təmin etməzsə - bu, zülm olar. Bunu edən zalım olar, bu hala düşən məzlum olar. Bu, nədən baş verir? Həqiqəti ört-basdıq etməkdən. Həqiqət elə təqdim edilir ki, o cür olmalı deyil. Ört-basdır olanda küfr olunmuş olur. Nəzticədə də zülm olunmuş olur.

Üçüncüsü də çox mühümdür. İnsanın öz-özünə zülm etməsi. Rəbbi tərəfindən bəndə üçün müəyyən olunmuş yaşamaq hüdudlarını gözləməmək. Bəndə onları o yan-bu yan edəndə olur zülm. Kimə zülm edir? Özünə. O cür ki, olmalıdır o cür etmir – bu halda küfr edir. O şeyin ki, öz yeri var - onu yerbəyer etmir. Məsələn bəndə namaz qılmalıdır, qılmırsa özü özünə zülm edir. Məsələn, bəndə hicab örtməlidir. Örtməyəndə kimə zülm edir? Özünə. Məsələn bəndə yeməyinə fikir verməlidir, baxmalıdır ki, haram nədir, halal nədir. Haram yeyəndə kimə zülm edir? Özünə. Məsələn, bəndə robot olmalı deyil. Belə olmalı deyil ki, iradəsini əldən versin, mühit onu o yan-bu yana salsın. Özünü robot halına salanda kimə zülm edir? Özünə.

Görək Quran zülmlə, küfrlə bağlı nə deyir. Allah Təalamızın hidayət üçün insanlara göndərdiyi sonuncu kitabda, “Bəqərə” surəsinin 254-cü ayəsində buyurur: “Ey iman gətirənlər, nə alış-verişin və nə də dostluq və şəfaətin olmayacağı gün gəlməmişdən qabaq sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin. Kafirlərdir zalımlar!”.

Göstərilir ki, o kəslər ki, kafirdir – onlar zalımdırlar. Deməli küfr etmək - elə zülm etməkdir. Bunlar bir-biri ilə bağlıdır. Yaxud başqa bir yerdə biz görürük “İsra” surəsinini 99-cu ayəsində buyurulur: “Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar”.

Zalımlar küfr və inkardan başqa heç nə qəbul etmirlər. Bir yerdə deyilir kafir - elə zalımdır. Digər yerdə deyilir zalım elə kafirdir. Yəni bunlar bir-biri ilə çox bağlıdır. Deyilir ki, zalımlar küfr və inkardan başqa heç nə qəbul etmirlər. Niyə? Çünki küfru qəbul etməsə, həqiqəti gizlətməsə, realist olsa – o, zülm etməz. O vaxt ki, həqiqəti gizlətməyi qəbul edir, nə baş verir? Zülm baş verir.

İndi yenə toxunaq azadlıq bəhsinə. Azadlıq zalımın nəzərində necə ola bilər? Bu cür olacaq ki, zalım adam öz rəftarlarında, düşüncəsində, dərrakəsində ya Allahla münasibətlərinə zülm edəcək, ya insana zülm edəcək, ya özünə zülm edəcək. Bütün bunu biz bir kəlmədə çıxara bilərik. İnsanın azadlığı zalımın nəzərində nə olacaq? Elə zülmün özü olacaq. Azadlığın özünə də zülm ediləcək. O azadlıq o cür ki, olmalıdır - azadlığın özünün hüququna, azadlıq anlayışının özünə də zülm ediləcək.

Uca Allahdan duamız budur ki, bizləri həqiqi azad olanlardan qərar versin, inşəallah!


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 10:10
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:50
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

CandyGirl

  • 11 iyul 2011 13:49
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
maraqli movzudur

--------------------

NELLY19

  • 11 iyul 2011 13:33
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
Tşk-lər xəbər üçün

Tşk-lər xəbər üçün

Tşk-lər xəbər üçün

aid_fanatka

  • 11 iyul 2011 11:24
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

_mlowka_

  • 11 iyul 2011 10:32
  • Məqalə: 5
  • Şərh: 160
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 55

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 144
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}