Ya ifrat, ya təfrit

 
Ya ifrat, ya təfrit

YA İFRAT, YA TƏFRİT
Son illər ərzində böyük sayda insan əziz dinimizə gəlmişdir. Onların gəlişinin əsl səbəbi -mübarək İslam dininin konkret kateqoriyalara əsaslanmasındadır. Mübarək dinimizin hanısa mücərrəd, nəzəri kitablarda yazılan kimi deyil, insanın necə real yaşamasının, insanın necə real kamilləşməsinin, bu dünyada nəyi edib, nəyi etməməsini ən gözəl tərzdə müəyyənləşdirməsi səbəbindəndir bu gəliş. Bu baxımdan biz aktual mövzulara nəzər yetirəcək, mübarək dinimizin bəşəriyyət üçün son dərəcə aktual olan mövzulara aid baxışlarına diqqət edəcəyik.

Ya ifrat, ya təfrit

Öncəki bəhslərdə biz mübarək dinimizin azadlıq məfhumu ilə bağlı nəzərlərinə bir qədər toxunmuşduq. Dünyanın bugünkü hala gəlib çatmasında fövqəladə əhəmiyyəti olan inancımızın - bu sivilizasiyanın, bu mədəniyyətin, bu düşüncə tərzinin, bu dünyagörüşünün, bu İlahi vəhyin insanın azadlığı və insanın hüquqları haqqında nə söylədiklərinin mahiyyətinə bir qədər varmışdıq. Bu gün bu mövzunun ətrafında düşünməyi davam etdirəcəyik.

Biz görürük dünya həmişə bu məsələlərdə ya ifrata gedib, ya da təfritə. Ya fərdin eqoist təfəkkür sistemi qalib gəlib, ya da əksinə - cəmin toplum eqoizmi qalib gəlib. Amma mübarək dinimiz ayrıca nə fərdi, nə də ayrıca toplumu abstrakt azadlıq məfhumunun əhatəsində qəbul etmir. Mübarək İslam dini insan azadlığını ən ortimal, ən mötədil, ən ədalətli bir formada qəbul edir. Ümumiyyətlə, dinimiz insanın yaşamının ədl üzərində olmaqlığına təkid edir. İnsanın nə tək olaraq eqoizmini, nə də toplumun toplum olaraq eqoizmini qəbul edir. Ədl üzərində necə yaşamağı insana öyrədir ki, burada həm fərdin azadlıqları nəzərdə tutulur, həm də toplumun. Harada həm fərdin haqları və hüquları qorunur, həm də toplumun ümumi mənafeləri, hüquqları qorunur.

Ya ifrat, ya təfrit

XALİQ OLARAQ QƏBUL EDİRLƏR, RƏBB OLARAQ PROBLEMLƏRİ YARANIR

Məsələnin kökünə vardıqda, ədl bəhsi insanın dünyagörüşünə qayıdır. Ədl – İlahi dünyagörüşünün əsaslarındandır. Mahiyyətcə, etiqadın əsasıdır ki, insan həyatını ədalətlə yaşasın, zülm etməsin. Buna bir qədər sonra qayıdacağıq.

Bəhsimizdə ilk olaraq onu qeyd etməliyik ki, insanlar ümumi halda Allahı Xaliq olaraq qəbul edirlər. Əksəriyyət qəbul edir ki, Yaradan var, mövcud hər şeyi yaradıb – bu baxımdan heç bir çətinlik yoxdur. İnsanlar Xaliqi, Yaradanı rahat qəbul edirlər. Xaliq qəbul etmək baxımından heç bir çətinlikləri yoxdur. Çətinlik yaranır insanlar tərəfindən Rəbbin qəbul edilməsində. Allah Təalanı Rəbb kimi qəbul etməyin bir tərəfi odur ki, insan başa düşür ki, hər an vücud alır, həyatı, nəfəs alması ilə, ürəyinin döyünməsi ilə möhtacdır Rəbbinə. Amma vəzifə müəyyən etmək, məsuliyyət müəyyənləşdirmək baxımından Rəbbi qəbul etmək məsələsinə gəldikdə, insanların bir çoxunda daxili problemlər yaranır. Rəbb kimi qəbul edəndə, insan nə yeməsini, nə yeməməsini, necə rəftar edib-etməməsini, necə oturub-durmasını, nələrə baxıb-baxmamasını, nəyi eşidib-eşitməməsini, nəyin ticarətini edib-etməməsini necə gəldi edə bilmir artıq. Bir məsələyə qarşıya çıxanda, insan artıq baxıb görür ki, bu halda Rəbbi ona nə buyurur. İnsan nə etməli məsələsini Rəbbinin buyuruşlarına uyğun həll etməyə başlayır.

Ya ifrat, ya təfrit

Bugünkü dünyada insanların əksəriyyəti Xaliq kimi Allahı rahat qəbul edir. Hətta bunun təzahürünü həftədə bir dəfə dünyanın bir çox yerlərində görmək olur. Bir çox insanlar ya cümə günləri məscidə gedir, ya şənbə günləri sinaqoqa gedir, ya bazar günləri kilsəyə gedir. Niyə? Xaliqi, insanı yaradan Allahı yad etməyə. Amma məsciddən, sinaqoqdan, kilsədən çölə çıxır – faktiki olaraq deyir ki, Xaliqimlə bağlı üzərimə düşən vəzifəm sona çatdı. Bunu belə bir formada söyləmək olar ki, sanki insan həftədə bir dəfə gedib Xaliqi məsciddə, kilsədə, sinaqoqda ziyarət edir, sonra məbəddən çıxır, amma gündəlik həyatında, həftənin qalan altı günündə Xaliqi “qalır” məsciddə, kilsədə, sinaqoqda. Gündəlik həyatında, real həyatında Xaliqin Rəbbliyini dərk etmir. Daha doğrusu, dərk etmək istəmir.

Ya ifrat, ya təfrit

REALİST MƏNTİQ

Amma məsələnin mahiyyətinə vardıqda, insanı insan edən məhz onun vəzifə daşımasıdır. Digər məxluqları Xaliq necə yaratmışsa, gündəlik həyatda elə o cür yaşayırlar. Amma insanlar onlara verilən azadlıqdan irəli gələn seçim edirlər. İnsan - iradə və ixtiyar sahibidir. İnsan şüur sahibidir. İnsana azadlıq verilib, seçim imkanı verilib. İnsana Allahı Rəbb kimi qəbul etmək qabiliyyəti verilib. Əgər o cür qəbul etsə - iradəsini, şüurunu, əqlini düzgün yerə istiqamətləndirər.

Bəli, İslam realist bir məntiqi, realist bir fəlsəfəni qəbul edir. Bu günə kimi İslamın adını qoyurdular idealizm. Bu İslamı təhrif etmək cəhdindən başqa bir şey deyil. Allah rəhmət etsin Əllamə Təbatəbaiyə, Allah onun ruhunu qəni-qəni şad etsin. Bu böyük alim iyirminci əsrin ən güclü bir filosofu kimi, bir müfəssiri, Quran təfsirçisi kimi irəli çıxdı və İslamın realist bir fəlsəfə, realist bir dünyagörüşü olmasını dünyaya təqdim etdi. İslam həqiqəti olduğu kimi görür. İslam hər şeyi obyektiv görür.

Məsələ burasındadır ki, həqiqəti olduğu kimi təqdim etmə - İslamın zatındadır. İslamın nəzərində həqiqəti gizlətmək olmaz. İslam bəyan edir ki, həqiqəti gizlətmək küfrdür. Kafir nədir, küfr nədir? Küfr – həqiqəti gizlədən deməkdir. Küfr – yəni realizmdən qaçmaq. Küfrün də mərhələləri var. Müqəddəs Kitabımızda təqribən 525 dəfə bu köklə bağlı sözlər gəlib. Hamısının bir ana mənası var – realizmi, həqiqəti gizlətmək.

Ya ifrat, ya təfrit

Quran məntiqində kafir o kəsdir ki, həqiqəti gizdlədir. Bəs azadlıq kafirin nəzərində necə ola bilər? Təbii ki, qeyri-həqiqi. Həqiqi azadlıq kafir tərəfindən gizlədilir.

Bəs zalımların nəzərində azadlıq nədir? Zülmlə bağlı sözlər Quranda 315 dəfə gəlib. 315 dəfə Quranda müxtəlif formalarda, müxtəlif modellərdə zülm kökü ilə olan sözlər gəlib. Görək zülm nədir? Küfr oldu həqiqəti gizlətmək. Zülm nədir? Zülm – bir şeyin öz yerində olmaması. Ədl nədir? Hər şeyin öz yerində olması. Niyə Rəsulallah (ə) ədlin simvoludur? Niyə Həzrət Əli (ə) ədlin simvoludur? İslam özü niyə ədalətin simvoludur? Çünki, Rəsuli-Əkrəmdə (s), Həzrət Əlidə (ə), İslamda hər şey öz yerindədir. İmam Əlinin (ə) həyatına nəzər salsaq, görərik ki, həyatın bütün səhnələrində o Həzrətdə (ə) hər şey öz yerindədir. Döyüş meydanında da öz yerindədir, elmdə də, səbirdə də, ibadətdə də. Yetim görəndə Əlinin (ə) dizləri əsir. Meydanda əlində Zülfüqar vuruşan Əlidir (ə). İmam Əli (ə) - ədlin simvoludur. Lazımdır iyirmi beş il səbir edib, gözləyəsən – Həzrət Əli (ə) oturub səbir edir. Lazımdır meydana çıxasan – Əli (ə) Rəbbinə görə əlində Zülfüqar meydana çıxır. Yetim görəndə lazımdır dizlər əsə - Əlinin (ə) dizləri əsəcək. Dərdini bir yerə söyləmək imkanın olmayanda dərdini quyuya söyləyəsən – İmam Əli (ə) orada da öz vəzifəsindədir. Kamil insan elə budur. Rəsuli-Əkrəmin (s) həyatına da nəzər salsaq budur. İncidirlər, təqib edirlər - Rəsul (s) hidayətlə məşğuldur. Rəsulun (s) rəftarı öz yerindədir. Lazımdır hicrət etmək - hicrət olur. Lazımdır Bədrdə döyüşmək - döyüşmək əmrini verir və s.


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 09:44
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH razi olsun gozel movzu isi hamsini oxudum minetdaram sene

--------------------

CandyGirl

  • 11 iyul 2011 13:46
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli movzudur

--------------------

NELLY19

  • 11 iyul 2011 13:28
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tşk-lər xəbər üçün

aid_fanatka

  • 11 iyul 2011 11:21
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

_mlowka_

  • 11 iyul 2011 10:39
  • Məqalə: 5
  • Şərh: 161
  • Bal:
{awards}
Xebere gore tewekkurler...

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 11
Cəmi: 27

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}