Yalan – İctimai Xəstəlikdir

 
Yalan – İctimai Xəstəlikdir

Yalan danışmaq ictimai nizamsızlıq olaraq, dində böyük günah sayılır. Yalançılar Allahın düşmənləri kimi tanınırlar. Yalan - ictimai rəftar olaraq, gündəlik və ictimai həyatımızın bir hissəsini təşkil edir. Qəribəsi odur ki, biz hamımız bilirik ki, yalan danışırıq, insanlar yalan danışır.

Yalan sağlam olmayan ictimai rəftardır ki, tarix boyunca insanlar tərəfindən bəyənilməmiş bir əməl hesab edilmişdir.

Yalanın təsviri


Əllamə Dehxuda lüğət kitabında yalanı “düzgün olmayan söz, haqsız söz, həqiqətə zidd, düzün əksi” adlandırmışdır.

Yalan təzə ictimai və psixoloji hadisə deyildir. Zaman və məkan baxımından heç bir zaman eyni olmamışdır. Quran bizə öyrədir ki, onun ömrü dilin ömrü qədər olmuş və tarix boyunca da insanla bir yerdə olmuşdur (“Ğafir”, 28).

Qurani-Kərimdə buyurulduğu kimi, ilk yalanı insana iblis söyləmişdir. İblis yer üzərində İlahi xilafətin əleyhinə olmuşdur. Çox təəsüf ki, həqiqəti o cür təsvir etmişdir ki, insan qadağan olunmuş ağacdan meyvə yemişdir. Öz yalan andları ilə onları bu işi görməyə vadar etmişdir. Allah Təala “Əraf” surəsinin 20-ci ayəsində buyurur: “Şeytan dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya əbədi qalanlardan olmamağınız üçün qadağan etmişdir”.

Həmin mənanı Allah Təala “Taha” surəsinin 120-ci ayəsində də yada salır ki, necə iblis öz məqsədlərinə çatmaq üçün yalandan bəhrələnmiş və Adəm ilə Həvvanı öz tələsinə salmışdır.

Yalanın qüdrətlə rabitəsi

Quran bu mövzuya görə bir neçə məsələni tanıtmışdır. Quranın yalan danışmağa aid bəyan etdiyi amillərdən biri də zəiflik və qüdrət məsələsidir. Bu mənada ki, iki tərəf arasında rabitə olanda, yəni bir tərəf zəif, o biri tərəf qüdrətli olanda zəif şəxs səy edir ki, öz zəifliyini yalan vasitəsilə ört-basdır etsin.

Cəmiyyətdə elə insanlar vardır ki, qüdrətin qorxusundan zahirdə iman gətiriblər, öz şirk və küfrlərini gizlədirlər. Onlar əslində imanın əleyhinədirlər. Onlar münafiqlərdir. Allah “Mucadilə” surəsinin 14-ci ayəsində buyurur: “Allahın qəzəb etdiyi bir qövm ilə dostluq edənləri görmüsənmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər”. Bu qrup insanlar bu fikirdədirlər ki, onların maraqları qorunmur və onlar düşmənlər ilə daim rabitədədirlər. Onlar nifaq və yalana üz tutur və qüdrətin təzyiqindən qurtulmaq üçün yalana söykənərlər.

Ancaq elə də olur ki, insanlar öz hüquqlarını tələb etməkdə aciz və gücsüzdürlər. Bu halda çox asanlıqla dərk etmək olur ki, xalq niyə yalan danışır.

Ona görə də deyə bilərik ki, yalan bir şəxsin başqa bir şəxsi yoldan çıxartmağına səbəb olan amil də ola bilər, məzlumun əlindəki silah da ola bilər.

Aydındır ki, məzlum özünü müdafiə etmək üçün yalandan istifadə edəndən sonra istər-istəməz zalıma çevrilər (“Ali-İmran”, 49; “Ənam” 12, 39). Quran bunu öz nəfsinə zülm kimi qiymətləndirmişdir. Yalanı ona görə qadağan etmiş və əxlaqın ziddinə olan rəftar, böyük günah adlandırmışdır ki, ilk əvvəl onun ziyanı insanın özünə qayıdır. (“Ğafir”, 82).

Quranın nəzərində yalan danışmağa davam etmək insan şəxsiyyətinə ləkə vurar, başqalarının ona qarşı etimadını zəiflədər. Əgər uzun müddət davam etsə, insan küfrə iman gətirər. O, həqiqəti, həqiqi hidayəti dərk etməkdən məhrum olar və dində nifaqa gətirib çıxarar (“Casiyə” 7, 8; “Yunis” 96; “Tövbə” 77).

Dində nifaqa səbəb olmaq o mənanı verir ki, insan öz imanını əldən verir və nifaq onun mahiyyətinin həqiqi simasına çevrilir. Yalanı təkrar etməsi onun şəxsiyyətini dəyişdirir və o, haqla batili bir-birindən ayırmaq qüdrətini əldən verir. O qədər rast gəlmişik ki, insan yalanı o qədər təkrar edir ki, özü də bu yalana inanır.

Quran yalanın hədəflərindən birinin cinayətlərin gizlədilməsi olduğunu bəyan edir. Çünki həmin şəxs qanuna əməl etməkdən qorxur və öz cinayətini yalanla gizlətməyə çalışaraq, özünü xilas etməyə cəhd edir (“Yusif” 17,18).

Yalan ictimai etimadı məhv edər

İnsanın fərdi və ictimai həyatının ən mühüm sərmayəsi - qarşılıqlı etimad və inam hissidir. Bu hisslərin mövcud olmadığı bir cəmiyyətdə heç vaxt həyat xoşagələn və ürəyə yatan olmaz. Yalan bu dəyərli hissi aradan aparar. Çünki o zaman ki, insan ətrafdakılardan yalanla dolu rəftar görərsə, yalan eşidər və yalan da söyləyər. Bir daha özünü təhlükəsizlikdə və rahatlıqda hiss etməz. Hər an və hər dəqiqə xoşagəlməz hadisənin intizarında olar. Etimadın olmaması bizi məcbur edir ki, bir-birimizin sözlərinə inanmaq üçün mübaliğəyə üz tutaq və başqa sözlə desək, heç nədən dağ düzəldək. Çox hallarda da and içərik. Cəddimizə, atamıza, on iki İmama və sair.

Gündəlik danışığımıza nəzər salsaq, görərik ki, sözlərimizin çoxunda mübaliğə (yalanın bir növü) vardır. Hətta məhəbbət mübaliğələrində belə, “fədan olum, qurban olum” istilahlarında da yalan vardır. Çünki çox az insan tapmaq olar ki, başqası üçün qurban olsun və ya canını başqasının yolunda fəda etsin. Və ya deyilirik ki, “yüz dəfə demişəm”, halbuki həmin sözü iki və ya üç dəfə demişdir. Və ya “əgər belə etsən, səni öldürərəm, atan gözünü çıxardar” istilahları kimi.

Biz bu mübaliğələri eşitməyə o qədər adət etmişik ki, onlarsız həyatımız maraqsız olur. Halbuki, bu mübaliğələr yalan hökmündədirlər. İnamsızlığı inkişaf etdirər. (“Munafiqun” 1; “Mucadilə” 14).

Yalandan xilas olmağın yolları

Quran bu nəfsani xəstəlikdən və ictimai nizamsızlıqdan xilas olmaq üçün bir neçə yol göstərmişdir.

Yalana üz tutmaq şeytani vəsvəsələrə, onun insana hakim olmasına, hiyləyə, həsədə səbəb olduğu üçün, ondan xilas olmağın ən yaxşı yolu Allaha tərəf qayıtmaq, Onun qəzəbindən qorxmaq və yalanı böyük günah kimi qəbul etməkdir. (“Şüəra” 221, 222; “Mucadilə” 14, 19; “Casiyə” 6, 7; “Yusif” 9, 12, 25, 28).

Allahın əzaba düçar edəcəyi haqda xəbərdarlıqlarına diqqət etmək, Allaha imanın artması (“Bəqərə” 8, 10; “Nəhl” 105) bu ruhi xəstəlikdən xilas olmağa səbəb ola bilər. Yalanın dünya və axirətdəki ziyanlarına diqqət etmək - islah yolunda ilk növbədə atılacaq addımlardır. İnsan fitri baxımdan mənfəət dalınca gedən varlıqdır. Zərər və ziyandan qaçar. Ona görə də hətta əgər yalan haqqında danışsa belə, hədəfi mənfəətə çatmaq və ziyandan qaçmaqdır. İnsan yalan vasitəsilə zərər və ziyana düşərsə, bilməlidir ki, yalanın faydası çox az və qısa ömürlüdür.

Düz danışmağın faydalarına diqqət etmək və onun elmi təhsil sistemində inkişaf etdirilməsi cəmiyyəti yalandan uzaqlaşdırar və inkişaf etdirər. Yalandan uzaq olaq və övladlarımızı kiçik yaşlarından bu böyük günahdan uzaq tutaq və düz danışmağın insan üçün nə qədər faydalı olduğunu onlara başa salmağa çalışaq. Özümüz əməl edək ki, onlar da əməl etsin.


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 09:31
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

angel gunay

  • 11 iyul 2011 17:43
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
mence bu dunyada yalan danismayan yoxdu..........kim dese men yalan danismamisam o mocuzedi.....1- defe olsada hemin adam yalan danisib winked ustelikde bu zamanenin simboli yalandi...........

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

CandyGirl

  • 11 iyul 2011 13:42
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
Sitat: CS16
Yalan dusmenimdi menim basqa sz demeye ehtiyac yoxdu.Xebere gore cox saq olun



--------------------

MiLeyla

  • 11 iyul 2011 13:28
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
insanlar bilerek yalan daniwir,cunku duzunu demek hec kime serf elemir.herkes birbirilerine esl hiss etdiklerini deseler,gorun nece alcaldici seneler ortaya cixar.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

NELLY19

  • 11 iyul 2011 13:22
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tşk-lər xəbər üçün

Sirli Melek

  • 11 iyul 2011 12:49
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
“düzgün olmayan söz, haqsız söz, həqiqətə zidd, düzün əksi”

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MuslimGirl

  • 11 iyul 2011 12:42
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bu dünyada xoşlamadığım iki şeydən biri yalandır. Sinif rəhbərim hər zaman deyərdi ki, əgər yalan danışırsınızsa, bu iki nəfərin xeyrinədirsə, danışın. Xeyr, bir nəfər üçündürsə, onda danışmayın. Təşəkkürlər

aid_fanatka

  • 11 iyul 2011 11:52
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

YazYamuru

  • 11 iyul 2011 11:39
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
BiZHamIMIz biLirik ki Yalan daNI$IrIq,iNsaNlaR YaLaN DanI$Ir.... Eeeehhh biz her $eyi bilirik ama emel etmirik..

--------------------



only-girl

  • 11 iyul 2011 11:24
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
nifret edirem yalan daniwanlar

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 38

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}