Ağartı məhsullarını nə qədər saxlamalı?

 
Ağartı məhsullarını nə qədər saxlamalı?

Ağartı məhsullarını nə qədər saxlamalı?

Süd və süd məhsullarının insan orqanizminə çox böyük xeyri var. Belə ki, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, gözlərin sağlamlığında böyük rol oynayır.

Qızmar yay günlərində müxtəlif xəstəliklərdən qorunmaq və sərinləmək üçün süd, qatıq, kefir, smetan, yoqurt kimi süd məhsullarından istifadə edirik. İstədiyimiz məhsulları ölkənin istənilən mağazalarından almaq mümkündür. Aldığımız məhsulların üzərində saxlama müddətinin 3-4 ay olduğunu görüb həmin məhsulu ləzzətlə yeyirik. Dədə-baba qaydası ilə evlərdə qoyulan qatığı 3 gün, pendiri 1 aydan artıq saxlamaq mümkün olmadığı halda, bəs bu firmaların məhsullarının son istifadə tarixi necə ola bilər ki, 3-4 ay müddətində olsun?

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, süd və süd məhsullarının uzun müddət saxlanılması istifadəçilərin orqanizminə böyük zərər vura bilər. Qurum rəhbərinin fikrincə, saxlama müddəti uzun olan bütün məhsullar xəstəlik mənbəyidir. “Əvvəllər südü, qatığı 2-3 gündən artıq saxlamaq mümkün olmurdu. İndi müxtəlif firmaların istehsal etdiyi süd və süd məhsullarının üzərində saxlama müddəti 3, bəzən 6 ay yazılır. Təbii ki, bu, insanlar üçün təhlükə mənbəyidir. İstehlakçılar nəzərə almalıdırlar ki, saxlama müddəti uzun olan bütün məhsullar orqanizm üçün zərərlidir”, - deyən həmsöhbətimiz bu gün ölkə mağazalarında belə məhsulların varlığını təəssüflə qeyd edir.

Həkim terapevt Bəsti Əlməmmədova da saxlama müddəti uzun olan məhsulların orqanizm üçün zərərli olduğunu bildirir. “Ümumiyyətlə, qatıq, süd, yoqurt və s. bu kimi qida məhsullarının uzun müddət saxlanılması normal deyil. Bildiyiniz kimi, ağartı məhsullarının tərkibi vitaminlərlə zəngin olduğu üçün, bu məhsullar mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzinin fəaliyyətini tənzimləyir. Ağartı məhsulları qəbizlik, kolit, qastrit, qara ciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı orqanizmə böyük müsbət təsir göstərir. Ancaq bu məhsulların təbii formalarından istifadə etmək lazımdır”.

Həkimin ediyinə görə, süni məhsulların, firmalarda istehsal olunmuş qatıq, süd məhsullarının tərkibində süni qarışıqlar olduğundan, onları uzun müddət saxlamaq mümkün olur. “Bu da təbii ki, öz növbəsində orqanizmə ciddi zərər vurur. Süni məhsullar uzun müddət saxlanıldığı halda bağırsaq çöpü, diareya, həzm pozğunluğu, mədə ağrısı kimi fəsadlara səbəb olur”, - deyən Bəsti Əlməmmədova bildirib ki, süd məhsulları alarkən, son saxlama tarixinə fikir verilməlidir: “Ən yaxşısı isə təbii məhsullara üstünlük verilməlidir”.

Onun sözlərinə görə, kefirin qara ciyər, bronxit, hipertoniya və s. bu kimi xəstəliklər zamanı çox xeyirli olmasına baxmayaraq, mədə şirəsinin həddən artıq ifrazı zamanı bu məhsuldan istifadə etmək olmaz. “Daha bir süd məhsulu olan kəsmiyin tərkibində kalsium və fosfordan əlavə D vitamini olduğundan insan orqanizmi üçün önəmli məhsul sayılır. Bu səbəbdən 6 ayından sonra uşaqların qida rasionuna kəsmiyi əlavə etmək mütləqdir. Kəsmiyin müxtəlif növləri mövcuddur. Uşaqlar üçün kəsmik seçərkən az yağlılıqlı məhsula üstünlük vermək lazımdır”, - deyən B.Əlməmmədova hər hansı bir məhsulu alarkən son istifadə tarixinə mütləq diqqət yetirməyin vacibliyini vurğulayır. Onun sözlərinə görə, son istifadə tarixinə az qalmış və istifadə müddəti uzun olan məhsullar da orqanizm üçün təhlükəli ola bilər: “Havaların isti keçməsi qida məhsullarına da öz mənfi təsirini göstərir. Günün altında qalmış məhsullar istinin təsirindən tərkibini dəyişə bilər. Odur ki, məhsulu alarkən diqqətli olmaq lazımdır. Çalışmaq lazımdır ki, yayda qida rasionunda süni qidalara çox da yer verilməsin”.

Həkim yayda zəhərlənmədən qorunmaq üçün qidaya diqqət yetirməyi məsləhət görür: “Yay elə bir fəsildir ki, qəbul edilən istənilən tərkibi dəyişmiş qida məhsulu insanı zəhərləyə bilər. Bu mövsümdə ən çox meyvə-tərəvəzə, təbii qidalara üstünlük verilməlidir. Çox yağlı, turş, acı qidalardan uzaq olmaq lazımdır. Yayda bol maye qəbul etmək orqanizmi gümrah saxlayır”.


Geri dön

NELLY19

  • 3 avqust 2011 13:21
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
tesekkurler xebere gore

Inciciceyi

  • 12 iyul 2011 09:42
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Twkler deyerli melumatdi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

CandyGirl

  • 11 iyul 2011 13:45
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqli movzudur

--------------------

NELLY19

  • 11 iyul 2011 13:27
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tşk-lər xəbər üçün

only-girl

  • 11 iyul 2011 11:33
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
twk xebere

--------------------

aid_fanatka

  • 11 iyul 2011 11:20
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sirli Melek

  • 11 iyul 2011 11:09
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Süd və süd məhsullarının insan orqanizminə çox böyük xeyri var.!!!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

_mlowka_

  • 11 iyul 2011 11:03
  • Məqalə: 5
  • Şərh: 161
  • Bal:
{awards}
Xebere gore tewekkurler....))

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 20
Cəmi: 32

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}