Nifrət

 
Nifrət

Nifrət



237. Allahın ən çox nifrət etdiyi kəslər

795. Allahın Peyğəmbəri (s): «Allah zinakar qocaya, zalım varlıya, lovğa yoxsula və həyasız dilənçiyə nifrət edir. Həmçinin bağışlayıb minnət qoyanı mükafatsız qoyacaq.Yalançı və üzlü təkəbbürlüyə nifrət edir.» (Tuhəful-Uqul, səh.42)

796. Allahın Peyğəmbəri (s): «Allah-taala dünyaya elmi olub, axirətə nadan olan hər bir kəsə nifrət edir.» (Kənzul-Ummal, hədis 28982)

797. Allahın Peyğəmbəri (s): «Allah-taala bazarlarda dözümsüzlük edən, gecə ölü kimi düşən, gündüz uzunqulaq kimi olan, dünya işindən xəbərdar, axirətə isə nadan olan kobud həqirə nifrət edir.» (Kənzul-Ummal,hədis43679)

798. Allahın Peyğəmbəri (s): «Allah-taala evində hücuma məruz qalıb vuruşmayan kəsə nifrət edir.» (Uyun Əxbar ər-Rza, c.2, səh.28, hədis 24)

799. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allah günahdan qorxmayan həyasız adama nifrət edir.» (Ğurərul-Hikəm, hədis 3437)

800. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) buyurardı: Allah qardaşlarına üzünü turşudan kəsə nifrət edir.» (Mustədrəkul-Vəsail, c.8, səh.321, hədis 9552)

801. İmam Baqir (ə): «Allah, pis ağızlı söyüş söyənə nifrət edir.» (Biharul-Ənvar, c.78, səh.176, hədis 38)

Nifrət

238. Allah yanında ən mənfur şəxs

802. Allahın Peyğəmbəri (s): «Allah yanında üç nəfər hamıdan mənfurdur: Axşam heç namaz qılmamasına baxmayaraq gündüz çox yatan kəs, çox yeyən və yemək yeyən zaman Allahın adını çəkməyən və (qurtarandan sonra) Ona şükr etməyən kəs və səbəb olmadan çox gülən kəs.» (Kənzul-Ummal, hədis 21431)

803. Allahın Peyğəmbəri (s): «Allahın yanında insanların ən mənfuru üç nəfərdir: Hərəmdə (Məkkədə) yolunu azan, İslamda cahiliyyət dövrünün adətini qoymaq istəyən və haqsız yerə birini öldürmək üçün onu təqib edən.» (Kənzul-Ummal, hədis 43833)

804. Allahın Peyğəmbəri (s): «Allah yanında sizin ən mənfurunuz xəbərçilik edənləriniz, qardaşlar arasında ayrılıq salanlarınız və günahsız şəxslərdə səhv və xəta axtaranlarınızdır.» (Biharul-Ənvar, c.71, səh.383, hədis 17)

805. Allahın Peyğəmbəri (s):«Allah-taalanın yanında yaradılmışların ən mənfuru məmurların görüşünə gedən alimdir.» (Kənzul-Ummal, hədis 28985)

806. Allahın Peyğəmbəri (s): «Qiyamət günü mənim yanımda sizin ən mənfurunuz və mənə ən yad olanınız çox danışan, boşboğaz və «mütəfəyhiq» kəslərdir.» Dedilər: «Ey Allahın Peyğəmbəri, «mütəfəyhiq» kimlərdir?» Buyurdu: «Təkəbbürlülər.» (Kənzul-Ummal, hədis 5184)

807. İmam Əli (ə): «Allah yanında ən mənfur kəs başqalarının dalınca pis sözlər danışaraq qeybət edən kəsdir.» (Ğurərul-Hikəm, hədis 3128)

808. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru bütün dərdi-qəmi qarınqululuq və şəhvətpərəstlik olan kəsdir.» (Ğurərul-Hikəm, hədis 3294)

809. İmam Əli (ə): «Allah-taalanın yanında yaradılmışların ən mənfuru nadan şəxsdir.» (Ğurərul-Hikəm, hədis 3259)

810. İmam Əli (ə): «Allahın yanında Onun yaratdıqlarının ən mənfuru o kəsdir ki, ordan-burdan elm toplayar, amma fitnə zülmətlərində qəflətə düçar olar, sülh və sakitliyin məziyyətlərini görməz, özü kimiləri onu alim adlandırar halbuki, tam bir gününü belə elmə həsr etməyib.» (Kənzul-Ummal, hədis 4422)

811. İmam Əli (ə): «Eyb və nöqsan sifətlərdən pak olan Allahın yanında bəndələrin ən mənfuru zor işlədən alimdir.» (Ğurərul-Hikəm, hədis 3164)

812. İmam Baqir (ə): «Musa (ə) dedi: «Pərvərdigara, bəndələrindən Sənin yanında ən mənfuru kimdir?» Buyurdu: «Gecə ölü kimi düşüb gündüz bekar olan!» (Biharul-Ənvar, c.76, səh.180, hədis 8)

813. İmam Sadiq (ə): «Allahın yaratdıqlarının ən mənfuru camaatın dilindən qorxduğu bəndədir.» (əl-Kafi, c.2, səh.323, hədis 4)

Nifrət

239. Allah yanında mənfur olan işlər

814. Allahın Peyğəmbəri (s): «Allah yanında hər şeydən mənfur dolu qarındır.» (Uyun Əxbar ər-Rza, c.2, səh.36, hədis 89)

815. İmam Baqir (ə): «Allahın Peyğəmbəri (s) Cəbrailə dedi: «Allah-taalanın yanında hara daha mənfurdur?» Cəbrail buyurdu: «Bazarlar. Və bazar əhlinin ən mənfuru bazara hamıdan tez gedib hamıdan gec çıxan şəxsdir.» (Biharul-Ənvar, c.84, səh.4, hədis 76)

816. İmam Sadiq (ə): «Allah çox yatmağa və çox bekar olmağa nifrət edir.» (Biharul-Ənvar, c.76, səh.180, hədis 10)

817. İmam Sadiq (ə): «Allah üç şeyə nifrət edir: «Gecə oyaq olmadan gündüz yatmağa, səbəbsiz gülməyə və tox halda yemək yeməyə.» (əl-Xisal, səh.89, hədis 25)

818. İmam Sadiq (ə): «Xəs’əmdən bir kişi Peyğəmbərin (s) yanına gəlib dedi:
«Allah-taalanın yanında hansı əməl daha mənfurdur?» Peyğəmbər buyurdu: «Allaha şərik qoşmaq.» Kişi dedi: «Daha nə?» Buyurdu:
«Qohumlarla əlaqəni kəsmək.» Kişi dedi: «Sonra nə?» Peyğəmbər buyurdu: «Pis işə əmr edərək yaxşı əməldən çəkindirmək.» (əl-Kafi, c.24 səh.290, hədis 4)

819. İmam Rza (ə): «Allah hay-küyə, malı bada verməyə və çox ağız açmağa nifrət edir.» (Biharul-Ənvar, c.78, səh.335, hədis 16)

Nifrət

240. Nifrət və düşmənçilik

820. Allahın Peyğəmbəri (s): «Keçmiş ümmətlərin xəstəliyi – düşmənçilik və həsəd sizə sirayət edib.» (Məani əl-Əxbar, səh.367, hədis 1)

821. İmam Sadiq (ə): «Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur.» (Tuhəful-Uqul, səh.316)

Nifrət


Geri dön

seda12

  • 1 sentyabr 2011 21:50
  • Məqalə: 0
  • Şərh: 90
  • Bal:
son serh menden

am
am

Inciciceyi

  • 12 iyul 2011 09:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

iMPoSSiBLe

  • 11 iyul 2011 22:16
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
ALLAH razi olsun..

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

CandyGirl

  • 11 iyul 2011 21:15
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maarqlidir tewekkurler

--------------------

emka_dj

  • 11 iyul 2011 18:44
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
nifret yoxdu mende kin var)) wink wink

--------------------
HeYaT FuFLoDu

hazal-kaya

  • 11 iyul 2011 18:09
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
TE.EKKWRLER

MuslimGirl

  • 11 iyul 2011 18:04
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Oxudum, əziz bacım. Belə gözəl dəyərli xəbər üçün minnətdaram. Müsəlman olan kəs 3 gündən artıq küsülü qalmamalıdır. Yoxsa bu küsülülük də özü nifrətə çevrilə bilər.ALLAH razı olsun səndən!
Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur.

MiLeyla

  • 11 iyul 2011 18:01
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

YazYamuru

  • 11 iyul 2011 17:39
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Nifret ve Dü$menciliK menimcün bir iki saatliqdi wink

--------------------



only-girl

  • 11 iyul 2011 17:36
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

liderka

  • 11 iyul 2011 17:15
  • Məqalə: 1
  • Şərh: 598
  • Bal:
{awards}
hmm..Allahin da nifret etdiyi bezi weyler variymiw..eslinde bunlari her brimiz ede bilerik.ama men de hec bilmirem ki,niye etmirik

--------------------
HaYaLiM....

DOQRULAR

  • 11 iyul 2011 17:11
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Chox gozel xeberdi .Allah razi olsun inshaAllah bacishim.

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

Tormento

  • 11 iyul 2011 17:03
  • Məqalə: 0
  • Şərh: 31
  • Bal:
{awards}
ALLAH RAZİ OLSUN

angel gunay

  • 11 iyul 2011 16:52
  • Məqalə: 31
  • Şərh: 843
  • Bal:
{awards}
4-cu sehr menden gelsin tesekkurler maraqli melumatdi grace angel..........tesekkur

--------------------
Mən heç vaxt mənə inanan insanı aldatmaram amma mənə inanmiyana da düzünü subut etdirmərəm

NELLY19

  • 11 iyul 2011 16:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.............

Jasmin45

  • 11 iyul 2011 15:54
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
[b][/b][i][/i]
İmam Sadiq (ə): «Üç şey – ikiüzlülük, zülmkarlıq və xudpəsəndlik nifrət və düşmənçiliyə səbəb olur.»
tşk-lər..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

aid_fanatka

  • 11 iyul 2011 15:54
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
ilk serh menden twk........ smile

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}