Baş ucalığı

 
Baş ucalığı

Baş ucalığı

1278. Baş ucalığının mənası.

Quran:

«Möminləri qoyub kafirləri dost tutanlar izzət və qüdrəti onlardamı axtarırlar? Şübhəsiz ki, izzət və qüdrət tamamilə Allaha məxsusdur!» (Nisa, ayə139)

Hədis:

4220. İmam Əli (ə): «Allahdan qeyrisinin vasitəsilə əziz olan zəlildir.» (Biharul-Ənvar, c.78, səh.10, hədis 67)

4221. İmam Əli (ə): «Bil ki, Allahın müqabilində zəlil olmayan kimsə izzət sahibi deyil. Allah qarşısında əyilməyən heç vaxt ucalmaz.» (Tuhəful-Uqul, səh.366)

4222. İmam Əli (ə): «Səbr kimi başucalığı yoxdur.» (Nəhcul Bəlağə, hikmət 113)

4223. İmam Səccad (ə): «Hökm sahiblərinə (Allaha) tabe olmaq başdanbaşa izzətdir.» (Tuhəful-Uqul, səh.283)

4224. İmam Sadiq (ə): «İzzət ondadır ki, boynuna haqq gələndə onun müqabilində zəlil və müti olasan.» (Biharul-Ənvar, c.78, səh.228, hədis 105)


Baş ucalığı

1279. Baş ucalığına səbəb olanlar.

4225. «Biharul Ənvar»: Allah-taala Həzrəti Davuda (ə) vəhy etdi: «Ey Davud! Mən ... izzəti özümə itaətdə qərar verdim. Ancaq camaat onu sultana itaətdə axtarır və buna görə də tapa bilmir.» (Biharul-Ənvar, c.78, səh.453, hədis 21)

4226. Loğman (ə) (öz övladına öyüdlərindən):–«Dünyada başıuca olmaq istəyirsənsə, camaatda olanlardan tamahını üz. Çünki peyğəmbərlər və siddiqlər öz tamahlarını sildiklərinə görə həmin məqamlara çatmışlar.» (Qəsəsul Ənbiya, səh.195, hədis244)

4227. İmam Əli (ə): «Təğvadan yüksək heç bir başucalığı yoxdur.» (Nəhcul Bəlağə, hikmət 371)

4228. İmam Əli (ə) (Münacatında):–«İlahi! Sənə bəndə olmağımın izzəti mənə yetər. Sənin mənim Allahım olmağının fəxri mənə bəs edər.» (əl-Xisal, səh.420, hədis14)

4229. İmam Əli (ə): «Bilin ki, kim camaatla insafla rəftar etsə, Allah-taala onun yalnız izzətini artırar.» (əl-Kafi, c.2, səh.144, hədis4)

4230. İmam Əli (ə): «Qane olun ki, əziz olasınız.» (Biharul-Ənvar, c.78, səh.53, hədis 90)

4231. İmam Baqir (ə): «Gözü camaatın əlində olmamaq möminin dini izzətinə səbəb olar.» (əl-Kafi, c.2, səh.149, hədis 6)

4232. İmam Baqir (ə): «Allah-taala yalnız üç yoldan qeyri vasitə ilə müsəlmanın izzətini artırmaz: ona zülm etmiş şəxsi əfv etmək, ona (nəyisə verməyi) əsirgəyənə bağışlamaq və ondan qırılan kimsəyə birləşmək.» (əl-Kafi, c.2, səh.109, hədis10)

4234. İmam Sadiq (ə): «Hər kim eli-obası olmadan izzət sahibi, malı-sərvəti olmadan ehtiyacsız olmaq və qüdrəti olmadan heyrətli, əzəmətli olmaq istəyirsə, Allaha qarşı günah işlətməyin rüsvayçılığından itaətin izzətinə keçməlidir.» (əl-Xisal, səh.169, hədis 222)

4235. İmam Sadiq (ə): «Öz qəzəbini söndürən (udan) elə bəndə olmadı ki, Allah onun dünya və axirətdə izzətini artırmamış olsun.» (əl-Kafi, c.2, səh.110, hədis5)

4236. İmam Əskəri (ə): «Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın.» (Biharul-Ənvar, c.78, səh.374, hədis 24)


Baş ucalığı

1280. İzzətin davamlılığının səbəbləri.

4237. İmam Baqir (ə): «İzzətin davamlılığını tamahını öldürməkdə axtar.» (Tuhəful- Uqul, səh.286)

4238. İmam Sadiq (ə): «Tənhalıq və camaatdan uzaq gəzmək, izzət və ehtiramı, onlara yaxın olmaqdan daha çox qoruyub saxlayar.» (Biharul-Ənvar, c.74, səh.180, hədis 28)


Baş ucalığı


Geri dön

Inciciceyi

  • 12 iyul 2011 09:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 11 iyul 2011 22:33
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler

--------------------

iMPoSSiBLe

  • 11 iyul 2011 22:15
  • Məqalə: 22
  • Şərh: 685
  • Bal:
{awards}
tewekkurler..maraqli idi...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!

CandyGirl

  • 11 iyul 2011 21:14
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maarqlidir tewekkurler

--------------------

nemka

  • 11 iyul 2011 18:41
  • Məqalə: 0
  • Şərh: 13
  • Bal:
{awards}
love twkler ALLAH sizden razi o0lsun bele gozel yaziya gore

hazal-kaya

  • 11 iyul 2011 18:01
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
TEŞEKKÜRLER

DOQRULAR

  • 11 iyul 2011 17:03
  • Məqalə: 86
  • Şərh: 242
  • Bal:
{awards}
Allah razi olsun.Hamimiza mehz bele bashiucaliq nesib elesin inshaAllah...

--------------------
✏••♦••♦••♦Sen dünyanı axirətə aparmayacağına görə, elə yaşa ki,dünya səni axirətə aparsın♦••♦••♦••✏

Jasmin45

  • 11 iyul 2011 17:03
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
İmam Baqir (ə): «Allah-taala yalnız üç yoldan qeyri vasitə ilə müsəlmanın izzətini artırmaz: ona zülm etmiş şəxsi əfv etmək, ona (nəyisə verməyi) əsirgəyənə bağışlamaq və ondan qırılan kimsəyə birləşmək.»

İmam Əli (ə): «Səbr kimi başucalığı yoxdur.»
Tşk-lər maraqlı idi..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

NELLY19

  • 11 iyul 2011 16:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.............

aid_fanatka

  • 11 iyul 2011 16:26
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

..:LuNaTiK:..

  • 11 iyul 2011 16:08
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Təşəkkürlər, ilk şərh məndən.

Amma oxumadım, hövsələm çatmadı.

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 16
Cəmi: 32

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}