H-Çimərliklərimizdə insanların həyatı təhlükədədir

 
H-Çimərliklərimizdə insanların həyatı təhlükədədir

Yay fəsli ilə əlaqədar hər il olduğu kimi bu il də çimərliklərdə bədbəxt hadisələrin sayı artır. Demək olar ki, hər gün dənizdə bir neçə nəfər boğulur və ya batma təhlükəsilə üzləşir. Fövqəladə Hallar Nazirliyinin çimərliklərdə xilasetmə postlarının olmasına və bu ərazilərə nəzarət etməsinə baxmayaraq problemin qarşısını almaq mümkün deyil. Artıq hər gün çimərliklərdə bir və ya bir neçə nəfərin batdığı, boğulma təhlükəsilə üzləşməsi xəbərlərini eşidirik.

Adətən belə hallar qeyri-çimərlik sahələrində baş verir. Boğulma və batma halları çimərlik ərazilərində baş versə də, əksər hallarda nazirlik xilasediciləri köməksiz vəziyyətdə qalanları xilas edə bilirlər. Amma qeyri-çimərlik sahələrində baş verən hadisələrin əksəriyyəti ölümlə sonuclanır. Çünki, həmin ərazilər qeyri-çimərliklər olduğundan burada nəzarət də o qədər olmur. Yəni, xilasedicilər həmin ərazilərə yalnız çimmək qadağandır” işarəsi qoymaqla həmin ərazini tərk edir. Yayın istisində çimərlik sahələrinə gedə bilməyən insanlar sərinləmək üçün dənizin nəzarət olunmayan hissəsinə üz tutur və bu da sonda faciə ilə nəticələnir.

Bu hadisələrin baş verməsinə bir neçə amil səbəbdir. Onlardan biri də vətəndaşlar arasında baş verə biləcək hadisələrlə bağlı normal maarifləndirmə tədbirlərinin aparılmamasıdır. Yəni, vətəndaşlara yalnız “çimmək qadağandır” demək onun maariflənməsi deyil. Bunun üçün aidiyyəti qurumlar qabaqlayıcı tədbirlər barədə lazımı addımlar atmalı, xüsusən də qeyri-çimərlik sahələrinə nəzarət gücləndirilməlidir. Birincisi, çimərlik və qeyri çimərlik sahələrinə xüsusi adamlar təhkim edilə bilər ki, ərazilərə nəzarət etsin. Yəqin ki, aidiyyəti qurumların çimərlik mövsümündə belə bir addım atmağa imkanları var. Cəmi 3 aylıq çimərlik mövsümü üçün belə bir tədbirlər həyata keçirməyə həmin qurumların imkanı da var. Amma nədənsə hələ ki bu barədə ciddi tədbir görülmür. Nəticədə hər gün bir neçə insan həyatını itirir.

Sahibkarın başı alverə qarışır, müştərinin taleyi məlum deyil

Bu gün çimərliklər və qeyri çimərlik sahələrində demək olar ki bu cür tədbirlərə məhəl qoyulmur. Yay mövsümü başlanan kimi dənizın kənarları sahibkarlar tərəfindən zəbt edilir, ərazidə yalnız biznes imkanları üçün şərait yaradılır. Çimərlik sahələri hasarlanır, kənar şəxslər çimərlik sahələrinə buraxılmır, çimərliklərə sadə vətəndaşların girişinə qadağa qoyulur. Əslində çimərlik sahələri pulsuz olsa da, bəzi işbazlar müəyyən dairələrlə şifahi razılaşmaqla bu əraziləri zəbt edir. Bundan sonra isə həmin ərazilərdə abadlıq işləri görülür və yalnız həmin ərazidən qazanc kimi istifadə olunur. Demək olar ki, hazırda çimərlik sahələrində zəbt olunmayan ərazi qalmayıb. Bir neçə metrlik ərazilər boş qalıb ki, bu ərazilərdə isə insanların istirahəti qeyri mümkündür. Bu ərazilər ya qeyri-çimərlik sahələridir, ya da şəhərin kanalizasiyasının birbaşa dənizə axdığı yer. Qalan ərazilər rayon icra hakimiyyətlərinin göstərişi ilə xüsusi şəxslərə verilir. Həmin şəxslər də aldıqları əraziyə girişi qadağan edirlər. Amma həmin şəxslər düşünmürlər ki, ilk növbədə insanların təhlükəsizliyi təmin edilməli, ondan sonra qazanc haqda fikirləşməlidirlər. Çünki, həmin şəxslər məhz ora gələn vətəndaşların hesabına gəlir əldə edirlər.

Obyektlərdəki təhlükəsizlik vasitələrindən necə istifadə olunur?

Əslində aidiyyəti qurumlar bu işləri elə məhz həmin sahibkarların da vasitəsilə həyata keçirə bilər. Məsələn, bu məsələyə cavabdeh olan şəxslər, xüsusən də yerli icra hakimiyyəti bu məsələ ilə bağlı elə həmin çimərlik obyektlərində tədbirlər keçirə bilər, sahibkarlarla birləşib maarifləndirici vəsaitlər çap etdirib həmin obyektlərin ərazisində paylaya bilərlər. Bu vəsaitlər bukletlər, broşürlər, kitablar halında çap edilməli və çimərlik ərazisində paylana bilər. Bu cür çap vəsaitləri hətta həftədə ən azından iki dəfə çimərliklərdə sərgi tədbirləri kimi də keçirilməklə əhalinin maarifləndirilməsinə yönəldilə bilər. Məsələn, bu gün demək olar ki, çimərliklərdə lazımı qədər çimərlik vasitələri, avadanlıqları var. Bu yəqin ki belədir və cimərliklərdəki istirahət obyektləri bu avadanlıqlarla təmin edilib. Həmin obyektlərin avadanlıqlarla təmin edilməsinə nəzarət Fövqəladə Hallar Nazirliyinə həvalə edilib və nazirlik əməkdaşları bununla bağlı lazımi tədbirlər görüb. Amma iş orasındadır ki, bu gün istirahət obyektinə gələn və dənizdə çimmək istəyən şəxslər bu avadanlıqlardan istifadə etmirlər. Səbəb isə odur ki, ya həmin vətəndaş obyektdə belə bir əşyanın olmasından xəbərsizdir, ya da ki, ümumiyyətlə belə bir vasitələrdən anlayışı yoxdur. Ona görə də dənizdə çimən vətəndaş bu vasitələrdən istifadə etmir. Ona görə də həmin şəxsin həyatı açıq-aşkar təhlükədə qalır. Amma belə maarifləndirici tədbirlər aparılsa, vətəndaş ən azından özünün təhlükəsizliyi üçün lazım olan bütün vasitələrdən istifadə etməklə istirahətini daha rahat keçirər. Bu həm obyekt sahibi üçün rahatlıq, həm də vətəndaş üçün təhlükəsizlikdir. Belə bir tədbirlərin görülməsinə diqqət yetirmək aidiyyəti qurumların və səlahiyyətli şəxslərin birbaşa borcudur.


Geri dön

Sirli Melek

  • 12 iyul 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
Sahibkarın başı alverə qarışır, müştərinin taleyi məlum deyil !!!!!

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 12 iyul 2011 09:03
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Narka)

  • 11 iyul 2011 23:15
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
thanksssssssssss

R.M_FaNaTka

  • 11 iyul 2011 22:28
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twk

--------------------

iMPoSSiBLe

  • 11 iyul 2011 22:04
  • Məqalə: 22
  • Şərh: 678
  • Bal:
{awards}
ilk werh menden.... Hele deniz teze bawdiyib ki...

--------------------
(¯`·.NuMBeR OnE .·´¯)
.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´
.. (
☻/
/▌
/ \



(\ /)
( . .) ♥
c('')('') -->> Eto Ya!!!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 13
Cəmi: 44

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 34
Cəmi: 576
 
♔Hе важно∞
Xəbərləri: 16
Cəmi: 106
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 10
Cəmi: 21
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
MiSS HaPPy)
Xəbərləri: 6
Cəmi: 17
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 5
Cəmi: 670
 
Gozellik_
Xəbərləri: 3
Cəmi: 3
 
Pəri
Xəbərləri: 2
Cəmi: 225
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1146
 
 
{slinks}