ALLAHım!

 
ALLAHım!

ALLAHım!
Bu bir etirafdır,
Bildiyini sənə bildirməkdən sığınıram yenə sənə.
Dünya qarışdı. Şərəfsizlik artdı, yaltaqlıq addım başı.
Bəzi şeyləri ciddi qəbul etmədiyimiz üçün ciddi qəbul etmir həyat bizi.
Gedənlər gedir, qalan biz oluruq hər səfərində.
Həyatın ciddi qəbul etmədiyini ölüm də ciddi qəbul etmir.
Nə qədər arzulasaq da ölümü o qədər uzaq olur və nə qədər qaçsaq o qədər yaxın.
Yaşamaq çox çətinləşib.
Çaşırıq, tərəddüd edirik, günah dəryalarına girib çıxırıq.
Amma bilirsən sevirik səni.
Səni sevirəm.
Qorxuram, səni sevdiyim qadından daha çox sevmiş olmamaqdan.
Qorxuram gecikmiş olmaqdan.

ALLAHım!
Biz heç birimiz atamız Adəm kimi ola bilmərik
O ən gözəl dildə tövbə etməyi bilirdi.
Ən gözəl sözlərlə danışardı səninlə, ən gözəl dualarla yalvarardı.
Bizim duaya açılacaq ovuclarımız üzsüz, dilimiz utanc dolu.
Sən bilirsən atamızı
Bizi də elə qəbul et.
Biz sözlər çoxaldarıq dayanmadan.
Mən sancılanmaq deyərəm buna, başqası şeir.

ALLAHım!
Bütün iddialarımı sənə həvalə edirəm,
Məğlub olmuşluqlarımı təqdim edirəm utanaraq.
Və əgər varsa bir müvəffəqiyyət
Sənin adına və Sənin adınladır bilirəm.

ALLAHım!
Qürbətlər dünyasında qürbətliyimiz, həsrətliyimiz, qovuşmaqlığımız Sən ol.
Sən ol, addımlarımızın yönəlişi, dilimiyin zikri, gecə və gündüzlərimizin fikri.

ALLAHım!
Anlayışımıza genişlik, dilimizə qüvvət ver.

ALLAHım!
Azımızı çoxalt. Qorxumuz və sevgimiz Sən ol.

ALLAHım!
Sevməkdən qorxmasın heç bir kimsə
Xəyanət qatışmasın dostluqlara
Heç bir eşq qarşılıqsız qalmasın.
Uşaqlar ağlamasın.
Ümid olsun, xoşbəxtlik olsun gözlərində qocaların.
Pişiklər belə minnət etməsin zibilliklərə.
Gizli gizli ağlamaq məcburiyyətində qalmasın heç bir qadın.
Heç bir ana övladından sonraya qalmasın
Əllərindən tuta bilsin bütün atalar uşaqlarının.

ALLAHım!
Bizə köməyini çağıracaq üzlər ver.
Eşqi tanıyacaq ürəklər, mərhəmət dolu ürəklər ver.
Yaşamaq üçün səbəblər ver bizə, ölmək üçün səbəblər.
Əfv et bizi, üstümüzə səbr yağışları boşalt.

ALLAHım!
İnsan qalmaq üçün çalışan, yaşamaq üçün müqavimət göstərən
İtələnilib qaxılan, söyülən, döyülən
Xor və alçaq görülən insanlara kömək et.

ALLAHım!
Bizi bizə buraxma.
Sarsıt ürəyimizi

AMIN!

ALLAHım!


Geri dön

MuslimGirl

  • 12 iyul 2011 14:42
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
AMİN! Gözəl cümlələr idi. ALLAH ,inşallah, bizə axirətdə xeyir nəsib edər. ALLAH razı olsun!

CandyGirl

  • 12 iyul 2011 13:00
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eladi thanks

--------------------

aid_fanatka

  • 12 iyul 2011 11:39
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

only-girl

  • 12 iyul 2011 10:03
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

David Villa

  • 12 iyul 2011 09:57
  • Məqalə: 2
  • Şərh: 95
  • Bal:
{awards}
Tesekkurler cox sagol

--------------------
Soruşma ki, sənin ölkən sənin üçün nə edə bilər, soruş ki, sən ölkən üçün nə edə bilərsən.

Inciciceyi

  • 12 iyul 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Jasmi

  • 12 iyul 2011 01:49
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
cox deyerli xeberdii tewekkurler

--------------------

R.M_FaNaTka

  • 12 iyul 2011 00:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

Jasmin45

  • 12 iyul 2011 00:08
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAHım!
Sevməkdən qorxmasın heç bir kimsə
Xəyanət qatışmasın dostluqlara
Heç bir eşq qarşılıqsız qalmasın.
Uşaqlar ağlamasın.
Ümid olsun, xoşbəxtlik olsun gözlərində qocaların.
Pişiklər belə minnət etməsin zibilliklərə.
Gizli gizli ağlamaq məcburiyyətində qalmasın heç bir qadın.
Heç bir ana övladından sonraya qalmasın
Əllərindən tuta bilsin bütün atalar uşaqlarının...

Çoxxx gözəl bir yazıdır,ALLAH razı olsun...ALLAH-təala heç bir bəndəsinin ona açılan əllərini boşa çevirməsin...AMİN!

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 11
Cəmi: 22

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 23
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}