Dünyanı bezdirmişikmi?

 
Dünyanı bezdirmişikmi?

DÜNYANI BEZDİRMİŞİKMİ?
Dünya... heç yorulmamısan? Yorğun deyilsən? Bütün bu olanlara necə dözə bilirsən , Dünya, biz gecələr yatırıq, bəs sən? Sən necə dincəlirsən? Dünya, nec ədə sədaqətlisən, mərhəmətlisən.. Dünya, sənin başına nə oyunlar açdıq.. Heç incimirsən? İncimirsən Sezardan, Nerondan, Titodan, Hitlerdən? Bu qəssabların üzündə buraxdığı izlər, ləkələr səni çirkinləşdirir, amma sən o saf gözəlliyini necə də qoruyursan, Dünya... Dünya sənin “ağ ciyərlərin”i - Amazon cəngəlliklərini hər gün məhv edirlər, necə nəfəs alırsan ??.. İçin sızlamır?? Dünya, sən necə də dözümlüsən, məğrursan.. Dünya, sənin o şəffaf geyimini məhv edirlər, səni çılpaq buraxırlar, səni qoruyan Ozon-u bitirirlər.. Necə qoruyursan özünü Günəşdən?? əziyyət çəkmirsən??... Dünya biz sənə yük oluruq hə?.. Hələ bir də verdiyimiz bu əzablar.. Dünya yağış yağır haa, o sənin göz yaşlarındı?? Məncə yox, çünki elə olsa fəsildən fəsilə ağlamazdın...Hər gün ağlayardın..

Dünyanı bezdirmişikmi?

Dünya heç üşümürsən? Dünya, o meteorlar səni ağrıtmır? Dünya, sağ tərəfindəki yaralar sağalmayıb hə? Xirosima-Naqasaki yaralarını deyirəm... Bəs solundakı Çernobil necə?? Çox incidir, hə?? Bizdə çox şey itirdik, Dünya.. 15 min insanı itirdik, 50 min insan şikəst qaldı, 5 milyon adam radiasiyadan təsirləndi, 30 kilometrlik sahədə həyat dayandı, və..və… Radiasiyanın təsiri bölgədə 48 min il daha qalacaq, Dünya… Və 300 il ora o gözəl təbiətdən məhrum qalacaq.. Quşlar, bülbüllər olmayacaq.. Gül-çiçəklər olmayacaq.. Dünya, bu nadinc övladlarını, bizi bağışlaya biləcəksən .?? Dünya bəs ‘Böyük Böhran'-a necə dayandın?? Bəs Adolf Hitlerin törəddiklərinə?? Dünya mən utanıram əcdadlarımdan.. Etdiklərindən.. Yəhudi soyqırımı... Nürnberg Məhkəmələri... Fələstin problemi...İsrailin quruluşu..

Dünyanı bezdirmişikmi?

Sənin abidələrini dağıtdıq, yenə bizlər etdik, aramızdakı sapı özümüzdən olanlar etdi… Dünya, deyirlər Hitlerin əkizi klonlamaq istəyirlər, hə? Dünya, mən qorxuram ondan.. Qoyma kopyalasınlar.. Dünya, 68-də tələbələr çox nadinclik etdi hə?.. Bəs Kubadakı mərmilər, Dünya?? Səni 14 gün boyunca rahat buraxmadıq, nəbzin 14 gün boyunca çox sürətlə atdı.. Dünya, səncə bu niyə belədir?? Sən bilərsən də səbəbini.. Axı hamımızı görmüsən, sən əcdadlarımızı qonaq etmisən. Dünya, biz çox ziyanverici qonaqlarıq, hə? Dünya ilk qonağın-Adəm də beləydi? O da ziyanverirdi? Cənnətdən qovulubsa, deməli o da günahsız deyildi, hə? Onda qanımızda vardaa, hə??.. Bütün bu olanlara necə tamaşa edə bilirsən, Dünya.. Necə də təmkinlisən.. Dünya, o bəzən lərzəyə gəlirsən haa, bizdə zəlzələ dediyimiz şeydən bəhs edirəm, sən elə lərzəyə gələndə mən çox qorxurdum uşaq vaxtı..

Dünyanı bezdirmişikmi?

Dünya qonşuların Mars, Venera və o birilərinin sənə xainliyi tutur, səndə həyat var deyə. Amma bilmirlər ki nə əzablar çəkirsən.. Sənə həsəd aparırlar, amma onlar bu ağrılara tab gətirə bilərdimi? Dünya necə də ürəyi açıqsan, pisə də yer verirsən, yaxşıya da.. Bitərəfsən, yamanlığa yaxşılıq edirsən.. Səni məhv edirik, amma bizə suyunu, havanı verirsən, dünya necə də sadiqsən Tanrına.. O, səni yaratdı və bizləri sənə göndərdi, "Bunları qonaq et",- dedi, sənsə heç səsini belə çıxartmadan insanoğlunun əzablarına dözdün, insanoğlu sənin şəffaf bulaqlarını tükətdi, qol-qanadlarını kəsdi, budadı, doğradı, nəfəsini daraltdı, xəstələndirdi səni, insanoğlu öz qanın qanından olan qardaşlarını yoluxucu xəstəliklərə düçar etdi.. GİÇS virusunu yaratdı, öz əlləriylə.. Dünya, bəs heyvanlar necə, onlar da səni incidir hə?.. Amma bizim qədər yox..hə?? Otlaqlarını çöllərə çevirdi heyvanlar.. Deyəsən ən az zərəri verən yada heç verməyən bitkilərdir, hə? Dünya, səndən bir şey istəsəm verərsən?? Səndən günlüyünü istəsəm, verərsən?

Mən tarixi görmək istəyirəm, saxtalaşdırılmış tarixi yox, həqiqətləri görmək istəyirəm, Dünya, sənin günlüyün mənə çox maraqlıdı, nələr var orda kimlər var..

Birdə, Dünya, səndən bütün əcdadlarım adından üzr istəyirəm .. Bağışla insanoğlunu..


Geri dön

sweet_angel

  • 15 iyul 2011 21:22
  • Məqalə: 13
  • Şərh: 347
  • Bal:
twk.........................

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

Lindo

  • 15 iyul 2011 13:48
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
əla super çox bəyəndim əla yazıdı tşk

mirkamal97

  • 12 iyul 2011 16:53
  • Məqalə: 48
  • Şərh: 410
  • Bal:
{awards}
xebere gore tsk

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

... Deryam ...

  • 12 iyul 2011 15:54
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Ehhh hər dəfə bağışlayır bizlər yenə onu məhv edirik ...

--------------------

By DOĞRU

  • 12 iyul 2011 15:41
  • Məqalə: 22
  • Şərh: 122
  • Bal:
{awards}
bn twk ederim

--------------------
‎"Şeytana niye kızıyorsun ? Bir iyilik yap da o sana kızsın."

fervent_2010

  • 12 iyul 2011 13:59
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
mence Qarabag meselesi ile bagli dunyani azerbaycalilar ve ermeniler qeder bezidiren olmaz. gorusub danisiq aparmadiqlari sheher qalmayib. her getdikleri yerde de arpa suyu icib gelirler

--------------------
AZAD INSAN!

R.M_FaNaTka

  • 12 iyul 2011 12:58
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

CandyGirl

  • 12 iyul 2011 12:57
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eladi thanks

--------------------

_DreaM_

  • 12 iyul 2011 12:10
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Birdə, Dünya, səndən bütün əcdadlarım adından üzr istəyirəm .. Bağışla insanoğlunu..

--------------------

Sirli Melek

  • 12 iyul 2011 12:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Mən tarixi görmək istəyirəm, saxtalaşdırılmış tarixi yox, həqiqətləri görmək istəyirəm, Dünya, sənin günlüyün mənə çox maraqlıdı, nələr var orda kimlər var..

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 12 iyul 2011 11:53
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
mARAQLIDI TWKLER

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

aid_fanatka

  • 12 iyul 2011 11:36
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Narka)

  • 12 iyul 2011 11:11
  • Məqalə: 0
  • Şərh: 86
  • Bal:
{awards}
thanksssss

YazYamuru

  • 12 iyul 2011 10:58
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Göresen bu suallara Dünya nece cavab verecek no yaaazIq bezib biz insanlarIn elinden....
Cox gözel yazIdIr te$ekkürleeeerr..

--------------------



ZAC EFRON

  • 12 iyul 2011 10:26
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ilk serh menden twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 53
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}