İnsanları Tanımaq çətindirmi ?

 
İnsanları Tanımaq çətindirmi ?

Mənim fikrimcə bu çox asandır.Çox,çox asan.Münasibətdə olduğun insan gələcəkdə səninlə necə rəftar edəcək-bu həmişə göz qabağlndadır.

Lap sadə hərəkətlərə baxaq:

Əgər sənin tanışın olan qız (oğlan)- rəfiqələrinə,valideynlərinə,müdiriyyətə asanlıqla yalan danışa bilirsə-kim zəmanət verir ki sən istisna olacaqsan,səni aldatmayacaq?

Sənin sevdiyin qız (oğlan) əvvəlki oğlanına xəyanət edib,onu aldadıb indi səninlədirsə-kim zəmanət verir ki sabah həmin oğlanın yerindəki sən olmayacaqsan?

Müdir səndən əvvəlki neçə işçinin işini bəyənməyib 2-3 ay ərzində işdən çıxarıbsa hardan bilirsən ki məhz sən onun axtardığı işçisən?

Əgər tanışın bütün tanışları haqda sənə qeybət edirsə nəyə əsasən düşünürsən ki sənin haqda o susacaq?

Bütün sualların cavabı sıfırdı-heç bir istisna yoxdur.Sizə istisna kimi görünən hallar sadəcə həmin hadisələrin həyata keçmə hallarının çətinliyindən irəli gələ bilər.

Əlbəttə hamımıza xoş gəlir ki özümüzü istisna hesab edək.Biz o qədər yaxşıyıq ki,qarşımızdakı bizimlə tamam başqa cür olacaq:

O qız da hamıya ona görə yalan danışır ki, onu heç kim başa düşmür-siz isə onu başa düşməyə qadirsiniz, ona görə sizə yalan deməyəcək.

O başqasından sizə gələn qız da sizdən əvvəlkini ona görə atıb ki, o sevməyi bacarmırdı, həssas deyildi, sizin sevginiz daha möhtəşəmdir, siz ondan daha yaxşısınız.

O işçilər də səfeh olublar, ona görə iş yerlərini qoruya bilməyiblər, siz isə peşəkarsınız, mudirin tələblərini ödəyə biləcəksiniz.

O qeybət edənlər də sadəcə sizə o qədər inanır ki ona görə hər sözünü bölüşür. Sizin sirrinizi heç kimə verməz.


Xoşdur deyilmi? Amma səhvdir!

Siz həddindən yaxşı ola bilərsiniz, bu heç nəyi dəyişmir. Çünki iş sizdə deyil. İş heç vaxt sizdə deyil-kədərli olsa da. Sadəcə hər insanın sabit davranış xarakteri var ki, bu hamıya aiddir, əlinin altına kim düşsə. O cümlədən də sizə.

Və bir insanın gələcəkdə sizinlə necə davranacağını bilmək istəyirsinizsə bu davranış xarakterinə baxın.Bu isə çox asandır-keçmiş və bu günlə əlaqəli:

Sən onun dostusan? Yaxşı-əvvəlki dostları ilə münasibəti nə yerdədir-heç olmasa son 5 il?

Sən onun müəllimisən? Yaxşı-əvvəlki müəllimlərinə nə dərəcədə hörmətlə yanaşır?

Sən onun sevgilisisən? Yaxşı-səndən əvvəlki sevgilisindən nəyə görə ayrılıb?Və s.

Həm də yeganə bir hərəkətlə yox, heç olmasa eyni sxem üzrə təkrarlanan iki davranış! Təkrara baxın-iki dəfə olan mütləq və mütləq üçüncü dəfə olacaq.


Məlumat göz qabağındadır və onu tapmaq asandır-əsas da o şəxslər üçün ki bilir nəyi axtaracaq.

Maksimum qayda-insanlar dəyişmir. Heç vaxt.

Keçmişdə olan gələcəkdə də baş verəcək. İnsan davranış ssenarisini həyata keçirəcəyi sferanı dəyişə bilər, ən son halda ssenarini həyata keçirmək formasını dəyişə bilər. Amma nə ssenari, nə də niyyət dəyişmir insanda.

Və sonda-insanlara inam!

İnsana inanasan ki, nə olsun ki o hamı ilə elədir, mənimlə elə olmayacaq-bu heç vaxt işləmir.

İşləməyəcək də.Mənim bildiyim bir inam var-gözlərini açıq saxlamaq, görməyi bacaqmaq...

İndi isə sizin fikirləriniz.Buyurun!


Geri dön

sweet_angel

  • 15 iyul 2011 21:22
  • Məqalə: 13
  • Şərh: 336
  • Bal:
twk..........................

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

mirkamal97

  • 12 iyul 2011 16:51
  • Məqalə: 48
  • Şərh: 408
  • Bal:
{awards}
xebere gore tsk

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

... Deryam ...

  • 12 iyul 2011 15:52
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
İNSANLARI TANIMAQ OLUR AMA ONLARI TANIYANA KİMİ YORULURUQ !!!ALLAH BİZLƏRİ ŞEYTAN CİLDLİ İNSANLARDAN QORUSUN !!!

--------------------

fervent_2010

  • 12 iyul 2011 13:58
  • Məqalə: 0
  • Şərh: 91
  • Bal:
{awards}
birce onu deye bilerem . olduqca maraqli xeberdir. insan oz-ozune coxsual vermelidir

--------------------
AZAD INSAN!

Jasmin45

  • 12 iyul 2011 13:39
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
Nə bilim bəlkə də elədir,insanları tanimaq olmur dogrudan da no

Tşk-lər xəbər üçün..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

CandyGirl

  • 12 iyul 2011 12:57
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
eladi thanks

--------------------

_DreaM_

  • 12 iyul 2011 12:13
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
maraqli xebere gore tesekkurler...

--------------------

Sirli Melek

  • 12 iyul 2011 12:05
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Maksimum qayda-insanlar dəyişmir. Heç vaxt.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 12 iyul 2011 11:53
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Menim ucun heeeeeeeeeee

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

aid_fanatka

  • 12 iyul 2011 11:35
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk...............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

YazYamuru

  • 12 iyul 2011 10:54
  • Məqalə: 4
  • Şərh: 4242
  • Bal:
{awards}
eeehhh düzdür Biz iNsaNlarI taNImaq qeyri mümkündür her an her deqiqe deyi$irik ....hec kim hec kimi anLamIr diNlemir ba$a dü$mür....

--------------------



ZAC EFRON

  • 12 iyul 2011 10:23
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
ilk serh yenede mennnennnnn twkkkkkkkkk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 41
Cəmi: 67

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 149
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 79
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}