Həzrət Musanın (ə) Allah Təalaya sualları

 
Həzrət Musanın (ə) Allah Təalaya sualları

İmam Həsən Əsgəri (ə) buyurur: "Musa ibn İmran Allahdan soruşdu:

-Allahım, mənim Sənin elçin və
peyğəmbərin olmağıma və Səninlə danışmağıma şəhadət verənin əvəzi nədir?

Allah:

-Mələklərim ona sarı gələcək və
onu cənnətlə müjdələyəcək.

Musa:

-Həmişə Sənin önündə dayanıb namaz qılan bəndənin əvəzi nədir?

Allah:

-Onun ruku, qiyam və səcdələrinə görə mələklərim önündə fəxr edərəm. Fəxr etdiyim bir şəxsi isə cəzalandırmaram.

Musa:

-Sənin razılığını qazanmaq məqsədi ilə bir kimsəsizi doyuzduranın əvəzi nədir?

Allah:
-Bütün kainatın fövqündə Carçının belə səslənməsinə göstəriş verərəm: “Filankəsin oğlu filankəs Cəhənnəm atəşindən qurtulanlardandır!”

Musa:

-Qohumluq əlaqələrini qoruyub saxlayanın (siləyi-rəhm edənin) əvəzi nədir?

Allah:

-Ölümünü yubadaram, canvermə anını asanlaşdıraram. Cənnət xəzinədarları onu “Bizə sarı gəl, istədiyin qapıdan cənnətə daxil ol”, deyə səsləyəcəklər.

Musa:
-Camaata pislik etməyən, yalnız xeyir işlər görən şəxsin əvəzi nədir?

Allah:

-Qiyamət günü atəş ona səslənəcək: “Sənin mənə girişin qadağandır”.

Musa:

-Səni qəlbi və dili ilə xatırlayan şəxsin əvəzi nədir?

Allah:

-Ey Musa, Qiyamətdə onu ərşimin kölgəsində saxlayıb öz himayəmə götürərəm.

Musa:

-Gizlin və aşkar, dərin mənalı ayələrini qiraət edən şəxsin əvəzi nədir?

Allah:

-Ey Musa, o, siratdan ildırım surəti ilə keçəcək.

Musa:
-Sənin razılığını əldə etmək qəsdiilə başqalarının azab-əziyyətinə dözən kimsənin əvəzi nədir?

Allah:

-Qiyamətin qorxulu anlarında ona yardımçı olaram.

Musa:

-Sənin qorxundan göz yaşı axıdanın əvəzi nədir?

Allah:
-Üzünü qızmar cəhənnəm atəşindən qoruyaram, onu Fəze`-əkbər (Qiyamətin adlarından biri) günündə amanda saxlayaram.

Musa:

-Səndən utanıb xəyanət etməyənin əvəzi nədir?

Allah:
-O, Qiyamət günü amanda qalacaq.

Musa:
-İtaət əhlinə qayğıkeşlik edənin əvəzi nədir?

Allah:
-Cəhənnəm odunu ona haram edərəm.

Musa:
-Mömin bəndəni bilərəkdən qətlə yetirən şəxsin cəzası nədir?

Allah:

-Qiyamət günü ona şəfqət gözü ilə baxmaz, günahlarını bağışlamaram.

Musa:

-Kafiri İslama dəvət edən şəxsin əvəzi nədir?

Allah:
-Ona istədiyi şəxsə şəfaət etmək (bağışlatmaq) ixtiyarı verərəm.

Musa:

-Namazlarını ilk vaxtda qılan şəxsin əvəzi nədir?

Allah:
-Bütün istəklərini həyata keçirər, Cənnəti ona halal edərəm.

Musa:

-Sənin razılığını əldə etmək məqsədi ilə dəstəmaz alan kimsənin əvəzi nədir?

Allah:

-Onu Qiyamət günü iki gözləri
arasından nur parlayan halda səhnəyə gətirərəm.

Musa:

-Sənin razılığını qazanmaq məqsədi ilə Ramazan ayının orucunu tutan şəxsin əvəzi nədir?

Allah:

-Onu Qiyamətdə əmin-amanlıqda saxlayaram.


Geri dön

MuslimGirl

  • 12 iyul 2011 14:38
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
Çox gözəl mövzu idi. Oxudum, təşəkürlər

YEVANGELINA

  • 12 iyul 2011 13:19
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
cox maraqli ve lazimlidi twk

fervent_2010

  • 12 iyul 2011 13:07
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
bele movzular lap ureyimcedir!

--------------------
AZAD INSAN!

R.M_FaNaTka

  • 12 iyul 2011 12:56
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
cox sagolun menim ucun gozel ve coooooooooooox deyerli xeber idi hevesle oxudum ALLAH komeyiniz olsun insallah!! AMIN!!

--------------------

CandyGirl

  • 12 iyul 2011 12:55
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
eladi thanks

--------------------

KRiPToS

  • 12 iyul 2011 12:27
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
[
b]Allah razi olsun...
Tesekkurler!!!
[/b]

--------------------

YazYamuru

  • 12 iyul 2011 12:18
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeee cox gözel sual ve cavablardir te$ekkürler deyerli mövzuya..

--------------------



MiLeyla

  • 12 iyul 2011 12:01
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
cox gozel yazidi.tewekkurler.ALLAH razi olsun smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

Inciciceyi

  • 12 iyul 2011 11:59
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Elerine sagliq
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

aid_fanatka

  • 12 iyul 2011 11:33
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.........

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

marissa

  • 12 iyul 2011 11:06
  • Məqalə: 0
  • Şərh: 45
  • Bal:
{awards}
tesekkurler cox sagolun xebere gore minettaram der goren elleriniz var olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 40
Cəmi: 62

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}