Səcdələr

 
Səcdələr

Səcdələr

909. Səcdələr

2922. İmam Əli (ə):«Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha yaxınlaşdırmaz.» (Ğurərul-Hikəm, hissə 10888)

2923. İmam Sadiq (ə): «Səcdə, Adəm övladının ibadətinin zirvəsidir.» (əd-Də‘vat,səh. 33, hədis 70)

2924. İmam Sadiq (ə) (Səid ibn Yəsarın «Ruku halında dua edim ya səcdə halında?» sualına cavabından): «Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et.» (Biharul-Ənvar, c.85,səh. 131, hədis 6)

910. Səcdəni uzatmaq

2925. Allahın Peyğəmbəri (s): «Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.» (Biharul-Ənvar, c.85,səh. 164, hədis 12)

2926. İmam Əli (ə): «Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında görmək qədər daha ağır və xoşagəlməz bir mənzərə yoxdur. Belə ki, səcdə etmək ona əmr olunsa da, əmrə itaət etmədi.» (əl-Xisal,səh. 616, hədis 10)

2927. İmam Sadiq (ə): «Bir dəstə insan Allahın Rəsulunun yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Rəbbinin qarşısında Cənnəti bizə zəmanət ver.» Allahın Rəsulu(s) buyurdu: «Bir şərtlə ki, siz də uzun səcdələrlə mənə kömək edəsiniz.» (Əmali-Tusi,səh. 664, hədis 1389)

2928. İmam Sadiq (ə): « Əli ibn Hüseyn (ə) səcdəyə gedəndə, bədənindən tər axanadək başını səcdədən qaldırmazdı.» (Biharul-Ənvar, c.85,səh. 137, hədis 17)

911. Səcdə əlaməti

Qur’an:

«Üzlərində səcdələrin əsər-əlaməti var.» (Fəth, ayə 29)

Hədis:

2929. İmam Əli (ə): «Mən kişi üçün alnının saf görünməyini və onda səcdədən bir əsər-əlamət olmamasını bəyənmirəm.» (Biharul-Ənvar, c.71, səh.344, hədis 4)

2930. İmam Baqir (ə): «Atamın səcdə yerində bir nişanə peyda yaranmışdı. İldə iki dəfə və hər dəfə beş qabar ondan kəsərdi. Buna görə o Həzrətə «Zus-səfənat» yə’ni «qabar sahibi» deyərdilər.» (İləluş-Şəraye, səh.233, hədis 2)

912. İmam Hüseynin (ə) torpağına səcdə etmək


2931. İmam Sadiq (ə): «Hüseynin (ə) torpağına səcdə etmək yeddi hicabı yarar.» (Biharul-Ənvar, c.85səh.153, hədis 14)

Səcdələr


Geri dön

Inciciceyi

  • 13 iyul 2011 09:54
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 12 iyul 2011 20:25
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
25. Allahın Peyğəmbəri (s): «Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.» (Biharul-Ənvar, c.85,səh. 164, hədis 12)


ALLAH komeyin olsun baci

--------------------

aid_fanatka

  • 12 iyul 2011 15:58
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

MuslimGirl

  • 12 iyul 2011 14:56
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
İmam Sadiq (ə): «Səcdə, Adəm övladının ibadətinin zirvəsidir.» (əd-Də‘vat,səh. 33, hədis 70)
ALLAH razı olsun, bacı!

NELLY19

  • 12 iyul 2011 14:49
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkur

CandyGirl

  • 12 iyul 2011 14:45
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 56

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 543
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 90
 
Nergiz__Sirinova
Xəbərləri: 15
Cəmi: 412
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 11
 
AyliN BunyaminovA
Xəbərləri: 4
Cəmi: 390
 
cuppuş))
Xəbərləri: 3
Cəmi: 3
 
Nazrin
Xəbərləri: 3
Cəmi: 11
 
genclik_usaqi
Xəbərləri: 1
Cəmi: 1
 
✰_DeLNoLiNi_✰
Xəbərləri: 1
Cəmi: 156
 
 
{slinks}