"Fələq" surəsi haqqında qısa məlumat

 
"Fələq" surəsi haqqında qısa məlumat

Fələq surəsi

بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِن شَرِّ مَا خَلَقَ (2) وَمِن شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِن شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِن شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (5)

"Fələq" surəsi haqqında qısa məlumat

Bismilləhir rahmənir rahim
Qul ə`uzu birəbbil-fələq(1). Min şərri ma xaləq(2). Və min şərri ğasiqin iza vəqab(3). Və min şərrin-nəffəsəti fil-uqad(4). Və min şərri həsidin izə həsəd(5).

"Fələq" surəsi haqqında qısa məlumat

Rəhman və rəhim Allahı adı ilə
De! Pənah aparıram sübhün Rəbbinə(1). Yaratdıqlarının şərrindən(2). Zülmətə bürünməkdə olan gecənin şərrindən(3). Düyünlərə üfürən qadınların şərrindən(4). Və bir də paxıllığı tutanda paxılın şərrindən(5).

"Fələq" surəsi haqqında qısa məlumat

Məkkədə nazil olub, 5 ayədir.

Nas surəsində olduğu kimi Allaha pənah xüsusiyyəti, qalan insanları isə ümumi surətdə şərlərdən Allaha pənah aparmağın qaydasını öyrədir. Nazil olunmağı haqqında əksərən bu rəvayət nəql olunub ki, yəhudilərin bir hissəsi cadu elədilər və bir quyuya aparıb atdılar, Peyğəmbər (s) xəstələndi. Cəbrayıl (ə) nazil oldu, quyudakı cadunun yerini göstərdi və bu surələri oxumaqla Peyğəmbəri (s) xəstəlikdən qurtardı. Bir çox alimlər bu rəvayəti qəbul etmir. Bir neçə dəlilə görə bu hədis təsdiqlənir.
Fəziləti: Peyğəmbər (s) buyurub: Mənə bu gün 3 surə nazil olub ki, bunların misli də nazil olmayıb.
-Bu hansı surədir?
-“Qul” nan başlanan surələr.
İmam Baqir (ə) buyurur: “ Hər kəs vətr (vitr) namazında fələq və nas surələrini və ixlası oxusa ona deyərlər: Ey bəndə, muştuluq olsun, sənin üçün bu namazın qəbul oldu”.
Tərcüməsi: Fələq -qoparmaq, parçalamaq, bir şeyi başqa şeydən ayırmağa deyilir. Sübh vaxtı gecənin qaranlığı sınır, üfüq yaranır. Ona görə də sübh vaxtına fələq deyilir.
Təfsiri: Bəzi alimlər fələq sözünün mənasını bütün mövcudatlara aid edirlər, çünki hər bir mövcud yarananda başqa mövcuddan ayrılır.
Ənam surəsində (195 ayə) buyurur ki; Allah dənədən parçalayaraq xəlqidən diri, diri dənədən də ölü yaradar.
Bəziləri “fələqi” cəhənnəmdə bir quyu hesab edirlər. Hər halda fələqin mənası bunların hamısına aid edilə bilər.

"Fələq" surəsi haqqında qısa məlumat


Geri dön

Yeva

  • 13 iyul 2011 11:34
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
Allah bizi haqq yoluna ceksin. Allah bize komek olsun.Amin

Inciciceyi

  • 13 iyul 2011 11:08
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Sirli Melek

  • 13 iyul 2011 11:08
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

CandyGirl

  • 13 iyul 2011 11:05
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
allah razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 12
Qonaqlar: 57
Cəmi: 94

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 585
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 112
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 421
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}