Qeyb elmi

 
Qeyb elmi

“Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə aşkar etməz”. (“Cinn”, 26). “Razı olduğu Peyğəmbərdən başqa”. (“Cinn”, 27).
Qeyb elmi
Qeyb elminin sirləri iki yerə bölünür: o sirlər ki, ancaq Allaha aiddir, yəni Ondan başqası bu sirləri bilmir. Qiyamət gününün olacağı vaxt və buna bənzər sirlər kimi. Ancaq ikinci qisim sirlər vardır ki, peyğəmbərlərə və övliyalara öyrədilmişdir. “Nəhcül-Bəlağə”də yazılıb: “Qiyamət gününün zamanı Allaha məxsusdur. Odur ki, yağışı nazil edir. Anaların rəhnində olanları bilir, heç kim bilmir ki, sabah nə olacaqdır və ya hansı torpaqlarda öləcəkdir”.

Qeyb elmi

Sonra İmam Əli (ə) bu mənanı belə şərh edir: “Allah anaların rəhnində olanlardan agahdır, bilir ki, qızdır, yoxsa oğlandır. Gözəldir, yoxsa çirkindir. Səxavətlidir, yoxsa paxıldır. Xoşbəxtdir, yoxsa bədbəxt. Bunlar qeyb elmləridir ki, Allahdan başqası onu bilməz. Ondan başqa elə bir elm vardır ki, Allah Peyğəmbərə (s) təlim vermişdi və o, da məni öyrətmişdi”.

Qeyb elmi

Qeyb elmi də iki lövhədə qeyd edilir. Bu lövhələrdən biri “Lövhi-məhfuzdur” ki, ancaq Allaha məxsusdur. O biri lövhə isə “Lövhi məhv və isbatdır” ki, dəyişə bilir.

Qeyb elmi

Belə ki, İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Allahın elə elmi vardır ki, özündən başqası bilmir və elə elmi də vardır ki, mələkləri və peyğəmbərləri ondan agah etmişdir. Mələklərə, peyğəmbərlərə öyrətdiyi elmi biz də bilirik”.

Qeyb elmi

İmam Əli ibni Hüseyn (ə) haqqında gələn hədisdə deyilir: “Əgər Qurani-Məciddə ayə olmasaydı, mən keçmişdə olanlardan və Qiyamət gününə qədər olan hadisələrdən sizə xəbər verərdim”. Bir nəfər soruşur ki, bu hansı ayədir? Buyurur: “Allah hər nə istəsə məhv edər, hər nə istəsə sabit edər. Və lövhi-məhfuz Onun yanındadır”.

Qeyb elmi

Şübhəsiz ki, Allahın bütün sirlərdən xəbəri vardır. Bütün peyğəmbərlər və övliyalar ola bilsin ki, bu sirlərin hamısını bilməsinlər. Ancaq iradə edərlərsə, Allah onlara təlim verər. Əlbəttə bu iradə də Allahın razılığı ilə olur. Buna “Üsuli-kafi” kitabında rast gəlmək olur: “İmamlar hər zaman istəsələr ki, nəyisə bilsinlər, onlara təlim verilər”. İmam Sadiqdən (ə) gələn hədisdə də deyilir: “O zaman ki, İmam iradə edərsə nəyisə bilsin, Allah ona təlim verər”.

Qeyb elmi

Bu məsələ Peyğəmbər (s) və İmamların (ə) elmləri haqqındakı çətinlikləri həll edir. Belə ki, onlar necə olur ki, qeyb elminə malik ola-ola, ancaq zəhərli suyu və ya başqa bir şeyi içirlər? Çünki bu halda onların iradə etməsinə icazə yox idi.

Qeyb elmi

Bəzən Peyğəmbərin (s) və ya İmamların (ə) hansısa mövzunu bilməməkləri məsləhət olmuşdur. Və ya elə bir imtahana çəkilmişlər ki, onların təkamülünə kömək etmişdir. Necə ki, Həzrət Əli (ə) Peyğəmbərin (s) yatağında yatıb və bilməyib ki, sabaha şəhid olacaq, yoxsa sağ qalacaqdır. Bu zaman onun bu işin nəticəsindən agah olması məsləhət olmamışdır, çünki İlahi imtahan həyata keçmişdir. Əgər İmam (ə) bilsəydi ki, Peyğəmbərin (s) yatağında yatacaq və səhərə salamat çıxacaqdır, o cür də fəxr edilə bilən bir iş olmazdı.

Qeyb elmi

Beləliklə, deyə bilərik ki, qeyb elmini kamil şəkildə bilən ancaq Allahdır. Allah bilir ki, biz insanlar Yer üzündə nə qədər yaşayacağıq, nə vaxt bu imtahan dünyasını tərk edəcəyik. Və ya dünyaya gələn körpələrin taleləri necə olacaqdır. Çünki, O, hər şeyi bilən və agahdır.


Geri dön

CandyGirl

  • 13 iyul 2011 11:43
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
tewekkur yaxsidi

--------------------

Sirli Melek

  • 13 iyul 2011 11:31
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Beləliklə, deyə bilərik ki, qeyb elmini kamil şəkildə bilən ancaq Allahdır. Allah bilir ki, biz insanlar Yer üzündə nə qədər yaşayacağıq, nə vaxt bu imtahan dünyasını tərk edəcəyik. Və ya dünyaya gələn körpələrin taleləri necə olacaqdır. Çünki, O, hər şeyi bilən və agahdır.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ZAC EFRON

  • 13 iyul 2011 11:29
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ilk srh menden twk.....

Inciciceyi

  • 13 iyul 2011 11:29
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Cooooooox deyerli sozlerdi allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 19
Cəmi: 37

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}