Allahın məhəbbətini necə qazanaq?

 
Allahın məhəbbətini necə qazanaq?


Əzizlərim ilk öncə sizə bir söz deyim. Hər birimiz sayta dini xəbər verə bilərik. Çünki dini təbliğ eləmək özü həm suvabdı həmdə öz dinimizi yayırıq. Mənim sayta belə dini xəbər verməyimin səbəbi İslam dinini kamil şəkildə təbliğ eləməyimdi. Bəzən elə hallara rast gəlirəm ki,kiməsə dini bir məqalə, ya dini nəsə verəndə, qarşı tərəf heç onu oxumadan çox sağol deyir.Çünki bunları şahidi olmuşam tək-tük adamlar elə deyir. Dəfələrlə dostlarımın içində olanda dini mövzular danışanda fikir vermişəm ama üzünə vurmamışam görmüşəm burdan məsələn mən deyənə qulaq asır ama sonra başqa şey edir. Bir nəfər var mənə həmişə deyir ki dini mövzulara üstünlük ver ama çox özünü həlak eləmə,çünki İman gətirənlər azdı. Mənim üçün də heç bir fərqi yoxdu mən dinimi təbliğ edirəm. Oxuyanında canı sağ olsun oxumayanında. Necə Peyğəmbərimiz (s.ə.s) deyir di ki,elə bizə də yalan danışmaq olmaz bir neçə məsləhət verirdi. Peyğəmbər bilirdi ki (s.ə.s) düz danışan olub sadəcə olaraq dini kamil şəkildə təbliğ edirdi. Oxuyanda görür və imana gəlir. Allah hamımıza kömək eləsin və daim bizimlə olsun. Amin!


Sevdiyiniz məskənlər evləriniz sizin üçün Allah və Peyğəmbərindən daha sevimlidisə, onda gözləyin Allahın əzabını. Dünyada insan yaşayırsa,nəfəs alınırsa bilsin ki, müxtəlif hadisələrlə imtahan olunur. Və bu imtahandan üzü ağ çıxmaq üçün qəlbinin Allah məhəbbəti ilə dolu olması lazımdı. Qəlb Allaha məxsusdu bax gör o evə nəyi yerləşdirmisən. Qəlb müqəddəs yerdi o Allah üçün yaradılıb ki, orda Allah yerləşdirilsin. Sən gör nələri salmısan qəlbə. O şeylər ki, gəlib qəsd ediblər ürəyindən Allahı çıxarıblar. Qəlbin təmizlənsə Allahın məhəbbəti daxil olar. Heç zaman çirkli qəlbə,rəzalətlərlə,çirkinliklərlə dolu olan qəlbə Allah məhəbbəti daxil ola bilməz. Özünü təmizləyən nicat tapacaq. Nicat tapacaq o kəski qəlbini təmizdəyib Allahın sevgisini ora daxil edəcək. Allaha bəndə olarsan, ürəyində Allah məhəbbəti olar.Allah deyir bəndələrin içində səni əzəmətlə yad edərəm. Fərq etməz ya qadın ol,ya kişi. O elə bir ləzzətdi ki, Allahın hüzurunda dayanıb iki rükət diqqətlə namaz qılmaq , gecənin vaxtında dünya əhlinin heç bir ləzəti o ləzzətə çatmaz. Dünyada kef çəkənlər ləzzət aparanlar o ləzzətin nə olduğunu anlamazlar.İnsan Allahı sevdikcə,Allaha bağlandıqca Allahda onu sevir.Mən Quranda qeyd elemişəm sizlər üçün hansı insanları Allah sevir.


Nə eləməliyik ki, Allah bizi sevsin?


Allah yaxşılıq edənləri sevir.Kim ki, Allahdan çəkinib günah eləmir Allah onları sevir.Allah səbir edənləri sevir.Allah tövbə edənləri və özünü təmizləyənləri sevir. Peyğəmbər buyurur ki, Allah yanında tövbə edən mömün kişi və qadınan daha sevimlisi yoxdu.Allahın ən xoşladığı səs peşman olan günahından ötəri tövbə edən möminin istixvar səsidi. O ki peşman olub günahını gətirib deyir Allah bağışla qəlbdən peşman olub bunu deyir gözündən yaş çıxır, Allahın hüzurunda ağlayır, Allahın xoşu gəldiyi səs bu səsdi. Allah ən çox bunu sevir.Peyğəmbərə deyir ki, denən Allahı sevirlərsə insanlar onda sənə itaət eləsinlər ki, Allah da onları sevsin.Allahı sevən Allahın və Peyğəmbərin buyurduğuna əməl edir. Quru-quru qurbanın olum yoxdu burda. Gündə yüz dəfə deyəsən Allaha canım qurban bunun xeyri yoxdu. Məhəbbət onda hasil olur ki, Peyğəmbərə itaət edəsən. Peyğəmbər dedi ki mən ümmətimdə bir kişi var, qiyamət günündə qoyunların tükü qədər şəfaət olunacaq ona. Özü cənnətə gedəcək özü ilə bu qədər camaat aparacaq. Soruşdular ki, o kimdi, dedi Allah bəndələrindən biri. Dedilər ki, Ya Rəsul Allah bizdə Allah bəndələrindən biriyik o adamıın adı nədi kimdi o ? Peyğəmbər buyurdu ki, uveys. Uveysdi onun adı. Dedilər Uveys hardadı biz onu heç tanımırıq, görməmişik. Peyğəmbər buyurdu ki, Qərən adlı məntəqədə yaşayır. Dedilər Ya Rəsul Allah indiyə qədər səni görüb o, səni ziyarət edib? Dedi yox. Zahiri gözlə görməyib. Dedilər nə qəribə aşiqin var hələ səni görməyib səni bu qədər sevib ama görüşünə belə gəlməyib. Peyğəmbər cavab verdi: - onun bir neçə səbəbi var biri də mənim şəryətimə təzim.Onun bir xəstə anası var gözləri görmür.O, səhərlər pul qazanır axşamlar gəlib ona xidmət eləyir. Onun vaxtı yoxdu .Onun məhəbbəti ağlına tabedi. Məhəbbəti ağlını üstələməyib. Vacib deyil ki, o məni görsün o uzaqdadı mən onun ətrini hiss edirəm. Peyğəmbər hər adama deməyib mənim məşuqum, mən sevirəm o adamı. Onu çox nadir adamlara deyir rahat məsələ deyil.Yanında oturan ki,onu yüz dəfə görürdü heç görürsən iman gətirməmişdilər.Elə həmin yanında oturan idi Peyğəmbərdən sonra nələr elədilər. Peyğəmbərin cənazəsi torpağa tapşırılmayandan qadaq hələ Peyğəmbərin cənazəsi ortada idi,bunlar başladılar oyun-baza.Məhəbbət öpüşüb görüşmək əl-ələ vermək onunda təsiri var . Amma önəmlisi budu ki, Peyğəmbəri görməyə-görməyə ona İman gətirib. Bir var Peyğəmbərin yanında oturub tanıyasan,bir də var onu kitabda tanıyasan. Bu günün mömünü mömün olarsa, Peyğəmbər deyir onlar mənim qardaşlarımdı. Peyğəmbərin buyurduğuna əsasən Allaha məhəbbətin bir əsasıda var. Allah buyurur ki, onun ən sevimli bəndəsi onun bəndələrinə fayda verəndi və onların yolunda çalışandı. Ən böyük şey bunu yadda saxlayın mənim qardaşlarım Peyğəmbərin dili ilə deyirəm . Ən böyük Allaha yetişməyin yollarından biri insanlara xidmət eləməkdi. İnsan çalışsın ki, camaata mümkün qədər fayda versin. Min rükətlərlə gecə Namazından üstündü bu. Allaha görə adətən camaat yaxşılıq başa düşmür. Ürəyinin qanını da birinə verəsən, o başa düşmür. Hamı yox adətən əksəriyyət belədi. Elə bilirsən borclusan ona. Dəyərləndirmir yaxşılığı. Amma Allahı sevən insan fərqi yoxdu onun yaxşılığı ona sağol deyirlər o Allaha görə xidmət edir. Onu ruhlandıran Allahın yanında olan savabıdı. Çox sağol demək vacibdi. Bəndənin şükürünü yerinə yetirmək Allahın şükrünü yerinə yetirməkdi. Birinə yaxşılıq edibsənsə sənə təşəkkür eləməyibsə deməli Allaha şükür eləməyib.Ama o eləmirsə,sən ruhdan düşməməlisən. Peyğəmbər özünü az qaldı həlak eliyə. O qədər camaatın dərdini ürəyinə salıb çəkib,az qaldı ki ürəyi dözməyə o qədər məhəbbəti vardı insanlara. Camaatın problemlərini otururdu fikirləşirdi az qala ağlamaq həddinə çatırdı. Yəni qəmləri ürəyinə salırdı. Öz dərdini yox camaatın dərdini. Həm dünyaların həmdə axirətlərin dərdini. Peyğəmbər vəfat eləyəndə ümmət deyə-deyə getdi. O qədər qəm çəkdiki Allah ayə göndərdi ki Ya Rəsul Allah nə xəbərdi? Peyğəmbər biz Quranı sənə ona görə nazil eləmədik ki sən özüvü əziyyətə salasan. Biz göndərdik ki,sən qorxanları yad edəsən xatırladasan. Çoxda özünü həlak eləmə bunlardan ötrü özünü. Ona ürək-dirək verir. Elə İmamlarda elə idi . Kim Allahı sevsə Allahda ibadətini ona sevdirər. Namazı çox istəyər, orucu çox istəyər,ibadəti çox istəyər. Gecə yuxusu gəlməz. Alah necə Musa Peyğəmbərə dedi ki,Yalan deyir o kəski Allah məni çox istəyir amma gecə taxta kimi yatır. Harda görmüsən eşq adamı buraxsın rahat yatsın. Yeni - yetmə cavanlar görürsən qızın məhəbbəti ürəyinə düşəndə yuxusunu əlindən alır. Həqiqət budu.Allah buyurdu ki,hardan aşik oldu ki mən Allahı çox istəyirəm ayağını uzadıb yatır və səhər ayılır sübh Namazına hələ ayılsa. O adam ki məni sevmək iddiasındadı o elə yata bilməz. İbadəti çox istəyər. Allaha hörmət qoyduğuna görə Allahda onu çox istəyər. Bu adamların bir əlaməti budur ki, Allah dualarını qəbul edər.Bunlar Allaha əllərini göyə qaldıranda Allahda dualarını qəbul edər.Peyğəmbər dedi ki bir adam ki məni və mənim ailəmi çox istəmirsə o Allaha iman gətirməyib. Birdə məni sevən mənim Əhli-Beytimi sevənlərdi. Bir nəfər yemək yeyir .Yemək yeyən vaxtı birdən fikrinə gəldiki görəsən qiyamət vaxtı mən (s.ə.s) bir yerdə olacam ya yox. Yemək boğzından keçmədi və yeməyini yarımçıq qoyub gedib (s.ə.s) yanına. Gəldi qapıdan içəri girdi (s.ə.s) dedi sən niyə gəlmisən bu isti vaxta bura ?Dedi gəldim soruşam görüm qiyamətdə də sənlə olacam ya yox? Səndən ayrı düşərəm birdən? Dedi dünyada mənimləsən? Məni istəyirsən,sevirsən? Dedi bəli. Dedi burda mənimləsənsə,ordada bir yerdəyik ayrılmayacayıq.Bir nəfər Peyğəmbərdən qiyamət barəsində soruşdu . Peyğəmbər dedi o gün üçün nə hazırlamısan? Cavab verdiki Allah və Peyğəmbərin sevgisindən daha yaxşı bir şey yoxdu. Buyurdu ki sən o kəslə olacaqsan qiyamətdə onu sevirsən. Bax gör kimi sevirsən. Elə adamları sev ki, onunla məşhur olacaqsan. Ona görə deyirlər imam seçəndə layiqli adam seçin. Bu mənim imamdısa,bunun məhəbbəti ürəyimdə varsa qiyamətdə bununla gedəcəm. İnsan ki, birinə bağlanacaq sevəcək o qiyamətdədə onun ilə məşhur olacaq.


Allahın məhəbbətini necə qazanaq?


Geri dön

_favorit_arkadas

  • 27 yanvar 2012 14:29
  • Məqalə: 556
  • Şərh: 8076
  • Bal:
Tewekkurler,deyerli xebere gore....

--------------------

_TUNAR_MAMEDOV_

  • 2 sentyabr 2011 19:50
  • Məqalə: 673
  • Şərh: 4779
  • Bal:
{awards}
cox sag olun ALLAH razi olsun

--------------------

music_angel

  • 1 sentyabr 2011 12:19
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

Ay Üzlü

  • 12 avqust 2011 18:04
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
TEWEKKURLER

CandyGirl

  • 2 iyul 2011 13:55
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
tewekkurler maraqlidi

--------------------

Inciciceyi

  • 23 iyun 2011 10:00
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

tunar_mamedov

  • 19 may 2011 18:09
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
cooox sag ol,,,ALLAH RAZI OLSUN

_RONALDO_

  • 5 may 2011 19:44
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
ALLAH hamımıza kömək olsun !

--------------------

nilayka

  • 1 may 2011 21:20
  • Məqalə: 206
  • Şərh: 7681
  • Bal:
{awards}
tewekkiur edirem ALLAH razi olsun

--------------------

Lexikon

  • 7 mart 2011 00:48
  • Məqalə: 1118
  • Şərh: 4153
  • Bal:
{awards}
twk xeber ucun

_RONALDO_

  • 5 mart 2011 15:43
  • Məqalə: 303
  • Şərh: 10724
  • Bal:
{awards}
tewekkur edirem

--------------------

gul_93

  • 23 fevral 2011 16:57
  • Məqalə: 56
  • Şərh: 1867
  • Bal:
{awards}
tewewkkurler..........

Grace_Angel

  • 18 oktyabr 2010 20:49
  • Məqalə: 654
  • Şərh: 2273
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN..!!! Xebere gore tewekkurler....

--------------------

Azeri_Gozeli

  • 9 oktyabr 2010 23:07
  • Məqalə: 91
  • Şərh: 2383
  • Bal:
{awards}
Allah razi olsun cox sag ol

☪SkAzKa KaVkAzA☪,

Amin

--------------------

Ulya

  • 20 fevral 2010 19:01
  • Məqalə: 1911
  • Şərh: 13773
  • Bal:
{awards}
allah hamidan razi olsun.xebere gore twk.

☪SkAzKa KaVkAzA☪

  • 9 fevral 2010 02:01
  • Məqalə: 85
  • Şərh: 927
  • Bal:
{awards}
Deyerli werhlere teshekkurler

50cent

  • 15 yanvar 2010 21:11
  • Məqalə: 11
  • Şərh: 69
  • Bal:
{awards}
hamsını oxudum çox sağ ol

--------------------
En büyük FENER başka büyük yok!

☪SkAzKa KaVkAzA☪

  • 13 yanvar 2010 18:21
  • Məqalə: 85
  • Şərh: 927
  • Bal:
{awards}
Sitat: Tatli
AMIN INWALLAH..cox sag ol,angel.super xebere gore

beyendiynize sevindim deymez

Little_Devil

  • 12 yanvar 2010 18:10
  • Məqalə: 8
  • Şərh: 443
  • Bal:
{awards}
Tewekkur...

--------------------
Insanlar qizilgullerin arxasinca qacaken, ayaqlarinin altindaki nergizlere fikir vermezler

DoMIaN

  • 12 yanvar 2010 14:39
  • Məqalə: 90
  • Şərh: 261
  • Bal:
{awards}
Amin ! Tesekkurler... Ellerin Derd Gormesin

--------------------
MeN SeNiN ArZuLaDiGin BiRi OLa BiLMeDiM, aMa MeN SeNiN HeC VaXt ElDe Ede BiLMeYeCeYiN BiRi OlMaGi BaCaRaCaM !!



AdiNi BiR SiGaRaNiN UzErINe YaZDiM , SiGaRa BiTiNCe SeNi UnUTuCaKDiM aMa NeRDeN BiLeYDiMKi , SeNi HeR NeFeSiMDe IcIme CeKiYoRMuSuM !

Miss_LeGenDa

  • 12 yanvar 2010 04:31
  • Məqalə: 12
  • Şərh: 747
  • Bal:
{awards}
Sitat: AnGeL
ALLAH hamımıza kömək olsun !
AMİN!!!

Amin,inshallah...

--------------------

Mr_Unlimited

  • 11 yanvar 2010 23:37
  • Məqalə: 427
  • Şərh: 2840
  • Bal:
{awards}
Tewekkurler Angeln. niyyetin cox gozeldi. oxumaga halim yoxdu yorgunam sora oxuyacam soz.

Rufik

  • 11 yanvar 2010 23:06
  • Məqalə: 275
  • Şərh: 659
  • Bal:
{awards}
AMiN !!!

--------------------
<i>Когда девушка начинает беседу словами «Ты правда очень хороший парень…», — можешь собирать вещи.</i>


☪SkAzKa KaVkAzA☪

  • 11 yanvar 2010 19:10
  • Məqalə: 85
  • Şərh: 927
  • Bal:
{awards}
ALLAH hamımıza kömək olsun !
AMİN!!!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 46
Cəmi: 75

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}