Əkizlər bürcü

 
Əkizlər bürcü

Ünsiyyətcil insanlar olduğundan onlarla münasibət qurmaq bir o qədər çətin deyil. Diqqətlə sizə qulaq asacaqlar. Maraqlı qeybəti, dedi-qodunu çox sevirlər. Özləri də bununla məşğul olurlar.
Əkizlərin diqqətini çəkmək üçün yüksək fantaziyaya malik olmalısız. Onları ilk görüşdə teatra, rəsm sərgisinə, konsertə dəvət etsəniz, ürəklərincə olar.

Əkizlər yeməyə, təmizliyə, bahalı alış-verişə tələbkardırlar.
Onların ürəyinə yol mədədən yox, başdan, ağıldan keçir. Yaddan çıxarmayın ki, ömür boyu Əkizlərlə xoşbəxt yaşamaq üçün intellektual baxımdan maraqlı olmaq lazımdır. Əkizlərlə münasibət qurulmazdan əvvəl söhbət üçün təzə ən maraqlı xəbərləri, elmi və ya siyasi-sosial, məişət xarakterli məlumatları bilmək lazımdır.

Pul qazana bilirlər. İşləri ilə məşğul olduqları zaman çalışın onlara mane olmayasız. Yeniliyi, təzə əşyaları sevdiklərindən, Əkizlər mağazalara getməyi, alış-veriş etməyi xoşlayırlar.
Qonaqpərvərdirlər. Əkizlər yaşayan evə qonaq gələn şəxslər heç vaxt narazı getmirlər. Özləri də qonaq getməyi sevirlər.

"Əkizlər«in ən böyük qüsuru ikili fikrə malik olmalarıdır. Belə ki, onlar lazımi məqamda qərar çıxarmaqda çətinlik çəkirlər. Bəzən hətta son ana qədər baş verən məsələyə münasibət bildirməkdən də çəkinirlər. Əlbəttə ki, bundan əvvəl haqqında yazdığımız Buğa bürcünün sakinləri də öz fikirlərini son məqamda deyirlər. Lakin birincilərdə bu addım təmkinlə, uzaqgörənlikdən irəli gəlirsə, ikincilərdə səriştəsizlikdən və qətiyyətsizlikdən doğur. Yəqin elə bu səbəbdən də bəzi münəccimlər belələrinin etibarlı dost olmadığını israr edir.

Bu şəxslərə xas olan uzaqgörənlik və ehtiyatlılıq heç də özünü həmişə doğrultmur. Bunlar bir-birilə mübarizə apara, hər iki tərəfə kömək edə və ya aranı qızışdıra bilərlər. Onlar məhz bu cür xarakterə qadirdirlər. Onlar hətta „yayda qar da tapa bilərlər“. Hər işi bacarmalarına baxmayaraq, „Əkizlər“in intim əlaqədəki cəhdləri uğursuzluqla nəticələnir.


Əkizlər — Qoç. Hər ikisi nikbin, optimistdirlər. Yüksək təşəbbüskarlığa malikdiliər. Qoç idarəedici rolunu oynamağı sevir. Ailə uğurlu sayıla bilər. Bir-birinə hörməti ildən-ilə artacaq. Dostluq münasibətləri də yaxşıdır.

Əkizlər — Buğa. Buğa bürcü qısqanc, dözümsüz, bəzən aqressiv olduğundan, Əkizlərlə yola getməsi çətinləşir. Əkizlər də sərbəstliyi, öz düşündüklərini etməyi sevdiyindən söz-söhbətsiz keçinmirlər. Bu bürclülər real həyatda bir-birinə uyğun gəlmirlər. Uğursuz və qısamüddətli münasibətlər yaranır.

Əkizlər — Əkizlər. Eyni bürcün sahibləri olduqları üçün bir çox maraqları eynidir. Hər ikisi impulsiv, dalaşqandırlar. Daimilik heç birində yoxdur. Tez darıxırlar. Bir-birlərini çox sevsələr də, ailədə hərdən bəzi problemlər yaşana bilər. Xoşbəxt ailə yalnız bir-birinə uyğunlaşma ilə yaranır.

Əkizlər — Xərçəng. Xərçəng bürcü çox emosional, hisslərə qapanan olduğundan bəzən Əkizlərə düşündüklərini söyləməkdə, fikir mübadiləsi yaratmaqda çətinlik çəkir. Əkizlər sevgilərində daimi deyillər, bu da münasibətlərin korlanmasına gətirib çıxaracaq. Ailə uğursuz sayılır.

Əkizlər — Şir. Bu münasibətdə Əkizlər lider olmağa can atır. Şir hər yerdə başçı olduğundan qurulacaq ailədə, yoldaşlıq ünsiyyətlərində də lider odur. Əkizlər güzəştə getdiyindən ailənin uzun müddətli olması mümkündür. Dostluq münasibətlərində də hər şeyin əla olması gözlənilir.

Əkizlər — Qız. Bir-birini sevməyən şəxslərdir. Əkizlər hava, Qızlar torpaq ünsürü olduğundan uyğunsuzluq buradan əmələ gəlir, perspektivdə ancaq tozanaq qoparacaq. Qızlar çox vaxt Əkizləri tənqid edir. Əkizlər bu münasibətə çox dözə bilmir. Qısa müddətli, parlaq münasibətlər tez bir zamanda pozulur.

Əkizlər — Tərəzi. Hər ikisi xoşniyyət, optimistdir. Heç biri qısqanc deyillər. Bir-birini bir sözdən və ya bir baxışdan başa düşürlər. Bu münasibətlər əladır. Ailə çox uğurlu ola bilər.

Əkizlər — Əqrəb. Bir-birinin xoşuna gəlsələr də, bu hələ hər şeyin əla olması demək deyil. Əqrəb çox qısqancdır, Əkizlər isə sabitqədəm deyillər. Bu xüsusiyyətlər də bir çox problemlərin yaranmasına gətirib çıxarır. Ailə çox nadir hallarda uğurlu olur.

Əkizlər — Oxatan. Bir çox xüsusiyyətləri oxşardır. Buna baxmayaraq, ailədə bəzən uğursuzluqlarla üzləşirlər. Ən çox maddi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq müəyyən söz-söhbətlər yaranır. Dözüm, səbr olmasa, münasibətlərin davamiyyəti, uyğunluğu bir qədər çətindir.

Əkizlər — Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir.

Əkizlər — Dolça. Bunlar arasında nəinki dostluq, işgüzarlıq, həm də uzun müddətli ailə münasibətləri mümkündür. Bəzən adama elə gəlir ki, bunlar sanki bir-biri üçün yaranmışlar.

Əkizlər — Balıqlar. Ailə münasibətləri çox vaxt uğursuz sayılır. Əsasən bu uğursuzluq ünsürlə əlaqədardır: Əkizlər hava, Balıqlar isə su ünsürlüdür. Bu münasibətdən ən çox Balıqlar əziyyət çəkəcəklər. Balıqların emosionallığı Əkizləri özündən çıxaracaq.


Geri dön

sweet_angel

  • 15 iyul 2011 21:00
  • Məqalə: 13
  • Şərh: 347
  • Bal:
twk............................................

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

Inciciceyi

  • 14 iyul 2011 09:21
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 13 iyul 2011 19:38
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
men ekizler burcu deyilem tereziyem amma yaxinlarimdan ekizler cburcu olan var tesekkurler

--------------------

aid_fanatka

  • 13 iyul 2011 18:44
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Cant_Breathe

  • 13 iyul 2011 14:07
  • Məqalə: 64
  • Şərh: 1394
  • Bal:
{awards}
Menim burcum.. Oxudum hamisini. Teshekkurler..

--------------------
Bir xoşbəxtlik qapısı bağlandığında digəri açılır.. Ancaq biz bağlanan qapıya o qədər uzun baxırıq ki,bizim üçün açılmış olan yeni qapını görmürük..

Sirli Melek

  • 13 iyul 2011 12:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Əkizlər — Oğlaq. Hər ikisinin münasibəti yalnız dostluq və işgüzarlıq zəminində alına bilər. Uzun müddətli və xoşbəxt ailə haqqında danışmaq bir qədər çətindir.

OĞLAQ BÜRCÜ ÜÇÜN DƏ YAZSAZ ƏLA OLARDI)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

lema

  • 13 iyul 2011 11:59
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
menim burcum idi.hamisini oxudum.minnetdaram...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

hazal kaya

  • 13 iyul 2011 11:58
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler ve xaiw edirem egreb burcude duzeldesiniz

ZAC EFRON

  • 13 iyul 2011 11:57
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
sir burcu de qoyunda zehmet olmasa

CandyGirl

  • 13 iyul 2011 11:55
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
baliq burcunu de qoyunda please

--------------------

Ulya

  • 13 iyul 2011 11:53
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Menim burcumdu.Hamisini oxudum.twk

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 51
Cəmi: 72

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}