Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür

 
Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür

“Ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir”

2011-ci ilin altı ayı ərzində İKT və telekommunikasiya sektorunda əldə olunan gəlirlərin həcmi ötən ilin uyğun dövrünə nisbətən 15 faiz artıb. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib. Onun sözlərinə görə, bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə çoxdur. Nazir məlumat verib ki, Azərbaycanda MDB ölkələri sırasında ilk dəfə sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, yəni rəqəmləşdirilib: “Bu nəticə indi inkişaf etmiş və az sayda inkişaf etməkdə olan ölkələrdə vardır. Bu isə o deməkdir ki, indi Azərbaycanın istənilən yaşayış məntəqəsində yüksək sürətli genişzolaqlı internetə çıxış imkanı var. Mobil telefon şəbəkəsində əsas fəaliyyyət yeni xidmətlərin göstərilməsi və abonent şəbəkəsinin genişləndirilməsi istiqamətində aparılıb. İndi Azərbaycanda hər 100 nəfərə təxminən 105 mobil telefon düşür ki, bu da uyğun ümumdünya orta göstəricisindən təxminən 30 faiz yüksəkdir və inkişaf etmiş ölkələr səviyyəsindədir. Son altı ayda mobil telefon xidmətlərinin qiyməti 30 faiz, rouminq xidmətlərinin qiyməti isə istiqamətlər üzrə 20-50 faiz azalmışdır. İndi ölkəmizdə mobil telefon xidmətlərinin qiymətləri təxminən Şərqi Avropa səviyyəsindədir”.

Əli Abbasov deyib ki, Azərbaycanda internet xidmətləri sürətlə yayılmaqdadır və bu sürətli temp hətta internet istifadəçilərinin sayını dəqiq təyin etməkdə çətinliklər yaradır: “Ümumdünya İqtisadi Forumu Azərbaycanda internet istifadəçilərinin sayını 2013-cü ilin sonuna 50 faiz ətrafında qiymətləndirib. Hesabat dövründə nazirliyin qiymətləndirməsinə görə bu rəqəm daha da artıb və təkcə genişzolaqlı sürətli internet istifadəçilərinin sayı təxminən 30 faizə yaxınlaşıb. Bu isə ümumdünya orta göstəricisindən təxminən 2,5 dəfə yüksəkdir”.


Geri dön

R.M_FaNaTka

  • 13 iyul 2011 19:40
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

Narka)

  • 13 iyul 2011 13:52
  • Məqalə: 0
  • Şərh: 81
  • Bal:
{awards}
thank

ZAC EFRON

  • 13 iyul 2011 12:30
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
tewekurler..........

Sirli Melek

  • 13 iyul 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
MAŞALLAH )

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

lema

  • 13 iyul 2011 12:00
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
tesekkurler

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Aytac S-ova

  • 13 iyul 2011 11:59
  • Məqalə: 51
  • Şərh: 1420
  • Bal:
{awards}
tewekurler

Yeva

  • 13 iyul 2011 11:52
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Gormemisler

Mr.Perfect

  • 13 iyul 2011 11:48
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
{awards}
gormemis kimi herede 3-4 telefon olanda bele olacaq da

--------------------

Jasmin45

  • 13 iyul 2011 11:48
  • Məqalə: 43
  • Şərh: 1083
  • Bal:
{awards}
Tşk-lər..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Inciciceyi

  • 13 iyul 2011 11:44
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Maraqli xeberdi twkler baciw

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

CandyGirl

  • 13 iyul 2011 11:43
  • Məqalə: 164
  • Şərh: 5874
  • Bal:
{awards}
maraqlidi belay

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 74
Cəmi: 103

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 43
Cəmi: 146
 
The Shield
Xəbərləri: 41
Cəmi: 302
 
Darling
Xəbərləri: 39
Cəmi: 924
 
aytc.sza
Xəbərləri: 28
Cəmi: 76
 
Nergiz__Sirinova
Xəbərləri: 21
Cəmi: 580
 
Jesicca
Xəbərləri: 16
Cəmi: 58
 
❤Queen❤
Xəbərləri: 15
Cəmi: 74
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
♔Hе важно∞
Xəbərləri: 12
Cəmi: 302
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}