Prezident: “Metroda gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır”

 
Prezident: “Metroda gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır”


“Biz isə buna heç vaxt getməyəcəyik, çalışmalıyıq ki, nə qədər mümkündür, tarifləri bu səviyyədə saxlayaq”

“Son üç il ərzində Bakıda 3 yeni stansiya istifadəyə verilib. 2015-ci ilə qədər əlavə 6 stansiya istifadəyə veriləcək. Bu, çox müsbət göstəricidir”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib. Onun sözlərinə görə, metro lik növbədə ən ucuz, ən rahat nəqliyyat növüdür: “Biz bunu insanların rahatlığı üçün edirik və dünyada ən aşağı metro tarifləri Azərbaycandadır - 15 qəpikdir. Nə MDB məkanında, nə də dünyanın digər ölkələrində buna bənzər tariflər yoxdur. Metro sırf sosial layihədir və onun öz xərclərini ödəməsi üçün gediş tarifi bəlkə də indikindən 5-6 dəfə yüksək olmalıdır. Biz isə buna heç vaxt getməyəcəyik, çalışmalıyıq ki, nə qədər mümkündür, tarifləri bu səviyyədə saxlayaq. Ancaq onu da demək istəyirəm ki, nə qədər çox stansiya tikilirsə, bir o qədər də xərclər artır. Bizim 22, ondan da az stansiyamız var idi, xərclər də təxminən bir səviyyədə idi. İndi dörd ildə stansiyaların sayı 30-a çatacaq və əlbəttə ki, istismar xərcləri də artacaq. Buna əlbəttə ki, baxacağıq. Ancaq yenə də deyirəm, Azərbaycanda metro tikintisi gedir, tariflər sabitdir və son üç ildə 3 stansiyanın istismara buraxılması artıq onu göstərir ki, bizim kifayət qədər imkanımız vardır. Tunel tikintisi üçün alınmış yeni avadanlıq dünya səviyyəsindədir, dünyada bir nömrəlidir və bizə imkan verəcək ki, bu işləri daha da sürətlə aparaq”.

Prezident bildirib ki, bu ilin altı ayında əhalinin pul gəlirləri 17 faiz artıb, inflyasiya isə 8,8 faizdir. Onun fikrində, real artım yenə də çox böyükdür. Dövlət başçısı deyib ki, büdcəyə edilən dəyişiklik, dürüstləşmə büdcə xərclərini artırır və bu xərclər həm infrastruktur layihələrinə, eyni zamanda sosial məsələlərin həllinə yönəldilir: “900 minə qədər pensiyaçının pensiyası təxminən 40 faiz artacaq. Yəni bu, istər-istəməz inflyasiyaya təkan verə biləcək və mütləq verəcək bir amildir. Vətəndaşların bir neçə kateqoriyasının əməkhaqları qaldırılıbdır. Bu da inflyasiyaya təkan verəcək. Böyük infrastruktur layihələrinin həyata keçirilməsi və bu məqsədlər üçün əlavə vəsaitin cəlb edilməsi istər-istəməz inflyasiyaya gətirib çıxaracaq. Xüsusilə nəzərə alsaq ki, əvvəlki dövrdə bəlkə də, daha çox infrastruktur layihələrinə lazım olan ləvazimat, avadanlıq, materiallar xaricdən gətirilirdisə, indi lazım olan inşaat materialları və digər ləvazimat, avadanlıq yerli sənayenin sürətli inkişafı hesabına Azərbaycanda istehsal olunur. Bu, çox müsbət haldır. Amma eyni zamanda, bu da inflyasiya yaradan amilə çevrilir. Ona görə bütün diqqəti buna yönəltməliyik ki, inflyasiya birrəqəmli səviyyədə qalsın. Belə olarsa, heç bir çətinlik olmayacaq. Nəzərə alsaq ki, iqtisadi inkişaf, xüsusilə qeyri-neft sektorundakı iqtisadi inkişaf kifayət qədər böyükdür”.



Geri dön

sweet_angel

  • 15 iyul 2011 20:56
  • Məqalə: 13
  • Şərh: 347
  • Bal:
twk........................

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

Inciciceyi

  • 14 iyul 2011 09:10
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Xebere gore twkler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 13 iyul 2011 19:27
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
emek haqqinin yairisida metrodaki gedish gelish haqqina sef ediler. belece men olmasa da kimlerse qazanar )))

--------------------

aid_fanatka

  • 13 iyul 2011 18:34
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

liderka

  • 13 iyul 2011 17:30
  • Məqalə: 1
  • Şərh: 598
  • Bal:
{awards}
Sitat: DORI22
DÜNYAYA SƏRVƏTLƏRİNİ SATIRLAR YENƏ DƏ AĞLAYIR EE DÖVLƏTBUNLARDAN ARTIQ ŞƏRAİTLƏR QURULMALIDIR BU XALQ ÜÇÜN ...

tamamileee razilasaq seninle(bu movzuda)

--------------------
HaYaLiM....

fervent_2010

  • 13 iyul 2011 16:31
  • Məqalə: 0
  • Şərh: 94
  • Bal:
{awards}
emek haqqinin yairisida metrodaki gedish gelish haqqina sef ediler. belece men olmasa da kimlerse qazanar )))

--------------------
AZAD INSAN!

tural_20

  • 13 iyul 2011 15:51
  • Məqalə: 1
  • Şərh: 41
  • Bal:
{awards}
twk................

heyasiz204

  • 13 iyul 2011 14:45
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

... Deryam ...

  • 13 iyul 2011 13:46
  • Məqalə: 273
  • Şərh: 4680
  • Bal:
{awards}
DÜNYAYA SƏRVƏTLƏRİNİ SATIRLAR YENƏ DƏ AĞLAYIR EE DÖVLƏT
BUNLARDAN ARTIQ ŞƏRAİTLƏR QURULMALIDIR BU XALQ ÜÇÜN ...

--------------------

Lindo

  • 13 iyul 2011 13:07
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
məncədə maaşlar indikindən 5 6 dəfə çox olmalıdı nolsun ? olur tşk xəbər görə

CandyGirl

  • 13 iyul 2011 13:07
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
tewekkurlerrrrrrrrr

--------------------

Sirli Melek

  • 13 iyul 2011 13:06
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

AliNikA

  • 13 iyul 2011 12:57
  • Məqalə: 117
  • Şərh: 1627
  • Bal:
{awards}
xeberin uz qabiigindaki bizim metreoduee.nesimi.twk oxumaga axotum olmadi)))

--------------------
Ozgurluk kazanilmaz
Hak edilir....ve alinir
Bana guluyorsunuz...
Chunki farkliyim
Ben de size guluyorum...
Hepiniz aynisiniz diye...!
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 33

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}