Şahın qızını oğurlayırlar. Qız oğruların əlindən çətinliklə də olsa qaçmağı bacarır. Gecə olduğundan saraya qayıda bilmir və gizlənmək üçün bir evin qapısını döyür və vəziyyəti qapını açan oğlana başa salır. Oğlan qızı evdə gizlədir. Sonra gedib Quran oxumağa başlayır. Qız isə onu gizlincə müşahidə edir. Oğlan Quranı oxuduğu zaman əlini otağı işıqlandırmaq üçün yandırdığı şamın üstünə tutur, sonra götürür və oxumağa davam edir. Beləcə, oğlan Quranı bu qayda ilə səhərə qədər oxuyur. Səhər qızı şahın sarayına gətirir. Qız atasına oğlanın Quran oxuyanda əlini, ayağını şamın üstünə tutduğunu deyir. Bu təbii ki, şaha da maraqlı olur və oğlanı sarayına çağırıb nə üçün belə etdiyini soruşur. Oğlan isə deyir:
-Mən Quranı oxuyanda tam diqqətimin Quranda olmasına baxmayaraq sanki şeytanın vəsvəsinə uyub nalayiq addımlar atmaq içimdən keçirdi. Amma əlimi, ayağımı şamın üstünə tutub istisinə çox az müddət tab gətirə bildiyimi görəndə düşünürdüm ki, edəcəyim pis hərəkətin müqabilində məni cəhənnəm gözləyir və cəhənəmdəki o istiyə sonsuzadək dözməli olacağam.

Əfsanə olmaq istəyən bizimlədi ...
Sənin musiqi zövqün ...
Fikrini bizimlə paylaş ...
Söhbətə qoşul, yeni dostlar tap ...
Mobil əyləncə dünyan ...
Description