Incikliyin əsarətində

 
Incikliyin əsarətində

Sözlər,hisslər,hərəkətlər...
Biz necə ki əşyaların əsarətində yaşayırıq,eləcə də sözlərin cazibəsində itib batırıq.Amma nədənsə çox vaxt dediyimiz sözlərin fərqinə varmırıq.
Axı onların böyük qüdrəti var-kimisə xoşbəxt edir,kimisə yaralayır.
Kiminə ağrı,əzab verir,kiminə də sevinc,xoşbəxtlik gətirir.
Kimini sağaldır,kimini xəstə salır...hətta öldürə bilir..
Çox vaxt bir söz bir insan taleyini dəyişməyə qadirdir.

Bəs niyə biz belə böyük güc sahibi olan,birləşdirmək,yaxınlaşdırmaq üçün yaradılan sözlərimizə ehtiyatsız yanaşırıq?Onlardan ayrılıq,uzaqlıq uçun zəmin yaradırıq.Niyə ətrafımızdakılara sevinc verərək öz həyatımızı da sevinclə dolğun etmirik?
Bunun əvəzinə qəlbimizə inciklik yığırıq.Məyusluq dolur içimizə.Sonra da bunu ətrafımızdakılarla paylaşırıq.
Bununla da ilk növbədə özümüzü cəzalandırırıq...
Sevdiklərimizdən,dəyər verdiyimiz insanlardan uzaqlaşaraq...
Çox incə olan insan münasibətlərinə şübhə,anlaşılmazlıq,məyusluq,ağrı gətirərək...

Bunu başa düşürükmü?Əlbəttə başa düşürük.Amma...!
Amma yenə də,yenə də,yenə də eyni şeyi təkrar edirik,sonra da təəccüblənirik:
ürəyimizin belə kinli olmasına harda yol verdik,qəlbimizə bu boşluq necə hakim kəsildi??!
Niyə bizə verilən agrıya və incikliyə eyni hərəkətlə cavab verməyə can atırıq?
Niyə mənfiləri müsbətə dəyişməyə çalışmırıq?

Çünki sadəcə inciklik adlanan bu kiçik virusun nələrə qadir olduğunu unuduruq.Ona aglımıza qalib gəlməyə imkan veririk.
O da sevinir.Gözlərimizi bağlayır və özündənrazılıq,eqoistlik,muhakimə etmək,qürur aşılayır bizə.
Qəlbimizdəki mərhəməti və anlayış göstərməni,bağışlamaq bacarığını öldürərək.
Sevgini və istiliyi hansisa soyuq qəddarlıqla əvəzləşdirərək.

Bax mən də bu incikliyin məngənəsinə düşdüm.Ona icazə verdim qəlbimdə özünə yer eləsin.
Sadəcə kənardan baxdım ki,o necə səxavətlə ürəyimi ağrı ilə doldurur,qəlbimə şübhə səpir,kədər,ümidsizliyə yer açır.
Necə məni özünə tabe edərək tam hüquqlu hakimə çevrilir.
Necə tikanlara daha iti silahla,zərbəyə isə zərbə ilə cavab verməyi öyrədir.
Necə sakitlikdən və inamdan məhrum edir.
Ən yaxın,ən əziz adamına şübhələnməyə vadar edir.
Özündənrazı halda əvvəlki işığı,sevgini,inamı unudaraq...bağışlamağı unudaraq...təkliyə,boşluğa sürükləyir.

Oturmuşam və fikirli halda yazıram.Sabahkı gün mənə nə gətirəcək?Qəlbim sevgi iləmi dolu olacaq,ürəyimdəki bu məkrli virusa qalib gəlməyə,mübarizə aparmağa güc tapa biləcəyəmmi?
Mənə əlçatmaz,sevimli olan adı təkrarlayıram və qəlbimin dərinliyində ondan kömək istəyirəm.
Üzümdə təbəssüm,gözlərimdə işıq,dodaqlarımda sənin adın,qəlbimdə sənin sevgin...
Qəlbimdə sənin sevgin hakim ikən hansısa soyuq bir hiss orda özünə yer edə bilərmi?Axı ruhum sənlə dolu ikən ora yad hisslər necə daxil ola bilər.
Deməli mən bacaracam əzizim!
Deməli sabah daha işıqlı,daha gözəl,daha maraqlı olacaq!


Geri dön

_RONALDO_

  • 15 mart 2011 14:09
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
Təşəkkürlər

--------------------

Ulya

  • 6 sentyabr 2010 01:25
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
super yazidi baciw twk

LOVE IS DEAD

  • 3 sentyabr 2010 20:25
  • Məqalə: 0
  • Şərh: 1374
  • Bal:
{awards}
men bir sozu dememishden qabq cox fikirleshirem. maraqli movzudur teshekkurler

--------------------
Он игрок, ты -- мишень, и любовь, как тир...
Он обещал тебе в подарок целый мир.
Но сказки о принце на белом коне всего лишь миф.

R_O_M_A

  • 2 sentyabr 2010 19:54
  • Məqalə: 463
  • Şərh: 1137
  • Bal:
{awards}
Niyə bizə verilən agrıya və incikliyə eyni hərəkətlə cavab verməyə can atırıq?
Niyə mənfiləri müsbətə dəyişməyə çalışmırıq?

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 9
Cəmi: 24

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 389
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}