"Super arı"lar dünyanı aclıqdan xilas etməlidir

 
"Super arı"lar dünyanı aclıqdan xilas etməlidir

Yoxa çıxmaqda olan arıçılığı xilas etmək məqsədilə alimlər yeni növ arılar yetişdirməyə çalışırlar.
Yeni nəsil arılar viruslara, zərərvericilərə və soyuğa qarşı davamlı olacaqlar.


"Koloniyanın süqutu sindromu" (colony collapse disorder) 2006-cı ildə aşkar olunub. Həmin dövrdən bu yana arıların populyasiyası kəskin azalıb. Məsələn, ABŞ-da 2010-cu ildə bal istehsalı son 35 ildə ən aşağı göstəriciyə malik olub. Amma çoxları unudurlar ki, belə azalma əvvəllər də vardı. Zəhərlərə qarşı dözümlü olan yeni gənə nəsli və viruslar arıların sayını azaltdıqca alimlər yeni zəhərlər kəşf etmək əvəzinə, həmişə arıların sayını artırmağa çalışıblar.

BMT-nin məlumatına görə, hər il virus və gənələr Yaxın Şərqdə arıların 85%-ni, Avropada 30%-ni, Amerikada isə onların üçdə birini qırır. Bunlar dəhşətli göstəricilərdir. Axı dünyanın ərzaq səbətinin 90%-ni təmin edən 100 bitkidən 70-i məhz arılar sayəsində tozlanır. Bu bitkilərin dünya bazarının həcmi 83 milyard dollar təşkil edir.

Bu səbəbdən Kanadanın Manitoba Universitetinin alimləri gənələrə qarşı yüksək dözümü ilə seçilən arı pətəklərindəki kraliçaları yuvadan buraxırlar. Sağ qalan kraliçalar yeni pətək yaradaraq törəməyə başlayır. Mütəxəssislər güman edirlər ki, nəhayətdə çox dözümlü bir arı cinsi yaranacaq.

Deyilir ki, bu arılar soyuğa yaxşı tab gətirirlər. Məsələn, Avropa arılarının yalnız 46%-i qışdan yaza çıxa bilirsə, yeni növ arıların 75%-i belə göstəriciyə malikdir.

Təəssüf ki, gənələrə qarşı dözümlülük arıçılığı böhrandan qurtara bilməyəcək. İş burasındadır ki, arılara əslində nəyin pis təsir etdiyi hələ də dəqiq bilinmir. Pestisid, iqlim dəyişiklikləri, yaxud mobil telefonların şüalanmaları onlara nə dərəcədə təsir göstərir?

Bu sualı kanadalı alimlər həmkarlarının öhdəsinə buraxırlar.


Geri dön

NELLY19

  • 15 iyul 2011 11:36
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

Inciciceyi

  • 15 iyul 2011 09:14
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

miss_lady

  • 14 iyul 2011 19:56
  • Məqalə: 40
  • Şərh: 109
  • Bal:
{awards}
tesekkurler cox maraqlidir

--------------------
Esas hormetin olsun

lema

  • 14 iyul 2011 16:04
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
himm...xeberi bolushduyun ucun twk... winked

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Sirli Melek

  • 14 iyul 2011 15:14
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
MARAQLIDI..

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

CandyGirl

  • 14 iyul 2011 14:10
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
maraqlidir

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 58
Cəmi: 72

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 26
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1142
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}