Nizanul-hikmət

 
Nizanul-hikmət

4349. İmam Əli (ə): «Sağlamlıq nemətlərin ən yaxşısıdır».
(Ğurərul-hikəm, hədis 4207)

4350. İmam Əli (ə): «Sağlamlıqdan gözəl heç bir paltar yoxdur».
(ət-Tovhid, c.74, səh.27)

4351. İmam Əli (ə): «Həyatın ləzzəti sağlamlıqla dadılır».
(Ğurərul-hikəm, hədis 4207)

4352. İmam Sadiq (ə): «Sağlamlıq gizlin (və tanınmayan) bir nemətdir.
Olanda unudulur (və heç kim qədrini bilmir) və olmayanda yada düşür».
(Mən la yəhzuruhul Fəqih, c.4, səh.406, hədis 5878)

Sağlamlığa səbəb olanlar

4353. Allahın Peyğəmbəri (s): «Hər kim mənə bir dəfə salavat göndərərsə,
Allah sağlamlıqdan onun üzünə bir qapı açar».
(Cameul-əxbar, səh.150, hədis 344)

4354. İmam Əli (ə): «Sağlamlıq on hissədir. Onun doqquz hissəsi Allahı xatırlamadan
nəfəs almamaq, bir hissəsi isə ağılsızla yoldaşlığı tərk etməkdir».
(Tuhəful-uqul, səh.89)

4355. İmam Sadiq (ə): «Hər kim uzun müddət sağlam olmaq
istəyirsə, ilahi təqva yolunu tutsun».
(Biharul-ənvar, c.72, səh.232, hədis 2)

Allahdan sağlamlıq diləməyə həvəsləndirmək

4356. Allahın Peyğəmbəri (s) (Bir kişinin Allahdan səbr dilədiyini eşitdikdə): «Allahdan bəla istədin, sağlamlıq da istə».

4357. Allahın Peyğəmbəri (s): «Allahdan elə bir şey istənilməmişdir ki, Onun
dərgahında sağlamlıq istəmək qədər sevimli olsun».
(Kənzul-ummal, hədis 3130-3153)

4358. Allahın Peyğəmbəri (s): «Allahdan sağlamlıq diləyin. Çünki yəqinlikdən (nemətindən)
sonra heç kimə sağlamlıqdan gözəl nemət verilməmişdir».
(Sunəni ibn Mace, hədis 3849)

4359. Allahın Peyğəmbəri (s) (Allahın Peyğəmbərinin (s) şam namazında «Qariə» surəsini
oxuduğunu eşitdikdə, Allahın ona öz günahlarına görə bu dünyada əzab verməsini dua edən,
sonra isə xəstələnən kişiyə xitabən): «Pis danışmısan.

Niyə deməmisən ki, ey bizim pərvərdigaramız. Bizə dünya və axirətdə yaxşılıq əta et
və od əzabından qoru?». Allahın Peyğəmbəri (s) həmin kişinin
sağlamlığı üçün dua etdi və o sağaldı».
(əd-Dəvat, səh.114, hədis 261)

4360. «əd-Dəvat»: İmam Səccad (ə) gördü ki, bir kişi Kəbəni təvaf edə-edə deyir:
«İlahi! Mənə səbr ver». Əlini onun çiyninə vurub buyurdu: «Bəla istəyirsən?
De ki, İlahi! Mənə sağlamlıq və sağlamlığın şükrünü əta et».
(əd-Dəvat, səh.114, hədis 262)

(Allahdan) Sağlamlıq diləmək üçün dualar

4361. İmam Kazim (ə): «İlahi! Səndən sağlamlıq diləyirəm! Mənə möhkəm sağlamlıq
ver və sağlamlığın şükrünü və sağlamlığın şükrünə görə şükrü əta et».
(əd-Dəvat, səh.114, hədis 211)

Xüsusi bəndələr

4362. İmam Baqir (ə): «Allahın xüsusi bəndələri var ki, onları bəladan qoruyar,
sağlam həyat verər, ruzilərini sağlıqla qazanarlar və onları dünyadan sağlam köçürər.
Onları sağlam halda yenidən dirildər və sağlıqla cənnətdə yer verər».
(əl-Kafi, c.2, səh.462, hədis 1)


Geri dön

R.M_FaNaTka

  • 14 iyul 2011 20:56
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
maraqli xebere gore tesekkurler

--------------------

lema

  • 14 iyul 2011 13:01
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Deyerli xebere gore Allah razi olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

CandyGirl

  • 14 iyul 2011 12:58
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
alllah razi olsun

alllah razi olsun

--------------------

aid_fanatka

  • 14 iyul 2011 12:23
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk...............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

DİLBER

  • 14 iyul 2011 12:19
  • Məqalə: 5
  • Şərh: 28
  • Bal:
{awards}
Maraqlidir tşk-lər müəllifə..

NELLY19

  • 14 iyul 2011 12:01
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Tewekkurler super

only-girl

  • 14 iyul 2011 11:44
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

Inciciceyi

  • 14 iyul 2011 11:44
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun
twkler yaziya gore

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 41

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}