Məni "mən" edən Səni Sevirəm!

 
Məni "mən" edən Səni Sevirəm!

Bilmədiyim bir şəhərin səhərindən yazıram bu sətirləri. Mən bir əhvalatın doğulmağına şahidlik edirəm.
Üşüyürəm nəm olmuş divar kimi. Səsini axtarıram qulağımın dərinliklərində. Səssizliyimə çağırıram bütün qağayıları.
Aldanma yalnız qağayıları çağırdığıma. Mən səni diləyirəm quru ovuclarıma. Susuzluğumun qanayan üzünə sən gəl deyirəm.
Aldanma geydiyin ayaqqabılara. Qaç yalnız. Nəfəsin də tıxansın bir az. İstədiyim qədər deyil, hiss etdiyin qədər yaxınlaş mənə.

Məni "mən" edən Səni Sevirəm!

Bilərsən səndən əvvəl ürəyimin yanığını örtən bir cümlə tapa bilməmişdi dodaqlarım. Bağla dodaqlarıma sözlərini.
Dodaqlarımdan çıxacaq tək söz; adının baş hərfi olsun. Dincliyə arala qapılarını. Buludsuzluğuna aldanmadan səmaya çevir başını.
Uzaqlığımıza bir də sən bir məsafə qoyma. Harada olduğumu unut, bir addım kölgəndən izləyirəm səni.
Köklərindəyəm, alovlandır təklik cümlələrini. Unutdunmu, üzümün xəttlərinə gizlənmiş təbəssüm dənələrini sən tapdın.

Məni "mən" edən Səni Sevirəm!

Məni "mən" edən Səni Sevirəm!
Yol bilməz sanılan sevdanın Cənnətə gedən yolu müşahidə edirəm deyən sən deyilsənmi sevgilim?
Dayazlığıma, tənhalığıma aldanma sən. Dayazlığıma genişlik verən duam sənsən, tənhalığıma çarə tapan da.
Susqunluğuma baxıb dodaqlarını büzmə, quru torpaqlarıma baxıb boynunu çevirmə xəzana.
Quraqlığıma ümid verən də sənsən, susqunluğuma səsi hədiyyə edən də.
Gözlərimdəki dincliyin tək sahibi, sabahlarımın tək varisi sənsən.
Bizə nə bir sevda vəd edildi nə də bir möcüzə hədiyyə edildi. Biz qaranlıqdayıq. Üzərimiz açıq.
Əllərimiz xəzan qoxusu verər. Amma bir-birimizin təbəssümlərində istəyərik Cənnəti.

Məni "mən" edən Səni Sevirəm!

Məni "mən" edən Səni Sevirəm!
Bədənimizin torpağa örtdüyü kölgə qədər cümlə olarıq sevgi lüğətində. İndi sevmək zamanıdır.
Bütün qağayılar acdır indi. Üzümdə diqqətə çarpazlaşan təbəssümlə doyuraq bütün qağayıları.
Buludsuzluqdan şikayət edən torpağa uzadaq gözlərimizdə yığılmış yaşı. Sonsuz cümlələri işğal etsin içimizdəki könül zənginliyi.
Susuzluqdan çatlamış yanğınlara verək dodaqlarımızı. Biz təbəssümün gözəlliyində bir ümid əkək gül qoxusu olsun.
Məni " mən " edən.
Səni sevirəm


Geri dön

NELLY19

  • 25 iyul 2011 22:48
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serhlere gore tewekkurler

sweet_angel

  • 15 iyul 2011 20:35
  • Məqalə: 13
  • Şərh: 347
  • Bal:
{awards}
men seni sevirem ISA love

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

Inciciceyi

  • 15 iyul 2011 09:12
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Maraqlidi no

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

miss_lady

  • 14 iyul 2011 19:55
  • Məqalə: 40
  • Şərh: 109
  • Bal:
{awards}
Cox beyendim feel

--------------------
Esas hormetin olsun

Sirli Melek

  • 14 iyul 2011 15:09
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

jalicka

  • 14 iyul 2011 14:34
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
gozel xebebre gore cox saq ol

Yeva

  • 14 iyul 2011 14:21
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
Men Seni Seeeviiireem. Ele isteyerdimki, bu sozu kimese deyim.

CandyGirl

  • 14 iyul 2011 14:09
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
{awards}
coox gozeldi tewekkr

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 47
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}