Xəyanət

 
Xəyanət


Xəyanət

662. Xəyanət

2017. Allahın Peyğəmbəri (s): «Sənə xəyanət edənə xəyanət etmə ki, sən də onun kimi olarsan.» (Biharul-Ənvar, c.103, səh.175, hədis 3)

2018. Allahın Peyğəmbəri (s): «Əmanətə xəyanət edən bizdən deyil.» (Biharul-Ənvar, c.75, səh.172, hədis14)

2019. İmam Əli (ə): «Xəyanət ikiüzlülüyün mənşəyidir.» (Ğurərul-Hikəm, hədis 969)

2020. İmam Sadiq (ə): «Mömin, xəyanət və yalandan başqa, hər xasiyyəti götürə bilər.» (əl-İxtisas, səh.231)

2021. Müaviyyə ibn Əmmar: «İmam Sadiqə (ə) ərz etdim: «Mən bir nəfərə müəyyən məbləğ pulu əmanət verirəm, o isə, ona bir şey tapşırdığımı inkar edir.
Bir müddət sonra o mənə mal tapşırır. Belə olan halda mən ona tapşırdığım (və mənə vermədiyi) pulun əvəzində bu malı özümə götürə bilərəmmi?»
Buyurdu:
«Xeyr. Bu xəyanətdir.» (Nurus-Sədəleyn. c.2, səh.144 , hədis68)

2022. Əbu Səmamə: «İmam Baqirin (ə) xidmətinə gəlib ərz etdim: Sənə qurban olum, mən Məkkənin yaxınlığına köçmək istəyirəm və mürciə (Mür – İslam dinindən dönən və kafir hökmündə olan bir məzhəbdir.)borcluyam, nə buyurursan?»
Buyurdu:
«Öz borcunu qaytar. Ehtiyatlı ol ki, boynunda borc qalmadan Rəbbinin görüşünə gedəsən. Çünki mömin xəyanət etməz.» (İləluş-Şəraye, səh.528, hədis 7)


663. Xain və xəyanətin mənası

2023. Allahın Peyğəmbəri (s): «Din qardaşının sirrini ifşa etmək xəyanətdir. Buna görə bu işdən uzaqlaş.» (Biharul-Ənvar, c.77, səh.89, hədis 3)

2024. Allahın Peyğəmbəri (s): «Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq.» (Tuhəful-Uqul, səh.22)

2025. İmam Əli (ə): «Xəyanətkar, özünü Allahdan qeyrisi ilə məşğul edən və bugünü dünənindən pis olandır.» (Ğurərul-Hikəm, hədis 2013)

2026. İmam Sadiq (ə):«Bizim dostların hər birindən onun din qardaşı hər hansı bir çətinliyi ilə əlaqədar kömək istəsə və o da ona kömək etmək üçün var qüvvəsi ilə çalışmasa, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir.» (Biharul-Ənvar, c.75, səh.175, hədis 7)

2027. İmam Cavad (ə): «İnsanın xəyanətkarlığına, xainlərin əmanətini saxlaması kifayət edər.» (Biharul-Ənvar, c.78, səh.364, hədis 4)


664. Xəyanətin zirvəsi

2028. İmam Əli (ə):«Səmimi dosta xəyanət etmək və əhd-peymanları pozmaq xəyanətin zirvəsidir.» (Ğurərul-Hikəm, hədis 6374)

2029. İmam Əli (ə): «Ən pis xəyanətlərdən biri, tapşırılan şeylərə xəyanət etməkdir.» (Ğurərul-Hikəm, hədis 9310)

2030. İmam Əli (ə): «Ən böyük xəyanət xalqın xəyanəti və ən pis hoqqabazlıq rəhbərlərin hoqqabazlığıdır.» (Nəhcül-Bəlağə, məktub 26)

Xəyanət


Geri dön

Su Perisi

  • 25 iyul 2011 21:52
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
Allahın Peyğəmbəri (s): «Xəyanətkarın dörd nişanəsi var: rəhman olan Allaha itaətsizlik etmək: qonşularına əziyyət vermək, hamıya nifrət etmək, özbaşına və asi adamlara qoşulmaq.»

--------------------

Inciciceyi

  • 15 iyul 2011 08:52
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 14 iyul 2011 20:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore thank you

--------------------

ZAC EFRON

  • 14 iyul 2011 19:33
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
tewekurler.........

qonce

  • 14 iyul 2011 19:18
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Cooox pis isdir.....Tesekkur xebere gore...

lema

  • 14 iyul 2011 18:44
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
xebere gore tewekkur edirem..xeyanet ve yalan esl muselmana hec yarashmayan hereketdir.Allah razi olsun...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

virane arzular

  • 14 iyul 2011 18:30
  • Məqalə: 0
  • Şərh: 12
  • Bal:
{awards}
xeyanet deb olub indi,xeyanet adi deyismez olduqundan yarasida iller,esirler bele kecsede qalir

xeyanet deb olub indi,xeyanet adi deyismez olduqundan yarasida iller,esirler bele kecsede qalir

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 44

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}