İbrət götürmək

 
 İbrət götürmək

 İbrət götürmək

1206. İbrətlərdən öyüd almaq.

Quran:

«Beləliklə, ey bəsirət əhli, ibrət götürün.» (Həşr, ayə 2)

Hədis:

3966. Allahın Peyğəmbəri (s): «İbrət götürün ki, sizdən əvvəlkilərdə ibrət dərsləri var.» (Kənzul-Fəvaid, c.2, səh.31
)
3967. İmam Əli (ə): «Mömin dünyaya ibrət gözü ilə baxar və çarəsizlikdən ondan yemək götürər.» (Nəhcül-Bəlağə, hikmət 367)

3968. İmam Əli (ə): «Nadanlıq edən şəxsin nəsihət götürməyi az olar.» (Ğurərul-Hikəm, hədis 7837)

3969. İmam Əli (ə): «İbrət götürmək ən doğru ayıqlıq gətirəndir. Düşünən insan ibrət götürər. Kim ibrət götürsə, günahlardan və məhvedici amillərdən kənar durar və kənara çəkilən salamat qalar.» (Biharul-Ənvar, c.78, səh.92, hədis 101)

3970. İmam Əli (ə): «İbrət götürmək doğru yola aparar.» (Biharul-Ənvar, c.78, səh.92, hədis 101)

3971. İmam Əli (ə): «İbrət götürən şəxs gözüaçıq olar. Gözüaçıq olan dərrakəli olar və dərrakəli olansa hər şeyi bilər.» (Nəhcül-Bəlağə, hikmət 208)


1207. İbrət öyrədən amillər.

Quran:

«Onların əhvalatlarında əql sahibləri üçün ibrət vardır.» (Yusif, ayə 111)

«Allah gecə və gündüzü dolandırar. Həqiqətən, bu işdə bəsirət əhli üçün ibrət vardır.» (Nur, ayə 44)

Hədis:

3972. İmam Əli (ə): «Dünyadakı hadisə və dəyişkənliklərdə ibrət dərsi var.» (Ğurərul-Hikəm, hədis 6453)

3973. İmam Əli (ə): «Əgər özünün tələf etdiyin keçmiş ömründən ibrət götürsən, şübhəsiz ki, qalan ömrünü qorumusan.» (Ğurərul-Hikəm, hədis 7589)

3974. İmam Əli (ə): «Allahın iblisə etdiyindən nəsihət götür. Belə ki, onun uzunmüddətli əməlini və böyük səylərini bərbad etdi.» (Nəhcül-Bəlağə, xütbə 192)

3975. İmam Əli (ə): «Allahın əzabından və Onun sizdən əvvəlki asi xalqlara göndərdiyi bəla və cəzalardan ibrət götürün.»

3976. İmam Əli (ə): «Necə də çox ibrət, necə də az ibrət götürən var.» (Nəhcül-Bəlağə, hikmət 297)

3977. İmam Səccad (ə): «Zavallı insan! Hər gün başına üç müsibət gələr, amma heç birindən də ibrət götürməz.
Əgər ibrət götürsəydi dünyanın çətinlikləri və işləri ona asan gələrdi. Birinci müsibət, onun ömründən azalan bir gündür.
Onun malından bir şey azalarsa qəmli olar. Halbuki, malın varisi var, ancaq ömürdən itirilənlərin yerini doldurmaq mümkün deyil.
İkinci müsibət budur ki, öz ruzisini tam şəkildə əldə edir. Əgər halal yolla olsa hesab-kitabını verəcək, haram yolla olsa cəzasını çəkəcək.
Üçüncü müsibət bunlardan böyükdür.» Ərz etdilər: «O nədir?»
Buyurdu:
«Keçirdiyi elə bir gecə-gündüz yoxdur ki, axirətə bir mənzil daha yaxınlaşmasın. Amma bilmir cənnətə tərəf, ya cəhənnəmə?» (Biharul-Ənvar, c.78, səh.160, hədis 20)


1208. İbrət götürməyin səmərəsi.


3978. İmam Əli (ə): «İbrət götürmək insanı (günahdan və xətadan) qoruyar.» (Ğurərul-Hikəm, hədis 879)

3979. İmam Əli (ə): «Daim ibrət götürmək qəlbin bəsirətinə gətirib çıxarar və günahlardan, xətalardan çəkinməklə nəticələnər.» (Ğurərul-Hikəm, hədis 5150)

3980. İmam Əli (ə): «Kimin ibrət götürmək qabiliyyəti çox olsa, büdrəyişləri az olar.» (Ğurərul-Hikəm, hədis 8056)

 İbrət götürmək


Geri dön

NELLY19

  • 15 iyul 2011 11:22
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

Sirli Melek

  • 15 iyul 2011 09:49
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKRÜLƏR

TƏŞƏKKRÜLƏR

TƏŞƏKKÜRLƏR)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 15 iyul 2011 08:46
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

be-mine

  • 14 iyul 2011 22:27
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
tewekkurler

R.M_FaNaTka

  • 14 iyul 2011 20:35
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore thank you

--------------------

maiw mm

  • 14 iyul 2011 18:13
  • Məqalə: 14
  • Şərh: 280
  • Bal:
{awards}
allah razi olsun

--------------------
★* 。 • ˚ ˚ •。★★ 。* 。*
° 。 ° ˚ _Π____*。*˚★ 。* 。*。 • ˚ ˚ •。★
˚ ˛ •˛•* /______/~\。˚ ˚ ˛★ 。* 。*★ 。* 。*
˚ ˛ •˛• | 田田|門| ˚Soyuq bir qiw gunu... . —

aid_fanatka

  • 14 iyul 2011 17:52
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

twk.......................

twk.......................

twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

sss_gomes

  • 14 iyul 2011 17:00
  • Məqalə: 13
  • Şərh: 125
  • Bal:
{awards}
Aferin cox xosuma geldi.Minnetdaram. smile

ZAC EFRON

  • 14 iyul 2011 16:56
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ilk serh mende twk..ALLAH razi olsun!

ilk serh mende twk..ALLAH razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 46
Cəmi: 60

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}