Özünü göstərmək

 
Özünü göstərmək

Özünü göstərmək

1456. Özünü göstərmək.

Quran:


«Bilin ki, dünya həyatı əslində oyun, baş qatmaq, bəzək-düzək və bir-birinizə özünüzü göstərməkdir.» (Hədid, ayə 20)

«Həqiqətən, Allah lovğalanıb fəxr edən heç bir təkəbbürlünü sevmir.» (Loğman, ayə18)

Hədis:


4964. Allahın Peyğəmbəri (s): «Allah-taala təvazökar olmağınızı mənə vəhy buyurmuşdur. Kimsə kimsəyə öyünməsin, kimsə başqasının haqqına təcavüz edib zorakılıq göstərməsin.» (ət-Tərğib-vət-Tərhib, c.3, səh.558, hədis 1)

4965. İmam Əli (ə): «İki şey camaatı məhv etmişdir: yoxsul olmaqdan qorxmaq və lovğalanmaq.» (əl-Xisal, səh.69, hədis 102)

4966. İmam Əli (ə): «Özünü göstərməyi kənara at, təkəbbürünü yerə qoy və qəbrinin fikrini çək.» (Nəhcül-Bəlağə, hikmət398)

4967. İmam Əli (ə): «Kim özünü göstərmək naminə iş görərsə, Allah-taala onu qiyamət günündə qaralığı ilə məşhur edər.» (Biharul-Ənvar, c.73, səh.292, hədis 20)

4968. İmam Əli (ə): «Yaxşı insanların nəzərində hakimlərin ən alçaq hallarından biri budur ki, özünü öymək və lovğalıq aşiqi kimi tanınsınlar və rəftarları təkəbbürlülük sayılsın.» (Nəhcül-Bəlağə, xütbə 216)


1457. Özünü göstərməkdən çəkindirən amillər.


4969. İmam Əli (ə): «Özünü göstərməkdən Adəm övladına nə? Başlanğıcı nütfə və sonu murdar ət olan (Adəm övladı). Nə özünə ruzi verə, nə də ölümünün qarşısını ala bilər.» (Nəhcül-Bəlağə, hikmət 454)

4970. İmam Səccad (ə): «Dünən bir nütfə olan, sabahsa murdar ətə çevriləcək birisinin lovğalıq və özünü öyməyinə heyrət edirəm!» (əl-Kafi, c.2, səh.328, hədis 1)


1458. Qohumlarına özünü göstərməyin pislənməsi.


4971. Allahın Peyğəmbəri (s): «Əsl-nəsəbin bəlası iftixar etməkdir.» (əl-Kafi, c.2, səh.329, hədis 6)

4972. İmam Əli (ə): «Allahın Peyğəmbəri (s) öz fəzilətlərindən danışanda buyurardı: «Məqsədim özümü göstərmək və öyünmək deyil.» (Biharul-Ənvar, c.16 , səh. 341, hədis 33)

4973. İmam Rza (ə): «Əmirəl-möminin (ə) xəstə yatan Səsəə ibn Suhana baş çəkir.
Getmək üçün yerindən qalxanda buyurur:
«Ey Səsəə! Məbada, səni yoluxmağa gəlməyimə görə özünü qardaşların yanında öyəsən. Allahdan qorx!» (Mustədrəkul-Vəsail, c.12, səh. 90, hədis 13599)


1459. Fəxr etməyə dəyən şeylər.

4974. Allahın Peyğəmbəri (s): «Yoxsulluq mənim fəxrimdir.» (Biharul-Ənvar, c.72, səh. 30, hədis 26)

4975. İmam Sadiq (ə): «Bu üç şey möminin fəxri, onun dünya və axirətdə zivəridir: gecənin sonlarında qılanın namaz, camaatda olanlarda gözü olmamaq və Məhəmməd ailəsinin imamlarına sevgi.» (əl-Kafi, c.8, səh. 234, hədis 311)

Özünü göstərmək


Geri dön

NELLY19

  • 15 iyul 2011 11:21
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
maraqli xeber ucun tewekkurler

Sirli Melek

  • 15 iyul 2011 09:48
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
təşəkkürlər

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 15 iyul 2011 08:45
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Allah razi olsun maraqlidi

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

be-mine

  • 14 iyul 2011 22:20
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
Allah razi olsun

ulka17

  • 14 iyul 2011 20:48
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekurler

R.M_FaNaTka

  • 14 iyul 2011 20:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
maraqli xebere gore thank you

--------------------

aga482

  • 14 iyul 2011 19:44
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
TESEKKUR ALLAH RAZİ OLSUN

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........

miss_lady

  • 14 iyul 2011 19:44
  • Məqalə: 40
  • Şərh: 109
  • Bal:
{awards}
Allah razi olsun ellerinize salik

--------------------
Esas hormetin olsun

qonce

  • 14 iyul 2011 18:59
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur.Allah her zaman komeyinizde dursun!

hazal-kaya

  • 14 iyul 2011 18:27
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
ALLAH RAZI olsun

teşekkürler

aid_fanatka

  • 14 iyul 2011 17:50
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

ZAC EFRON

  • 14 iyul 2011 17:21
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ilk serh ALLAH razi olsun~`

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 46
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 409
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}