Müşavirənin önəmi (2-ci hissə)

 
Müşavirənin önəmi (2-ci hissə)

İnsanın İçindəki 'Davamlı Olaraq Qalib Gelme Arzusu' Doğru Bir İstek Deyil

Gözəl olan çox vaxt, insanın 'məğlub olması' yəni 'qarşı tərəfin fikirlərinə tabe olması'dır.
Hansı ki, bu da onsuz da 'məğlub olmaq' deyil.
Sözdə məğlubiyyət kimi görünən bu vəziyyət, əslində o adamı ucaldar.

Ancaq əlbəttə ki, bəzən də bu insan, yanındakı bir çox adamdan daha ağıllı, daha vicdanlı, daha çox detal görə bilən və daha təcrübəli bir kimsə də ola bilər. Belə bir vəziyyətdə, özünə verilən fikirlərə, səhv olduğunu bilə-bilə uyğun gəlməsi əlbəttə ki gözlənilə bilməz. Amma insan gündəlik həyatı içərisində hər iki tərəfin də məqbul fikirlər qarşıya qoyduğu və bu fikirlərin ən az 50%-ə 50'lik bir nisbətdə doğru olduğu bir çox vəziyyətlə qarşılaşır. Bu cür vəziyyətlər, insanın tevazusu, gözəl əxlaqını göstərəcəyi anlardır. Bu cür vəziyyətlərdə məğlub etmək deyil, məğlub olmaq üstünlükdür.

Müşavirənin önəmi (2-ci hissə)

Çünki 50%-ə 50 olan bir vəziyyətdə, hər iki tərəf də, istərsə bir-birinə üstünlük göstərməyə, qalib gəlməyə, öz fikirini qəbul etdirməyə çalışa bilər. Bu səbəbdən bu cür bir vəziyyətdə üstün gəldiyini sanan insan, əslində bəlkə də, qarşı tərəfin tevazusunda görə qalib gəlmişdir. Ancaq içərisində olduğu ruh halından ötəri, qarşı tərəfin əxlaqındakı bu incəliyi də fərq etməz. Bu adam üçün o anda əhəmiyyətli olan, öz fikirini qəbul etdirebilmiş olmasıdır.

Bu kimi insanların içlərindəki bu davamlı üstün gəlmə və məğlub etmə istəyinin altında isə ümumiyyətlə, 'eqoizm və təkəbbür hissi' vardır. Yoxsa çox vaxt bu kəslər, əslində qarşı tərəfin gətirdiyi fikirlərin də ən az özlərindəki qədər ya da özlərinkinden çox daha yaxşı olduğunu təqdir edə bilərlər. Amma mövzunun əsl olaraq bu istiqaməti üzərində deyil , eqoizmlerinə uyğun olaraq 'öz dediklərinin edilməsi' və 'məğlub etmə ruhu' üzərində dayanarlar.

Halbuki bu adamın bu istəyinin qarşılanması son dərəcə asandır. Çox səhv bir fikir olmadığı müddətcə, ətrafındakı insanlar istəsələr, həmişə onun düşüncələri istiqamətində hərəkət edə bilərlər. Hər kəs hər mövzuda öz düşüncələrindən imtina edib davamlı bu adamı haqlı çıxara bilər və hər kəs hər hadisədə o adama tabe ola bilər. Amma bu, o adam üçün bir qazanc olmaz. Çünki əhəmiyyətli olan, adamın öz içindəki, Quran əxlaqına uyğun olmayan bu davranış pozuqluğundan xilas olmasıdır. Mehz bu səbəblə bu insan üçün məğlub etməkdən çox, məğlub olmaq əsl olan ehtiyacdır.

Müşavirənin önəmi (2-ci hissə)

Allah Quranda möminlərin 'nəfsin böyüklük təlqinindən xilas olmaları lazım olduğunu' belə bildirmişdir:

"Belə ki, əlinizdən çıxana kədərlənməyəsiniz və sizə (Allahın) verdiklərinə də
sevinib-şımarmayasınız. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz. "
(Hədid Surəsi, 23)


Ağılın Tek Sahibi Uca Allahdır

İnsan yaradılmış bir varlıqdır. Tək mütləq varlıq və sonsuz böyük olan yalnız Uca Allahdır. İnsan yalnız Uca Allahın bir təcəllisi və kölgəsidir. Bu səbəbdən insanda görülən ağıl müstəqil bir qabiliyyət deyil; ona verilmişdir. Ağılın gerçək sahibi isə insanı yaradan Uca Allahdır. O, sonsuz və sərhədsiz bir ağılın sahibidir və dilədiyi an dilədiyi kimsəyə, imanı ölçüsündə bu neməti verməkdədir.

İnsan aciz bir varlıqdır və Uca Allahın diləməsi xaricində öz başına hərəkət edə bilməz. Bu vəziyyətdə insanın öz ağlını bəyənməsi, sahib olduğu fikirləri zorla qəbul etdirməyə çalışması yəni özünə mənlik verməsi isə ən böyük günahlardan biri olan şirkə yol aça bilər. Mömin Quran əxlaqına uyğun olmayan bu səhv davranışdan çəkinməyə çox böyük diqqət göstərməlidir.

Müşavirənin önəmi (2-ci hissə)

Quranda Allahın bildirdiyi, hər kəsə gözəl sözlə cavab vermə, müşavirə etmə və büyüklenmeme mövzusundakı xəbərdarlıqlarını düşünməli bu əxlaq anlayışını gün boyu qarşılaşdığı hər mövzuda, hər söhbətdə tətbiq etməlidir. Yalnız bir fikir qarşıdurması olduğunda deyil, hər hansı bir mövzudan bəhs edilərkən, zarafat edərkən, könül alarkən, qısası, hər vəziyyətdə-Quran əxlaqına müxalif bir vəziyyət söz mövzusu deyilsə-həmişə altda qalan, son sözü söyləyənə tabe olan, başqalarının fikirlərini ön plana çıxarıb onlara tabe olan, qarşı tərəfi dinləyən bir əxlaq içərisində olmalıdır. Belə bir insan, baxıldığında 'yenilən' mövqesinə düşmüş kimi görünə bilər. Amma onun üçün əsl qazanc elə budur. Çünki bu, Allahın razı olacağı ümid edilən, Müsəlmanların bəyənəcəyi əxlaqdır. Bir Quran ayəsində Allahın razılığını qazanmanın əhəmiyyəti belə xəbər verilmişdir:

Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.
(Maidə Surəsi, 119)


Geri dön

CandyGirl

  • 15 iyul 2011 12:48
  • Məqalə: 164
  • Şərh: 5899
  • Bal:
cox gozel yazilib

--------------------

★Azerbaijan girl★

  • 15 iyul 2011 12:35
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklllllllllllllllllllllllllllllllllllerrrrrrrrrrr
rrrrrrrrrrrrrrrrrrrrrrrrrrr lol

lema

  • 15 iyul 2011 12:10
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
tewekkurler bacim...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

NELLY19

  • 15 iyul 2011 11:05
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

-marissa

  • 15 iyul 2011 10:04
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
tesekkurler

aid_fanatka

  • 15 iyul 2011 08:58
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sirli Melek

  • 15 iyul 2011 08:53
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
"Belə ki, əlinizdən çıxana kədərlənməyəsiniz və sizə (Allahın) verdiklərinə də
sevinib-şımarmayasınız. Allah özünü bəyənən, fəxr edən heç bir kəsi sevməz. "
(Hədid Surəsi, 23)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Inciciceyi

  • 15 iyul 2011 08:20
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 15 iyul 2011 00:01
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 25
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 32
Cəmi: 446
 
Nergiz__Sirinova
Xəbərləri: 22
Cəmi: 372
 
♔Hе важно∞
Xəbərləri: 13
Cəmi: 31
 
Mövlud Ağamməd
Xəbərləri: 4
Cəmi: 24
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}