Qəlbimdə 3 Sevgim Var!

 
Qəlbimdə 3 Sevgim Var!

ALLAHım ən gözəl ana sevgisini bəxş etdi mənə. Məni körpəliyimdən tək buraxmadı. Gecələr beşiyim üzərindən laylay səsi kəsilmədi. Xəstə oldum yanımdan çəkilmədi sağalana qədər. Problemim oldu söylədim ona, qulaq asıb çarəsini etdi. Orta mktəbdə oxuduğumda müəllimlər hər mənim adımı çəkəndə mənimlə fəxr etdi. Universutetə sənəd verəndə mənimlə birgə həyəcan yaşadı. Qəbul olduğumda sevincim onun sevinci oldu. Çətinliyim oldu universitetdə hər vasitə ilə kömək etdi... Həyatımda bir sıra problemlər yaşadım, əlacını anama danışmaqda tapdım, əlbətdə ki, yenə kömək etdi. Anam mənimlə fəxr edir, amma mən ideal övlad ola bilmədim...

Qəlbimdə 3 Sevgim Var!

ALLAHım ən gözəl dost sevgisini bəxş etdi mənə. 1 – ci sinifdə bir qızla tanış olduq. Kimin ağlına gələrdi ki, bu qədər yaxın olacağıq. Hər günümüz birgə keçdi. Ancaq gecələr yatarkən bir – birimizdən ayrıldıq. Hər zaman bir – birimizin məsləhətlərinə ehtiyac duyduq. Oxşar cəhətlərimiz olduqca çox idi. Həyatımızda baş verən hadisələr çox oxşar idi. Bircə fərq zaman fərqi idi. Ya onda öncə baş verərdi ya məndə. Dostluğumuza paxıllıq edənlər də az olmadı. Yalanlarla aramızda olan münasibəti yıxmağa çalışdılar. Öz yaşıdlarımızdan da oldu, yaşlı nəsildən də. Amma yenə də axırda özlərinin səhv olduğunu anlayıb da bir söz deyə bilmədilər...Illər keçdi... İlləri saxlamaq ki, mümkün deyil. Aramızdakı məsafə uzandı. O artıq öz ailəsi ilə çox gözəl həyatı yaşayır. Uzaqlaşmağımız kimlərinsə ürəyindən oldu, amma nəticədə biz bizsiz qaldıq. Çox uzağıq, onun da mənim də bir – birimizə ehtiyac duyduğumuz anlar olur. Amma yenə də, nəticədə “uzaqlaşdıq”...

Qəlbimdə 3 Sevgim Var!

Allahımdan bu yalanlarla dolu olan həyatda əsl sevgi istədim. Diqqət, qayğı, hörmətə ehiyac duyduğumda Ondan əsl sevgini istədim. Mənə “bir”ini göndərdi. Mənə lazım olan hər istəyimi onda görə bildim. Bu da heç vaxt ağlıma gəlməyən tanışlığım oldu. Bəzən deyirəm, hardan hara qədər gəldik. Hər şey bir “Salam”dan başladı. Amma gün – gündən hər şeyin daha da dərinləşəcəyini heç düşünməzdim... Həyatımın çalarları dəyişdi, sən, həyatıma daxil olduğun andan. İlk öncə özünü, sonra isə özümü sevdirdin mənə. Mən səni sənə görə deyil, mən özümü səndə tapdığım üçün sevdim. Səndən sadəcə sevgi dolu bir ürək istərdim.
Hər gün düşünürəm, görəsən bunun sonu nə vaxt bitəcək... Amma nə vaxtsa o günü qarşılmaq istəməzdim. Çox qorxuram... O gün bir gün məni də tapar deyə qorxuram.

Qəlbimdə 3 Sevgim Var!

ALLAHdan çox şey istədim. Verdi mənə istədiyim hər bir şeyi. Amma bəzilərini əlimdə saxlamağı bacarmadım. Vaxtında qiymət verə bilmədim. Bəlkə də yaşımın azlığı da buna təsir etdi...

ANAya qayğı,DOSTluğa sədaqət,SEVGİLİyə isə ürək dolusu SEVGİ bəxş edin!!!


Geri dön

aid_fanatka

  • 16 iyul 2011 13:47
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
twk.........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

hazal kaya

  • 16 iyul 2011 10:49
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
tewekkurler

Willow smith

  • 16 iyul 2011 09:14
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Təşəkkürlər......................

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Jasmi

  • 16 iyul 2011 01:09
  • Məqalə: 0
  • Şərh: 700
  • Bal:
{awards}
coxx maraqliyidii seve-seve oxudum tewekkurler

--------------------

MiLeyla

  • 15 iyul 2011 23:03
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
qurban olum ANAMA.hamidan taparam ama ondan hec vaxt.

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 15 iyul 2011 22:39
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
xeberin cox gozel adi var tesekkurler

xeberin cox gozel adi var tesekkurler

--------------------

ulka17

  • 15 iyul 2011 22:21
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
tesekkurler muellife

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 18
Cəmi: 34

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}