Azərbaycanlı teleaparıcı: “Sevgi olmayandan sonra onu heç zaman xoşbəxt edə bilmərəm”

 
Azərbaycanlı teleaparıcı: “Sevgi olmayandan sonra onu heç zaman xoşbəxt edə bilmərəm”


- Bəzi gənclər həyatlarını toyuna qədər təsəvvür edir. Bu, prizmayla yanaşan gənclərin fikirləri ilə razısınız?

- Qətiyyən razı deyiləm. Deyərdim ki, gənclərimiz daha məsuliyyətlidirlər və onlar xoşbəxt olmaq uğrunda həddsiz dərəcədə mübarizə aparırlar. Gənclərimiz çox inkişaf ediblər. Konservativ fikirlərdən uzaqlaşıblar. Hər bir gənc müstəqil olaraq, öz xoşbəxtliyi uğrunda mübarizə aparır. Yeniyetmələr öz fikirilərini çox gözəl ifadə edə bilirlər. Özlərini müdafiə etməyi də bacarırlar. Əvvəl isə hər şey bu cür deyildi. Görünür ki, inkişaf hər bir sahəyə təsir etdiyi üçün gənclərdən də yan keçməyib. Ən azı, gənclərin geyimlərinə nəzər yetirək, istədiklərini geyinirlər. Onlara azad geyim hüququ verilib. Yalnız ağ köynək, qara şalvar, qara qalstuk... Artıq bu, yoxdur. Həmçinin, mən də idman, yaxud kostyum geyinəndə başqa-başqa hissləri yaşayıram. Bu baxımdan, gənclər özlərini azad hiss edirlər.

- Sizcə, bu gün gənclərimiz azaddırlar, yoxsa özbaşına?

- Gənclərimiz çox tərbiyəlidirlər. Hərdən deyirlər ki, gənclər özbaşınadırlar. Bununla da razı deyiləm. Çünki bizdə böyük-kiçik bilmək mədəniyyətinə riayət olunur. Özbaşınalıq tamam başqa bir hissdir. Ola bilər ki, valideyn övladını şıltaq, ərköyün böyütsün. Buna da tək-tük hallarda rast gəlinir. Məsələn, Türkiyədə, Misirdə olanda, ictimai nəqliyyatda kiçik yaşlı insan özündən böyük yaşlı insana yer verməzdi. Bu, onlarda normadır. Bizdə isə qeyd etdiyim amil norma hesab olunur. Gənc özbaşına olması üçün ən azı, 70 faiz nisbətiylə normaya riayət etməsin. Amma bu kimi məsələlərlə nadir hallarda rastlaşırıq.

Düzdür, hər şey çox sürətlə inkişaf edir. Əvəllər internet yox idi. Hazırda isə var və getdikcə də təkmilləşir. Bu baxımdan, bir nümunəni qeyd etmək istəyirəm: məsələn, uşaq kompyüter qarşısında əyləşib internetlə məşğul olur. Özünə lazım olan saytı açır. Amma gözlənilmədən lazım olan saytla paralel olaraq, sürpriz sayt da açılır. Bir anlıq həmin səhifə uşağın psixologiyasını, düşüncə tərzini darmadağın edir və beynini iflic vəziyyətinə salır.

Bir çox valideynlər var ki, övladlarını internetdən qorumağa çalşırlar. Amma nə qədər qadağan olacaqsa, bir o qədər də şirin olacaq. İstər-istəməz həmin uşaq hər hansı kitabdan, jurnaldan və başqa nəşrlərdən qadağan olunan məhsulu axtaracaq. Sadəcə olaraq, valideynlər övladları ilə dost olsalar, nəticədə də yaxşı olar. Anında, zamanında uşağa hər şeyi anlatmaq lazımdır ki, uşaq böyüdükcə normanı tərbiyəsiz amil kimi qəbul etməsin.

Normal insanın həyat tərzi var. Allah hər bir insanın fizioloji olaraq, müəyyən tələblərini yaradıb. Fizioloji olaraq da, hər bir uşağın yeniyetmə dövründə tələbləri var. Bunları da valideyn həmin yeniyetməyə mədəni formada izah etməlidir. Əks halda, bir başqa insan istədiyi kimi izah edəcək. Yoxsa “bu barədə danışmaq olmaz, tərbiyəsizlikdir, eyibdir” deməklə, valideynlər düzgün addım atmırlar.

Qızlar tanıyıram, sağlamlığı ilə bağlı problemi olur ki, valideyninə danışmağa utanırlar. Deyir ki, eyibdir! Sonda da həmin qızın həyatı bədbəxtliklə yekunlaşır. Ona görə də, gərək, valideynlər konservativ fikirlərdən uzaqlaşsınlar.

- Sizin fikrinizdən belə qənaətə gəlirəm ki, Azərbaycanda erotika mədəniyyəti inkişaf etməyib.

- Etməyəcək də. Heç mən də istəmirəm ki, erotika mədəniyyəti inkişaf etsin. Müəyyən yaş dövrü var, atalar oğullarına, analar da qızlarına hər şeyi başa salmalıdırlar ki, sonradan hər şeyə vahiməli şəkildə yanaşılmasın.

- Tanınmış şəxslər təsir qüvəssinə malik insanlardı. Siz də teleaparıcı olaraq, əksər insanların maraq dairəsindəsiniz. Bunun üçün mütamadi olaraq üzərinizdə çalşırsınız?

- Türkiyədən gələndən sonra əksər insanlar deyirlər ki, çox dəyişmisən. Məsələn, elə insanlar var ki, öz yaşına uyğun, dövründə müəyyən həyat tərzi yaşamır. Mən öz yaşıma uyğun həyat tərzi yaşamamışam. Və ola bilər ki, həyat tərzim gec inkişaf edib. Amma bu, o demək deyil ki, düşüncə tərzim inkişaf etməyib. İnsanın həyatda qazandığı təcrübə tamam başqa şeydir. Valideynlərim məni çox gözəl böyüdüblər. İki qardaşın bir bacısıyam. Ailədə məni harasa göndərməyiblər, əksinə, qoruyublar. Ona görə də ərköyün övlad olmuşam.

Türkiyədə olanda tək yaşayırdım. Bu da mənim üçün böyük bir məktəb oldu. Bu təcrübəni gənc yaşlarımda keçdim. Türkiyədə yaşayandan sonra anladım ki, xarici ölkəni gəzmək istəyərəm, amma bir də heç zaman ölkə xaricində yaşamaq istəmirəm. Bundan başqa, Türkiyədə olanda həqiqətən, Azərbaycanı, Bakını sevdiyimi anladım. Az müddət orada yaşamağıma baxmayaraq, Azərbaycan adı eşidəndə, ağlamaq istəyirdim. Xasiyyətimdə sadiqlik hissi var. İnsan qürbətdə tək yaşayanda çox fikirləşir. Mən də həmin vaxtlar o qədər fikirləşirdim ki, qocalığıma qədər gedib çıxırdım. Və özümə qarşı gəlib, geriyə dönməyimi deyirdim.

Daha sonra anladım ki, bir insan başqa bir insana qarşı kəskin fikir söyləməməlidir. Axı o, özü də sığortalanmayıb ki, sabah başına nə iş gələ bilər. Bu baxımdan, “Ulduz oldun” verlişinə gələn insanlar səmimiyyətimə inanıb, ağlayırlar. Bu da mənim aparıcılıq baxımından irəliləyişim olub. İstəyirəm ki, verilişi izləyən tamaşaçılardan 3-4 nəfəri məni düzgün anlayıb, dərdimə yansın. Bilirisiniz, ürək yanmasa, gözdən yaş çıxmaz! Həmin psixoloji məqamlar da ondan irəli gəlir. Deməli, həyatda müəyyən təcrübəni qazanmışam.

Onu da bildirim ki, bu günə qədər “Ulduz oldun” verlişində olan qonaqların heç biri yalandan ağlamayıblar. Ola bilər ki, müğənni əvvəlcədən özünü cilovlayıb ağlamasın. Amma o, insandır axı. Necə ola bilər ki, həyatının ağrılı-acılı məqamlarlından danışır, amma qəhərlənmir?!

- Ailə qurmaq fikiriniz varmı?

- (gülümsəyir) 25 yaşımdan sonra ailə qurmaq istəmişəm. Qursam, gərək, ailəm mükəmməl olsun. Ailəmi qorumaq üçün min bir əzaba belə, qatlanmağa hazıram.

Sevidiyim insanı, təbii ki, qarşılıqlı sevgi olarsa, xoşbəxt edə bilərəm. Özgəsinin və bir ananın övladını bədbəxt edə bilmərəm. Çünki öz xasiyyətimə bələdəm.

- Bu günə kimi sevdiyiniz şəxs olubmu?

- Əlbəttə, olub.

- Yəqin ki, qapınıza elçi də gəliblər...

- Əvvəllər gəlirdilər. Amma son vaxtlar elçiləri istəmirəm. Çünki elçilər gedəndən sonra başağrısı olur. Vaildeynlər, qohumlar deyirlər ki, niyə ailə qurmursan? Bütün bunları nəzərə alıb, məharətlə elə vəziyyət yaradıram ki, qapımıza elçi gəlməsin. Evlənməklə bağlı artıq söz-söhbət mənə lazım deyil.

- Deməli, ailədə güclü tərəf olmaq istəyirsiniz?

- Əksinə, ailədə çox gücsüz, zərif xanım olmaq istəyirəm. Çünki dominantam. Əgər kişi məndən zəif olsa, onu saymayacağam. Kişi məndən güclü olmalıdır və işimə əyləncə kimi baxmalıdır. O, mənə əmin olmalıdır, etibar etməlidir. Etibarlı insan olduğumu hamı bilir. Bununla bağlı heç kim şikayət edə bilməz. Etibarsızlıq mənə aid hiss deyil.


Geri dön

KaRola_16

  • 19 avqust 2011 09:14
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
TEWEKKURLER...

--------------------

nice_angel

  • 22 iyul 2011 10:30
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

R.M_FaNaTka

  • 16 iyul 2011 21:00
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
zehlem gedir bundan twk

--------------------

lema

  • 16 iyul 2011 15:21
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
bu xanimi tesadufen bir defe tvde gordum.ona aparicidan chox aktrisaliq yarashardi....oxudum musahibeni ve fikirleri maraqli geldi.tewekkurler....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

::BuMeRaNg::

  • 16 iyul 2011 14:25
  • Məqalə: 0
  • Şərh: 9
  • Bal:
{awards}
hami aile qurmaq uzre mutexessis olub axir vaxtlar kecel derman bilse oz basina cekerdi
birdeki qizin mueyyen yas heddi var o yasda aile qurmadisa sonra qurmuyacaq qaldi evde wink

tesekkurler xebercun)

--------------------
Her söze verecek cevabim var...
Ama bir soze bakarim sözmü diye
Birde soyleyene bakarim adam mi diye!

★Azerbaijan girl★

  • 16 iyul 2011 14:01
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
besdirde nane of ya seni gorende hirslenirem

aid_fanatka

  • 16 iyul 2011 13:32
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

... Deryam ...

  • 16 iyul 2011 12:11
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Sona kimi oxudum yaşına görə də çox dolğun fikirləri var ...tşklər ...

--------------------

Willow smith

  • 16 iyul 2011 11:59
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
Tesekkurler

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

sweet_angel

  • 16 iyul 2011 11:55
  • Məqalə: 13
  • Şərh: 347
  • Bal:
{awards}
twk............

--------------------
Gel dost olaq, birce mahnılıq qal menimle.
Sene danışacam derdlerimi.
Sene danışacam her şeyi men!
Her şeyi men!

KUCUK_SIRLAR

  • 16 iyul 2011 11:08
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
tewekkur fellow

--------------------
♥ ♥ Bir insani gormek ucun 1 saniye
Ondan xowlanmaq ucun 1 deqiqe
Onu tanimaq ucun 1 saat
Onu sevmek ucun 1 hefte
Bes eder♥ ♥

Amma onu unutmaq ucun 1 omur bele bes elemez♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 55
Cəmi: 73

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}