Dünya liderləri İstanbulda Qəzzafinin taleyini həll etdi

 
Dünya liderləri İstanbulda Qəzzafinin taleyini həll etdi


Liviya diktatorunun sonu haqda qərar verildi
Polkovnikin qaça biləcəyi ölkələrin adı açıqlandı

İyulun 14-də İstanbulda Liviya üzrə Əlaqələndirici Qrupun dördüncü iclası keçirilib. Toplantıda Liviya müxalifətinin Keçid Milli Şurasına dəstək, bu ölkədə böhranın siyasi, eləcə də Türkiyənin hazırladığı “yol xəritəsi” əsasında həlli yolları və Liviya xalqına humanitar yardım göstərilməsi məsələsi müzakirə edilib.

NATO-nun baş katibi Anders foq Rasmussen, ABŞ dövlət katibi Hillari Klinton, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton və İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlunun da qatıldığı iclasın açılışında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu çıxış edib. Nazir Liviyanın yenidən ayağa qalxması üçün təcili sabitlik və bərpanın vacib şərt olduğunu bildirib. O, BMT baş katibi Pan Gi Munun Liviya üzrə xüsusi nümayəndəsi Abdelila Əl Hatipə Liviyada vəziyyətin həlli üzrə cəhdlərində dəstək göstərilməsinə çağırıb.

Türkiyənin baş naziri Rəcəp Təyyip Ərdoğanın hələ apreldə açıqladığı «yol xəritəsi»-də Qəddafi rejiminin atəşi dərhal dayandırması, onun qüvvələrinin Liviya şəhərlərinin mühasirəsinə son qoyması, Liviya xalqına humanitar yardım göstərilməsi üzrə təhlükəsiz rayonların yaradılması, demokratik islahatlar prosesinin başlaması və konstitusiyalı demokratiyaya keçid nəzərdə tutulur.

İtaliyanın xarici işlər naziri Franko Frattini toplantıda çıxış edərək Liviya Milli keçid Şurasının Liviya xalqının təmsilçisi kimi tanındığını açıqlayıb. O, Qəzzafinin hakimiyyyətdən gemətkdən başqa yolu olmadığını söyləyib. Frattini Qəzzafi rejiminə qarşı hərbi əməliyyatların davam etdirlməsi olduğunu da vurğulayıb.

Əlaqələndirici Qrupun iclasında Qəzzafinin iqtisadi, hərbi və diplomatik sahədə zərərsizləşdirilməsi istiqamətində mühüm qərarla qəbul olunub. Liviya diktatorunun xarici banklarda dondurulan 3 milyard dollar maliyyənin üysançılarla verilməsi haqda qərar çıxarılıb. Tədbir zamanı başda İngiltərə olmaqla bəzi ölkələr diktatora qarşı hərbi əməliyyatları dəstəklədiklərini bildiriblər.

ABŞ nümayəndə heyətindən bir diplomat “Reuters” agentliyinə verdiyi açıqlamasında İstanbuldakı toplantının liviyalı üsyançılara Liviyadakı hakimiyyəti ələ almaları üçün lazımı dəstəyin arıtırlmalı olduğunu söyləyib. ABŞ rəsmisi Qəzzafinin hakimiyyətdən gedəcəyinə əmin olduğunu və bunun tezliklə baş tutacağını qeyd edib.

Toplantıda jurnalistlərə açıqlama verən İngiltərənin xarici işlər naziri Uilyam Hoque Liviya diktatoruna qarşı hərbi əməliyyatların miqyasının artırılacağını bildirib. Hoque Qəzzafinin hakimiyyəti buraxması və vətəndaş müharibəsinin sona çatması üçün müzakirələrin davamlı olmasının vacibliyini xatırladıb. Nazirin müavini Olister Börst NATO-nun Liviyadakı missiyasına dəstək üçün 4 “Tornado” qırıcı təyyarəsinin koalisiya qüvvələrinin bazasına göndərildiyini açıqlayıb.

Liviya diktatoru Müəmmər Qəzzafi isə Tripolinin Əl Ecelat meydanına toplaşan tərəfdarlarına müraicət edib. O, tərəfdarlarını üsyançıların “paytaxt”ı Benqaziyə yürüşə hazırlaşmağa və bu şəhəri azad etməyə çağırıb:“Döyüş zamanı gəldi. Benqaziyə, Misrataya və Qərb dağlarına yürüşə hazırlaşın. Biz burdayıb və bu torpaqlarda qalacağıq. Mən son damla qanıma qədər öz xalqımla birlikdə olacam”.

Diktator Fransa prezidenti Nikola Sarkozinin ünvanına sərt fikirlər səsləndirib. Fransa rəhbərini hərbi cinayətlərdə ittiham edən Qəzzafi onu ruhu xəstə adlandırıb:“Sarkozi hərbi cinayətkardır, fransız xalqının tarixini ləkələyib, ölkəsinin Liviya və müsəlman ölkələri ilə münasibətlərini kolayıb. Sarkozi “ruhi xəstə”dir”.

Bu arada Liviya diktatorunun hakimiyyətdən uzaqlaşacağı təqdirdə sığınacağı ölkələrin siyahısı açıqlanıb. İngiltərənin “The Guardian” qəzetinin yazdığına görə, ölkəsində üsyanla üz-üzə qalan diktator Belarus, Zimbabve, ya da Sudan kimi ölkələrə qaça bilər. Qəzzafinin ölkəni tərk etməsiylə bağlı təzyiqlərin artdığı bir vaxtda onun hara sığınmasının gündəmə gəldiyini bildirən qəzet NATO müttəfiqlərinin polkovnikin polkovnikin Haaqa Tribunalına üzv olmayan ölkələrdən birinə qaçmasına etriaz etməyəcəklərini vurğulayıb.



Geri dön

aid_fanatka

  • 16 iyul 2011 19:59
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Willow smith

  • 16 iyul 2011 18:42
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
tesekkurler

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

-marissa

  • 16 iyul 2011 17:21
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 74

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}