Nizam-intizam və vaxt bölgüsü

 
Nizam-intizam və vaxt bölgüsü

Nizam-intizam və vaxt bölgüsü

İşin inkişafında əsas rol oynayan məsələlərdən biri də nizam-intizamdır. Sözsüz ki, hər işə müəyyən edilmiş bir vaxt təyin olunmazsa, ntizam yaratmaq olmaz. Bizim dünyamız maddi və ötəri dünyadır. Ömrümüz qısa və məhduddur. Belə bir məhdudlaşdırılmış ömürlə bütün istəklərə çatmaq qeyri-mümkündür.

Əslində, gecə-gündüzün iyirmi dörd saata bölünməsi ona görədir ki, insan hər bir iş üçün bir vaxt təyin edib, müəyyən bir başlanğıc nəzərdə tutsun, vaxtın məhdudluğunu dərk edib, əsas və ən əsas məsələləri bir-birindən fərqləndirərək daha lazımlısını qabağa salsın, zəruri və faydası olmayan işləri proqramından çıxarsın.

Ay və günəşin hərəkətindən, gecə-gündüzdən, Yaradanın təbiətdə qoyduğu qayda-qanunlardan dərs almaq lazımdır. Allah-təala zaman və yaratdıqlarından ali olmasına baxmayaraq, yerin və göylərin yaradılışından danışır.
O, zamanı, gecə-gündüzü, ayı, ili misal gətirərək hər birini hərəkətin kəsişdiyi yerdən zaman kimi müqayisə edir. Ümumiyyətlə, hər bir şeyi təyin olunmuş və müəyyən ölçüdə tanıtdırıb buyurur:

“O, hər şeyi yaratmış və müəyyən ölçüdə məhdudlaşdırmışdır.” («Furqan» - 2).

Yer və göy barədə buyurur:

“Göyləri və yeri altı gündə yaradan odur....” («Hud» - 7).

“O, göyləri, yeri və onların arasındakıları altı günə xəlq edəndir....” («Furqan» - 59).

“Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur....” («Ənbiya» - 33).

Başqa bir yerdə buyurur:

“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın kitabında on ikidir.....” («Tövbə» - 36).

Gecə-gündüzü qüdrətinin nişanələri kimi tanıtdırıb buyurur:


“Biz gecə-gündüzü qüdrətimizdən iki əlamət kimi müəyyən etdik. Gecəni qaranlıq edib gündüzü (iş üçün) işıqlandırdıq.....” («İsra» - 12).

Allah-təala yaradılışı tənzimlədiyi və müəyyən etdiyi kimi, şəri vəzifələri, dünya və axirət işlərini də müəyyən edib tənzimləmiş, hər biri üçün öz yerində çox gözəl olan bir saat və vaxt təyin etmişdir. Məsələn, orucu Ramazanda, həcci isə Zilhiccə ayında təyin edib hər birinin icrası üçün müəyyən vaxt qoymuşdur.

Həcc barədə buyurur:


“(Ey Hacılar!) Sayı bəlli olan günlərdə (Mina dağında) Allahı yada salın (təkbirlə zikr edin)” («Bəqərə» - 203).

Oruc barədə isə buyurur:

“(Oruc tutmaq) sayı müəyyən olan günlərdir.” («Bəqərə» - 184).

İnsanlar ayın hilaldan bədrə, bədrdən məhaqadək (ayın büsbütün görünməz olan son gecəsi) müxtəlif şəkillərə düşməsinin səbəbini soruşduqda böyük Yaradan buyurur:

“(Ya Mühəmməd!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir...” («Bəqərə» - 189).

Yuxarıdakı ayələrdən başa düşülür ki, bu cahanda hər bir şeyin özünəməxsus vaxtı və hər bir işin müəyyən bir zamanı vardır.
Yaradılışda vaxt və işlərin tənzimlənməsi Allah-Təalanın diqqət mərkəzində durmuşdur.
Buna görə də övliyalar ömrün qısalığından və həyatın qiymətli dəqiqələrindən bacardıqca istifadə etmək üçün vaxtların bölünüb tənzimlənməsinə xüsusi diqqət yetirmiş, beləliklə, özlərindən sonra da dəyərli və faydalı əsərlər yadigar qoyub getmişlər.

Əziz Peyğəmbər(s) barədə belə yazırlar:

«O Həzrət evdə olanda vaxtını üç hissəyə bölürdü: bir hissəsini ibadətə, bir hissəsini ailəyə və bir hissəsini də özünə sərf edərdi. Özünə ayırdığı vaxtı da özü və camaat arasında tənzimləyir, ehtiyaclarını söyləməyə gələnlərin hamısını qəbul edərdi.
Sözsüz ki, görüşlər məhdud idi. Hər bir şəxsə fəzilət və səlahiyyətinə görə vaxt ayırırdı ki, şəxsi və ümumi məsələlər haqda Rəsuli-Əkrəmlə (s) söhbət etsinlər....”

İndi isə diqqətinizi bir neçə hədisə cəlb edirik:

Əmirəl-möminin(ə) buyurmuşdur:

“Sənin ehtiyacların gecə-gündüzün saatlarına sığmır. Belə isə onları iş və istirahət arasında böl.”
“Özünlə Allah arasındakı ən yaxşı vaxtları ibadət, dua və münacat üçün ayır.”

Nizam-intizam və vaxt bölgüsü


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:37
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

_OmuR_

  • 16 iyul 2011 17:50
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
insan hemise her seye gecikir,gerek zamanin deyerini bilesen,tesekkurler

--------------------
ALLAH ve SEVGILILER her iki dunyada seninleyem!

miss_lady

  • 16 iyul 2011 14:51
  • Məqalə: 40
  • Şərh: 109
  • Bal:
{awards}
maraqli xeberdir tesekkurlerr

--------------------
Esas hormetin olsun

★Azerbaijan girl★

  • 16 iyul 2011 14:10
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler winked

Willow smith

  • 16 iyul 2011 14:09
  • Məqalə: 52
  • Şərh: 1036
  • Bal:
{awards}
xebere gore tesekkurler...ALLAH razi olsun...

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

aid_fanatka

  • 16 iyul 2011 14:09
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
tesekkurler

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Dj_Tural

  • 16 iyul 2011 14:06
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
xebere gore tesekkurler...ALLAH razi olsun...

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 60
Cəmi: 78

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 385
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 329
 
Awk bir hayal
Xəbərləri: 3
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}