Nar haqqında

 
Nar haqqında

Bu nar - Punicaceae fəsiləsindəndir.
Onun ən qiymətli sortu eramızdan əvvəl qədim Yunanıstanın Karfagen vilayətində
becərilmişdir. Narın müalicəvi xassəsi eramızdan hələ çox-çox əvvəl
assuriyalılara, misirlilərə, yəhudilərə, yunanlara və romalılara məlum idi.

Eramızdan 1500 il əvvəl Çin təbibləri nar qabığını qurd dərmanı kimi işlətmişlər.
Azərbaycanda da nardan və onun meyvələrinin qabığından istifadə olunur.
Narın növündən və sortundan asılı olaraq, meyvələri şirin və turş olur.
Nara turş dad verən onun şirəsindəki limon turşusudur.


Nar meyvəsinin tərkibi şəkər və limon turşusu ilə yanaşı, vitaminlərlə,
boyayıcı maddələrlə, makro və mikroelementlərlə də zəngindir.
Cır nar meyvəsinin şirəsindən təbabətdə və yeyinti məhsulları sənayesində
istifadə etmək üçün limon turşusu istehsal olunur. Meyvəsinin qabığı da faydalıdır.
Onu çay kimi dəmləyib, mədə bağırsaq xəstəliklərində ishala və dezinteriyaya
qarşı qəbul edirlər. Böyrək və qaraciyər xəstəliklərinə tutulanlara nar şirəsi
içmək çox xeyirlidir. Şəkər xəstəliyi olanlara cır narın şirəsindən içmək məsləhətdir.

Azərbaycan Dövlət Tibb İnstitutunda cır nar meyvəsinin şirəsinin antidiabetik
təsiri həm eksperimental, həm də klinik cəhətdən öyrənilmiş və müsbət nəticələr
əldə edilmişdir. Nar şirəsilə 10-12 gün davam etdirilən müalicə nəticəsində
xəstələrin hamısında ürək yanğısının azalması, ağızda quruluğun və acılıq
hissinin itməsi, başağrısının kəsilməsi kimi müsbət dəyişikliklər müşahidə edilmişdir.
Xalq təbabətində nar meyvəsinin qabıqlarından “nar qəzəli” adı ilə, eləcə də
nar ağacının gövdə və budaqlarının qabıqlarından toz formasında və sulu
bişirmə şəklində qurd əleyhinə dərman kimi istifadə edilir. Şəki rayonunda
narda iştah artırmaq üçün “nardaşa” adlanan şərbət hazırlanır.
Həmçinin cır nardan “narşərab” hazırlanır ki, bu da həzmetmə
prosesinə kömək edir və sınqa xəstəliyinin müalicəsində yaxşı nəticə verir.


Nar şirəsindən hipertoniya xəstəliyində, eləcə də ürək ağrılarında
istifadə olunur. Nar şərbəti döş ağrıları zamanı, öskürək dərmanı kimi də qəbul etmək olar.
Şirin nar meyvəsinin şirəsini böyrək xəstəliklərində,
eləcə də temperaturu aşağı salmaq üçün içmək məsləhətdir.
Kəmşirin nar meyvəsinin şirəsindən böyrəklərdə və öd kisəsində daş bağlayan zaman istifadə olunur.
Nar şirəsi babasil xəstəliyini müalicə etmək üçün də faydalıdır.
Xalq təbabətində nar şirəsindən yel xəstəliyində sürtmə dərmanı kimi işlədilir.
Nar ağacının kökünü qurudaraq toz halına salıb, onu əzvayla bərabər
miqdarda qarışdırırlar, sonra çıxıqlarda, əziklərdə təpitmə şəklində ağrıkəsici kimi işlədirlər.
Nar qabıqlarını və çiçəklərini çay kimi dəmləyib, boğaz ağrılarında, angina,
diş ətinin iltihabı xəstəlikləri zamanı antiseptik qarqara dərmanı kimi istifadə edirlər.


Geri dön

Inciciceyi

  • 18 iyul 2011 10:15
  • Məqalə: 0
  • Şərh: 8287
  • Bal:
Tewekkurler amaki nari elede xowlamiram

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

R.M_FaNaTka

  • 16 iyul 2011 20:45
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

ASMIYA

  • 16 iyul 2011 20:42
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKUR

--------------------


_2011_GOZELI_

  • 16 iyul 2011 20:33
  • Məqalə: 6
  • Şərh: 390
  • Bal:
{awards}
XEBERE GORE TESEKKURLER

--------------------
HEYATTTTTTTTTTTTTTTTTTIN QEDRINI BILMEK LAZIMDIIIIIIIII

... Deryam ...

  • 16 iyul 2011 19:59
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
ALLAHIN BİZLƏRƏ BƏXŞ ETDİYİ BÜTÜN NEƏTLƏR XEYİRLİDİ SADƏCƏ QİYMƏTİNİ BİLMƏK LAZIMDIR ...TŞKLƏR BACIŞKO ...

--------------------

aid_fanatka

  • 16 iyul 2011 19:45
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.....................

twk.....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Ayla_84

  • 16 iyul 2011 19:17
  • Məqalə: 0
  • Şərh: 24
  • Bal:
{awards}
bunu men bilmirdim.Teshekkurler!

girl...

  • 16 iyul 2011 19:11
  • Məqalə: 0
  • Şərh: 111
  • Bal:
{awards}
xebere gore tewekkurler.............

miss_lady

  • 16 iyul 2011 19:09
  • Məqalə: 40
  • Şərh: 109
  • Bal:
{awards}
nar sirin olanda yeyirem cox dadli olur

--------------------
Esas hormetin olsun
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 28
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 25
Cəmi: 439
 
Nergiz__Sirinova
Xəbərləri: 19
Cəmi: 369
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 26
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 2
Cəmi: 673
 
Mövlud Ağamməd
Xəbərləri: 2
Cəmi: 22
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 2
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1139
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
m_aynur97
Xəbərləri: 1
Cəmi: 1
 
FullFidawka
Xəbərləri: 1
Cəmi: 2
 
 
{slinks}