Həddindən artıq səbr arsızlıqdır?

 
Həddindən artıq səbr arsızlıqdır?

Yeniyetmə qız 15 yaşından başlayaraq öz dəyərini artıq anlamağa başlayır. Yəni bu vaxtdan etibarən onlar özlərinə qiymət verməyi bacarmalıdır. Elə bu da onun hisslərinin sağlam formalaşmasına təkan verir. Özünü dəyərləndirmək yalnız şəxsi həyatda deyil, həmçinin iş kariyerasında vacib amildir.

Qadın həyatı boyunca qarşılaşdığı problemlərə öz səbri ilə qalib gələ bilər. Ömrümüzün əvvəlindən sonuna kimi səbr edirik. İş prosesində, sevdiyin insanla rəftarında, ən çox xoşladığın hər hansı 1 işlə məşğul olanda da səbr etməli oluruq. Səbrli, təmkinli, ağıllı qadın sevdiyi insanlarla arasında yarana biləcək hər hansı 1 problemi yoluna qoyur, işində uğur qazanır, boş-boş qıcıqlanmalardan öz başına iş açmır. Əksər vaxtlarda öz emosiyalarını çox məharətlə gizlədə bilən qadın, onun üçün əziz olan hər bir şeyi itirməmək üçün sonuna qədər mübarizə aparır. Bəlkə də elə buna görədir ki, zərif cinsin nümayəndələri həmişə ətrafdakılar tərəfindən dəyərləndirilməyi tələb edir və gözləyir. Belə bir deyim var ki: “Səbr və iradə ilə hər şeyə üstün gəlmək olar”. Lakin həddən artıq səbr də bəzən insanın özünü düzgün dəyərləndirilməsinə mane yaradır. Belə ki, qarşında baş verən haqsızlığa göz yumub, səbr etsən bu ilk növbədə özünə hörmətsizlik kimi başa düşülər.

Səbr edərək özünə qarşı alçaldılmalara göz yummamalısan. İnsan ifrat dərəcədə səbr etsə, artıq iş-işdən keçdiyinin də şahidi ola bilər. Bu isə təbii ki, əhval-ruhiyəni korlayar, mənfi enerji yaradar. Əgər kiminsə tərəfindən düz başa düşülməsən və buna səbr edib sakit dayansan, bu zaman çoxları səni düzgün anlamaz və səndə ətrafına qarşı inciklik hissi formalaşar.

Özünün düzgün olduğunu görən şəxs bütün dünyaya “daha bəsdir, kifayətdir”, deyə qışqırmaq istəyir. Sonda görürsən ki, hər şeyə susub, sakit yanaşmağın səni bu vəziyyətə gətirib çıxardı. Ona görə də psixoloqlar belə məsləhət görürlər ki, vaxtında hər şeyi yerinə qoymaq lazımdır. Belə olan zaman isə qarşılaşa biləcəyin ən kiçik haqsızlıq ehtimalını belə sıfıra endirir.

Xəbərə əlavə olaraq öz təcübəmdən qeyd edim ki, şəxsi həyatımda baş verən gərginliklərlə əlaqədar illər öncə o qədər aqressiv idim ki... Və mübahisələr "müharibəyə" çevrilirdi... Zamanla anladım ki, susmaq ən yaxşı yoldur. Ən azından əlavə problemlərin qarşısını alırsan, o cümlədən əsəbləşərək qarşındakının səviyyəsinə düşmürsən, əsəblərin sakit olur. Həm də insan mübarizə aparmaqdan yorulur və həyata təslim olursan. Bu yorğunluğun əlaməti olaraq artıq heç nəyə əhəmiyyət vermirəm. Kim nə danışır-danışsın vecimə deyil. Hərdən anam deyir ki, qızım, day bu qədər də səbr olmaz, sanki arsızlaşmısan ))))

Bax, belə təhqirlərə qarşı susanda da olursan arsız...

Sizcə, nələrə qarşı səbr etmək olar və nələrə qarşı olmaz? Siz səbr edənlərdənsiz?


Geri dön

KaRola_16

  • 22 iyul 2011 21:05
  • Məqalə: 185
  • Şərh: 4147
  • Bal:
DEHSET SEBIRSIZEM... MUELLIFE MARAQI XEBERE GORE TEWEKKUR

--------------------

Inciciceyi

  • 18 iyul 2011 10:13
  • Məqalə: 0
  • Şərh: 8220
  • Bal:
{awards}
Tewekkurler

--------------------
♥......Zenn etme ki, gozlerim sene baxdiqca yorulacaq, olsem de
ruhum seninle qalacaq. Senden evvel elvida desem de heyata. Son
sozum seni sevirem olacaq.....♥

Ayan_23

  • 17 iyul 2011 12:56
  • Məqalə: 0
  • Şərh: 76
  • Bal:
{awards}
mende cox sebirsizem ve bu menim heyatim boyu uduzmagima sebeb olub, ama ele cox istiyerdimki sebirli ve temkinli olmagi, sebirli olan arsiz deyil, eksine ozu ile bacardigi ucun cox guclu bir adamdi

Angel84

  • 17 iyul 2011 00:56
  • Məqalə: 0
  • Şərh: 3
  • Bal:
{awards}
Tərif gələndə çaşma, töhmət gələndə coşma.

★Azerbaijan girl★

  • 16 iyul 2011 23:58
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
o duzdu sebrli insanlari amma herden men bawa duwmureme

mirkamal97

  • 16 iyul 2011 23:49
  • Məqalə: 48
  • Şərh: 408
  • Bal:
{awards}
xebere gore twk

--------------------
ne qeder yasadigin vacib deyil .Vacib olan Serefle yasamagindir

Deniz

  • 16 iyul 2011 23:34
  • Məqalə: 338
  • Şərh: 3784
  • Bal:
{awards}
Sebr ve men arasimizda yer goy qeder ferq var.... mence de heddinden artiq sebr arsizliga getirib cixarir....

R.M_FaNaTka

  • 16 iyul 2011 23:03
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ilk sehr menden

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 59

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}